Icma.az
close
up
RU
Yeni dünya nizamına doğru: Fırtına qoynunda bəşəri ahəng axtarışı

Yeni dünya nizamına doğru: Fırtına qoynunda bəşəri ahəng axtarışı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xaotik görünüşün içərisindəki məntiq

Molekulların ilk baxışdan xaotik, yəni tənzimlənməyən, qarmaqarışıq hərəkəti, əslində, fizikanın bizim görə bilmədiyimiz qanunlarına tabedir. Məsələn, temperaturdan, molekulların sıxlığından, maddələrin aqreqat vəziyyətindən (qaz, maye və bərk cisim) və s. asılıdır.

Temperaturun yüksəlməsi molekulların hərəkət sürətini artırır, enməsi isə azaldır. Temperaturun sıfır səviyyəsində hərəkət dayanır. Molekulların kinetik enerjisi (hərəkətin enerjisi) temperaturla düz mütənasibdir.

Dövlətlərin hazırkı vəziyyəti də buna oxşardır: ayrıca götürülmüş dövlətlərin iqtisadi və siyasi gücü, yəni temperaturu artır, nəticədə müstəqil dövlətlərin və güc mərkəzlərinin sırası genişlənir. Temperatur, yəni güc artdıqca rəqslərin amplitudası da sürətlənir. Dünyada bir xaos yaşanır. Xaos və fırtına içərisində olan dünyanın molekullarının – dövlətlərin xaotik hərəkətlərini proqnozlaşdırmaq çox çətin olsa da, bu, zərurətdir və xoşbəxtlikdən mümkünsüz deyil.

Bəsirətli siyasət zamanı

Xaosun içində məntiq tapmaq fırtınanın içində gizli nizamı üzə çıxarmağa bənzəyir bu, səbir, çeviklik, üzdə olmayanları görmək bacarığı və bəsirət gözü açıq olan siyasətçilər tələb edir. Bəsirət gözü, yəni məlumat və nəzəri biliklərdən başqa güclü intuisiya hadisələrin mahiyyətinə altıncı hiss səviyyəsində nüfuz etmək qabiliyyətidir.

Təsadüflərin arxasında zərurəti görmək

Xaosun içərisindəki məntiqi, ilk baxışdan birbiri ilə əlaqəsi olmayan müstəqil proseslərin gizli əlaqələrini, birbirindən asılılığını görmək, yan proseslərin əsas proseslə bağlılığını üzə çıxarmaq, “təsadüf”lərin sıralanmasından, ardıcıllığından “zərurət”i ortaya çıxarmaq, bunların əsasında hadisələri proqnozlaşdırmaq və milli siyasəti formalaşdıraraq elmi əsaslandırılmış siyasi xətti səbirlə tətbiq etmək günün zərurətidir.

Bu gün siyasətçilərin əsas intellektual axtarış mövzusu məhz bunlardır:

– Xaosun içərisində məntiqi və qanunauyğunluğu tapmaq;

– Hadisələrin sonrakı istiqamətini proqnozlaşdırmaq;

– Proqnozlara uyğun milli siyasəti formalaşdırmaq.

Ancaq bu, elə də asan məsələ deyil. Qlobal siyasi, iqtisadi və təhlükəsizlik xaosunun içərisindəki məntiqi, qanunauyğunluqları və başlıca prosesləri tutmaq isə çox böyük siyasi təcrübə, dərin intellekt, tarixi biliklər, müşahidə qabiliyyəti və gündəlik proseslər barədə mahiyyət üzrə müfəssəl informasiyaya malik olmağı tələb edir.

Analogiya: Xaosun içindəki nizamı tapma metodu

Osvald Şpenqler: “Ölü formaları (yəni, fizikanı) anlamaq üçün vasitə riyazi qanunlardır. Canlı formaların (yəni, cəmiyyətin) dərki vasitəsi isə analogiyadır”.

Əvvəlki dövrlərdə təkrarlanan halları, tendensiyaları və ya dövrləri araşdırmaq xaosun içində nizamı tapmaqda və proqnozlaşdırmaqda ən səmərəli metodlardan biridir. Hətta ən qarışıq siyasi proseslərdə belə tarixdə müşahidə olunmuş şablonları görmək və onları təhlil edib bugünkü kontekstlə müqayisə etmək bir zərurətdir. Biz xaosun aydınlaşmasına məhz şablonların və təkrarlanan proseslərin öyrənilməsi vasitəsilə açar tapa biləcəyik. Tarixi təcrübə ölkələr arasında ziddiyyətlərin və gərginliklərin səbəblərini aydınlaşdırmaqda əvəzolunmaz amildir. Ziddiyyətlərin öyrənilməsi məntiqi üzə çıxarır. Osvald Şpenqler “Avropanın qürubu” əsərində yazırdı: “Ölü formaları (yəni, fizikanı) anlamaq üçün vasitə riyazi qanunlardır. Canlı formaların (yəni, cəmiyyətin) dərki vasitəsi isə analogiyadır”.

Xaos mürəkkəblikdən doğulur və mürəkkəbliklə xaos ayrılmazdır. Odur ki, xaosun dərki üçün situasiyanı daha kiçik və idarəolunan hissələrə bölüb ayrılıqda anlamaq və həll etmək vacibdir. Bu, hər bir elementi ayrıca araşdırmağa və yenidən ümumi kontekstə qaytarıb anlamağa kömək edir.

Xaosa qeyrimüəyyənlik xasdır. Odur ki, qərarlar ənənəvi olmaya, improvizasiya edilə, qeyristandart ola bilər. Məsələn, 2020-ci ildə heç kim Azərbaycanın Ermənistan tərəfindən növbəti təxribata belə genişmiqyaslı əksreaksiya verəcəyini, müharibənin başlanacağını gözləmirdi. Fransanın anti-Azərbaycan siyasətinə, AŞPA və AP-nin təzyiqlərinə Azərbaycanın sərt əkstəzyiqlərlə cavab verməsi də qeyristandart reaksiyalar idi və özünü doğrultdu.

Xaos zamanı səbirli olmaqla çevik olmağın uzlaşdırılması ən dürüst hərəkət formasıdır. Çevikliyin əsas məqsədi isə sürətlə dəyişən şərtlərə uyğunlaşmaq, yeni şərtlərdən çıxış edərək qərarlar qəbul etməkdir.

Azərbaycan və fırtına zamanı səmt küləyinin tapılması

Azərbaycanın belə bir qlobal xaosun içərisində 200 illik erməni ekspansiyası, Orta Dəhliz, Şimal-Cənub dəhlizi, Avropanın qaz bazarına maksimum intervensiya, Türkiyə ilə hərbisiyasi müttəfiqlik, türk dövlətlərinin vahid təşkilatlanma səviyyəsinə qədər yüksəlməsi kimi problemləri həll etməyi bacarması Prezident İlham Əliyevin xaotik hərəkətlərin qanunauyğunluğunu və məntiqini, fırtınanın içərisindəki səmt küləyini müəyyənləşdirə bilməsinin, “təsadüflərin arxasındakı zərurəti” görməsinin və səmt küləyindən istifadə edərək Azərbaycan adlı gəmini fırtınadan nəinki sağsalamat, hətta güclənərək çıxarmasının nümunələridir.

Azərbaycan xaosda nizamı necə tapır: gələcəyə baxmaq və görmək istedadı

Xaosun içində məntiqi, nizamı tutmaq qlobal keçidin ən vacib məsələsidir. Səmt küləyini tutmaq mümkün oldusa, yerdə qalanı texniki manevrlərdir.

2022-ci ildə Azərbaycana səfərinin gedişində Serbiya Prezidenti Aleksandr Vuçiç Bakıda olarkən adətən prezidentlərin öz həmkarları haqqında ictimaiyyət qarşısında elan etmədikləri bir fikir səsləndirdi. A.Vuçiç Prezident İlham Əliyev haqqında danışarkən onun gələcəyə baxmaq və görmək istedadını belə vurğulamışdı: “...ondan bilikləri və gələcək haqqında bir çox məsələləri öyrəndiyimə görə də minnətdaram. Çünki mən bizi gələcəkdə nələrin gözlədiyini daha real, daha ciddi şəkildə görə bilirəm”. Serbiya Prezidenti artıq başlanmış xaos dövründə siyasətçilərin məhz buna “gələcəyə baxmaq istedadı”na ehtiyacının olduğunu etiraf etmiş, Azərbaycan Prezidentinin gələcəyi hesablaya bildiyini demişdi.

2024-cü ilin yanvarında ABŞ-da prezident seçkilərinə 10 ay qalmış Donald Trampa siyasi dəstək verməklə Prezident İlham Əliyev çox mürəkkəb və qeyrimüəyyənliklərlə dolu bir situasiyada fəaliyyətdə olan prezident Co Baydeni və komandasını tənqid etmişdi. Bu, sadəcə, bir elmi və siyasi hesablama deyildi, həm də verilmiş bəyanatla artıq praktikada tətbiq olunmağa başlanmış siyasi xətt idi.

Bu, Azərbaycanın ABŞ-ın fəaliyyətdə olan administrasiyası, bütövlükdə Demokratlar Partiyası ilə münasibətlərinə təsir edən riskli, eyni zamanda, siyasi iradə tələb edən siyasi xəttin yürüdülməsinin başlanğıcı idi. Hesablanmışdı, proqnozlaşdırılmışdı, seçim edilmişdi və tətbiqinə start verilmişdi. Təbii ki, növbəti bir il ərzində təzyiqlərin ediləcəyi də hesablanmış və müqavimət gücü də səfərbər olunmuşdu.

Gözlənildiyi kimi oldu: D.Trampa dəstək verdiyinə görə demokratlar açıq təzyiqə başladılar. 2024-cü ilin aprelində Antoni Blinkenin rəhbərliyi ilə Aİ, ABŞ və Ermənistan Brüsseldə sammit keçirərək İrəvana hərbi dəstək vəd etdilər. 2025-ci ilin yanvarında isə hakimiyyəti təhvil verməyə bir neçə gün qalmış Ermənistanla strateji tərəfdaşlıq sazişi imzaladılar. Bütün bunlar D.Trampa verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə edilən təzyiq idi. Amma bu, ABŞ-ın maraqları ilə üstə-üstə düşməyən bir siyasət idi. İndi Azərbaycan

Prezident İlham Əliyevin 2024-cü ilin yanvarında verdiyi bəyanat və sonrakı təzyiqləri dəf etməsinin bəhrəsini görməkdədir. Aprelin 10-da Donald Tramp Prezident İlham Əliyevə ünvanlandığı məktubda Azərbaycan Prezidenti ilə “birgə işləməyi səbirsizliklə gözlədiyini” bəyan edir, “ABŞ-ın Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olduğu”nu vurğulayır, gələcək əməkdaşlıqda “möhtəşəm məqamların” olacağını qeyd edir.

Bu, düzgün hesablama və doğru proqnozlaşdırma nəticəsində yürüdülmüş siyasətin 1 il 3 aydan sonrakı bəhrəsidir. Dünya tarixinin son 100 ili ərzində ən qarışıq, ziddiyyətli, təhlükələrlə dolu olan mərhələsində bu doğru proqnozlaşdırma Amerika ilə münasibətlərdə yeni siyasi səhifənin açılmasına şərait yaratdı, ölkəmizin təhlükəsizliyinə töhfə verdi.

2025-ci il aprelin 10-da Prezident İlham Əliyev təcrübəyə, məlumatlılığa və məntiqə əsaslanaraq qlobal gündəliyin daha bir prosesi – Ukrayna–Rusiya savaşı haqda realist proqnozunu səsləndirdi: “Şəxsən mən realist olaraq, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektivi görmürəm. Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Azərbaycan da onları Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil? Əgər bu baş verərsə, onda belə çıxır ki, mən beynəlxalq siyasətdə nəyi isə başa düşmürəm. Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir”. Bu, qərarlara, praktik siyasi gedişlərə təsir edəcək proqnozdur. Müharibənin nə qədər uzanacağı, nəticələrinə dair hesablamalar və proqnozlar gələcəyə yönəlik siyasi planlara da təsir edir. Artıq situasiyaya realist baxış olaraq beynəlxalq səviyyədə, Ukraynada da əkssəda verib.

2025-ci ildə Prezident D.Trampın fəaliyyətini tənqid etdiyi, rəsmən ləğv olunmuş USAID təşkilatının Azərbaycandakı fəaliyyəti hələ 2023-cü ildən sərt tənqid olunmağa başlanmışdı. Prezident İlham Əliyev bu təşkilatın Azərbaycanın təhlükəsizliyinə təhdid yaratması haqda A.Blinkenə iradlarını bildirmiş, Azərbaycanda USAID-ə yer olmadığı açıq elan edilmişdi. İki ildən sonra USAID tamamilə ləğv olundu.

AŞPA-nın Azərbaycana təzyiq etmək siyasəti də Fransa tərəfindən səhv siyasi hesablama nəticəsində meydana çıxmışdı. Ancaq Azərbaycanın assambleyanı tərk edərək geri qayıtmaması, əkstəzyiq göstərməsi dəqiq hesablama və siyasi cəsarət nümayişi idi və gözlənilən nəticəni verdi. Avropa Şurasının Baş katibi COP29da iştirak üçün Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevdən təşkilatdan tam çıxmamağı xahiş edib. Səbəb odur ki, Avropanın geosiyasi vəziyyəti və statusu dəyişib və zəifləyib. İndi Avropa hansısa dövləti sürgünlə cəzalandırmaq iqtidarında deyil. Əksinə, Avropanın Türkiyəyə və Azərbaycana ehtiyacı daha böyükdür. Brüsseldə və Strasburqda bu günü hesablaya bilməmişdilər, Bakıda isə dəqiq hesablanmış və proqnozlaşdırılmışdı.

Xaos dövrlərində Azərbaycanın siyasi xəttinin dürüst proqnozlaşdırılması 2008-2010-cu illərin qlobal iqtisadi böhranının ardınca başlanmış gərgin siyasi mərhələdə də müşahidə olunmuşdu.

2008-2010-cu illərin qlobal iqtisadi böhranından sonra mövcud qlobal təhlükəsizlik sistemi zəiflədi və çoxqütblülüyə keçid sürətləndi. Daha sonra 2014-cü ildə Krım ətrafındakı proseslərlə çoxqütblülük erasının formalaşması iqtisadi mərhələdən hərbisiyasi mərhələyə keçdi. Yeni eranın başlandığını və əsas proseslərin məntiqinin hesablanması gələcəyi proqnozlaşdırmağa və yeni vəziyyətə uyğun siyasi konsepsiyanın tətbiqinə səbəb oldu.

Bu yeni mərhələdə qlobal xaosdan qorunmaq üçün regional müstəvidə təhlükəsizliyin gücləndirilməsi əsas strateji xətt kimi götürüldü.

Son illər yenidən ölkələrin sürətlə silahlanması müşahidə edilir. Son məlumata əsasən, 2024-cü ildə dünyada hərbi xərclər 2,4 trilyon dollar səviyyəsinə çatıb. Aİ-nin qəbul etdiyi yeni plana əsasən, silahlanmaya 800 milyard avronun ayrılması hədəflənir. Sürətlə silahlanmanın belə bir mərhələsində bütün ölkələrin hərbi, siyasi və iqtisadi təhlükəsizliyi qonşularla münasibətlərdən birbaşa asılıdır. Qonşu ölkələrin iştirakı olmadan istənilən ölkənin milli təhlükəsizliyinə birbaşa zərbə vurulması çox çətindir.

Regional siyasət – təhlükəsizliyin bazası

2008-2015-ci illərin qlobal iqtisadi böhranından sonra fövqəldövlətlər arasında rəqabətin güclənməsi nəticəsində dünyada təhlükəsizlik, ticarət və siyasi əlaqələrdə qloballaşma arxa plana keçməyə, regionallaşma meyilləri isə güclənməyə başladı. Regional ticarət birlikləri, regional ümumi bazarların formalaşması prosesi genişləndi.

Prezident İlham Əliyev bu tendensiyadan doğan nəticələri dərhal Azərbaycanın xeyrinə istifadə edərək regional əlaqələri dərinləşdirdi, Qarabağ məsələsi və Xəzərin statusu da daxil olmaqla bir çox problemlərin nizamlanmasında regional amillərin konstruktiv mövqeyini təmin etdi.

2018-ci ilin avqustunda Xəzərin statusu haqqında Konvensiyanın imzalanması regional əməkdaşlığı yeni mərhələyə çıxardı.

Elə həmin ilin sentyabrın əvvəlində Prezident İlham Əliyevin Soçiyə səfəri zamanı iki ölkə arasında energetika, iqtisadiyyat, idman, turizm və digər sahələrdə əməkdaşlıq üzrə 15 sənəd imzalandı. Sentyabrın sonunda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bakıya səfər etdi və IX Azərbaycan–Rusiya Regionlararası Forumu keçirildi.

Azərbaycan doğru hesablama və proqnozlaşdırma sayəsində müdrikcəsinə təhlükəsizlik məsələlərinin həllini regional, Ermənistan isə səhvən qlobal müstəviyə daşıyaraq, regiondan kənar qüvvələrin cəlbinə çalışdı. Nəticədə 44 günlük müharibə gedişində Azərbaycanın regional müstəvidəki diplomatik üstünlüyü bizə uğur qazandırdı.

2025-ci il aprelin 10-da tarif müharibələrinin yeni qızışdığı, Ukrayna–Rusiya savaşının, İsrail–Həmas münaqişəsinin sonunun görünmədiyi hazırkı mərhələdə Azərbaycan Prezidenti strateji istiqamətlər üzrə siyasi prinsipləri elan etdi.

Qlobal xaosa təsir edən qüvvələrin müxtəlifliyini, güc mərkəzlərinin çoxluğunu nəzərə alaraq Prezident İlham Əliyev çoxpilləli və çoxistiqamətli siyasət yürütməyə üstünlük verir. Hələlik xaosun qeyrimüəyyənlik mərhələsində olması bu siyasi prinsipi alternativsiz varianta çevirir. Həm də bu, Azərbaycanın uzun illər ərzində yürütdüyü beynəlxalq siyasətin təməlini təşkil edir.

İkinci mühüm prinsip ölkəni ziddiyyətlər deyil, qlobal qarşıdurmadakı bütün güc mərkəzlərinin əməkdaşlıq məkanı kimi təqdim etmək, Azərbaycanın təhlükəsiz, müstəqil və suveren qalmasında bütün tərəflərin maraqlı olmasına nail olmaqdır.

Üçüncü mühüm prinsip qonşularla dinc yanaşı yaşamaq, iqtisadi-ticari əlaqələrinin gücləndirilməsidir. Bu yanaşma qlobal xaos dövründə ölkə ətrafında təhlükəsizlik çəmbərini təmin edir.

İndi isə yeni mərhələdə beynəlxalq siyasətin təfərrüatlarına keçək, əsas prinsiplərini qruplaşdıraq.

Xaos dövründə ümumi strategiyanın tezisləri

Yeni dövr üçün siyasəti formalaşdıran çıxış nöqtəsinin nədən ibarət olmasını Azərbaycan Prezidenti 2025-ci ilin yanvarında müsahibəsi zamanı bildirmişdi: “...yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. ...Çünki bu sistem artıq tükənib”.

Bütövlükdə xaos dövründəki strategiya son 20 ildə aparılmış siyasi xəttin 44 günlük müharibədən sonra daha da gücləndirilmiş, əməkdaşlıq və təsir dairəsi genişləndirilmiş, daha güclü mövqedən yürüdülən, daha qətiyyətli olmuş variantıdır.

Bu siyasi strategiyanın hədəfi Cənubi Qafqazı praktik olaraq ABŞ-ın, Avropanın, Yaxın Şərqin, Mərkəzi Asiya və Çinin, Rusiyanın maraqlarının cəlb olunduğu bir geostrateji mərkəzə çevirməkdir. Körfəz ölkələrinin investisiyalarının Cənubi Qafqazın və Mərkəzi Asiyanın iqtisadi, enerji potensialı ilə birləşdirilməsi Orta Dəhlizi nəqliyyat və sənaye dəhlizinə çevirmək strategiyasıdır. Statistika bu strategiyanın uğurlu olduğunu göstərir. 2024-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 milyon ton olmuş, bu yüklərin 57 faizini tranzit yüklər təşkil etmişdir.

İnvestisiyalar, ticarət və nəqliyyat qlobal xaosun içərisində təhlükəsiz dəhliz axtarışındadır. Azərbaycanın tutduğu siyasi xətt bütün Avrasiyanı bu dəhlizdə maraqlı etməkdir. Prezident İlham Əliyev COP29-da çıxışı zamanı da beynəlxalq siyasətin əsas tezislərini elan etmişdi. Bu çıxışın baza tezisi Azərbaycanın ən müxtəlif qütblərdən olan geosiyasi güc mərkəzlərinin əməkdaşlıq məkanı olmağa can atmasıdır. Təfərrüatlara gəldikdə isə:

– Azərbaycan dünyanın qovuşma və əməkdaşlığı üçün siyasi, mədəni, infrastruktur və iqtisadi resurslara malikdir, əlverişli nəqliyyat dəhlizlərini təklif edir;

– Biz Qlobal Şimal ilə Qlobal Cənub arasında körpü rolunu oynamaq niyyətindəyik;

– Azərbaycan beynəlxalq hüququ fəaliyyətinin əsası kimi götürür;

– Yerləşdiyimiz coğrafiyada iqtisadi və nəqliyyat dəhlizlərinin hüquqi, hərbi təhlükəsizliyini, müstəqil fəaliyyətini təşkil etmək iqtidarındayıq.

Xaos dövrü strategiyası: TDT-ni qlobal fəaliyyət mərkəzinə çevirmək və “boşluqları doldurmaq” siyasəti

Prezident İlham Əliyev hesab edir ki, bugünkü qlobal şərtlər daxilində Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsi, təhdidlərə qarşı səylərin birləşdirilməsi, təşkilatın qlobal iştirakçıya çevrilməsi üçün əlverişli fürsət yaranıb və bu fürsətdən istifadə edərək beynəlxalq səhnədə eyni mövqedən çıxış etmək məqsədəuyğundur. Azərbaycan Prezidenti TDT-ni daha sıx biləşməyi, hətta hərbi gücləri birləşdirərək:

– Qlobal səviyyədə beynəlxalq fəaliyyət mərkəzinə çevrilməyi;

– Qlobal geosiyasi boşluqları birlikdə doldurmağı;

– Avrasiyanın böyük hissəsində qərarların qəbul olunması mərkəzinə çevrilməyi təklif edir.

Rəqəmlər əlaqələrin faydalı olduğunu nümayiş etdirir. 2024-cü il ərzində Azərbaycanın TDTyə üzv ölkələrlə ticarət dövriyyəsi 6 milyard 892,7 milyon ABŞ dolları təşkil edib. Bu ölkələrlə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14,5 faizinə bərabər olub.

(ardı var)

İbrahim MƏMMƏDOV,
tarix üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:27
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Aprel 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hindistan atəşkəs sazişindən çıxmağı planlaşdırır

24 Aprel 2025 18:46see142

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see138

Manatla bağlı acınacaqlı vəziyyət Bahalaşma qapıda…

25 Aprel 2025 06:30see135

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib

25 Aprel 2025 10:53see129

Starmer Ukraynada yayadək atəşkəsin əldə olunacağına ümid edir

25 Aprel 2025 05:57see128

CapCut un rəqibi var

25 Aprel 2025 04:01see126

Netflix in rəhbəri Hollivudun xilaskarını açıqladı

25 Aprel 2025 03:31see124

Rusiyada Çeçenistandan olan kişilər tanış olmaqdan imtina edən qızlara hücum ediblər

24 Aprel 2025 18:14see123

Tramp Kiyevi sülhə məcbur etməməlidir Rutte

24 Aprel 2025 18:15see121

Bavariya Qalatasaray dan aldığı futbolçunu satacaq

25 Aprel 2025 01:00see121

Papa bu gün dəfn olunacaq

26 Aprel 2025 08:51see119

Tarkan sükutunu pozdu

26 Aprel 2025 05:00see117

Peruda beş min illik məzar tapılıb

26 Aprel 2025 04:38see116

Trampın ticarət savaşı ABŞ nəhəngini sarsıtdı: “Boeing” yeni müştəri axtarışında… KONKRET

24 Aprel 2025 18:02see116

Nəsimi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

25 Aprel 2025 09:46see115

“Bakı Abadlıq Xidməti” rəhbəri və müavini şəhid övladını belə incidir

25 Aprel 2025 10:12see114

“Trabzonspor”un finaldakı rəqibi müəyyənləşdi

26 Aprel 2025 01:25see113

BVF: Bu, qlobal iqtisadi artıma təhlükə yaradır!

26 Aprel 2025 01:11see113

Azərreyl in baş məşqçisi: “Komandamız üçün gözlənilən, lakin çətin bir qələbə oldu”

24 Aprel 2025 18:32see112

Tanınmış blogerin həri si olub

24 Aprel 2025 22:54see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri