Icma.az
close
up
RU
Yeni elmi araşdırma illərin yanlış inancını TƏKZİB ETDİ

Yeni elmi araşdırma illərin yanlış inancını TƏKZİB ETDİ

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Uzun illərdir təkrarlanan "gündə 2 litr su için" tövsiyəsi elmi cəhətdən yenidən qiymətləndirilib. Alimlərin apardığı genişmiqyaslı araşdırmaya əsasən, hər kəs üçün sabit miqdarda su içmək məcburiyyəti yoxdur. Su ehtiyacı fərdi xüsusiyyətlərə görə ciddi şəkildə dəyişir.

News24.az xəbər verir ki, məşhur “Science” elmi jurnalında dərc edilən tədqiqatda 23 ölkədən 5.600-dən çox iştirakçı yer alıb. Araşdırmanın nəticələri göstərib ki, insanın yaşı, çəkisi, fiziki aktivliyi, yaşadığı iqlim və həyat tərzi onun gündəlik su tələbatına birbaşa təsir edir.

Orta hesabla gündə 1,5 litr kifayət edə bilər

Tədqiqatçılar orta statistik bir insan üçün gündəlik su ehtiyacının təxminən 1,5 litr olduğunu qeyd edir. Bu isə illərdir tövsiyə edilən 2–2,5 litrlik normanın bir çox insan üçün artıq ola biləcəyini göstərir.

Susuzluq bədəndən gələn ən doğru siqnaldır

Mütəxəssislər bildirir ki, insan orqanizmi suya olan ehtiyacını susuzluq hissi ilə özü siqnal verir. Bədən su istəmirsə, özünü məcbur edib su içmək lazım deyil. Ən etibarlı göstərici vücudun verdiyi təbii reaksiyalardır.

Fiziki aktiv olanlar diqqətli olmalıdır

Daimi olaraq idmanla məşğul olan şəxslərdə su itkisi daha çox olur. Belə hallarda yalnız su deyil, həm də elektrolit balansı – yəni natrium, kalium və maqnezium kimi mineralların miqdarı da nəzərə alınmalıdır.

Su içməyi unutmamaq vacibdir, amma məcbur etmədən

Ekspertlər vurğulayır ki, su içmək bədənin tələbinə uyğun şəkildə həyata keçirilməlidir. Ağız quruluğu, izaholunmayan yorğunluq və tünd rəngli sidik kimi əlamətlər bədənin susuz qaldığını göstərən əsas siqnallardır.

Yekun olaraq qeyd olunur: su içmək sağlamlığın bir hissəsidir, lakin bu, məcburi norma ilə deyil, orqanizmin ehtiyacına əsasən tənzimlənməlidir.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 İyul 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri