Rəqəmsallaşma istiqamətində sürətli və kompleks addımlar atılır Sahil Babayev
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda dövlət xidmətlərinin və dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində sürətli və kompleks addımlar atılır.
525.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
"Bu çərçivədə dövlət başçısı müvafiq dövlət proqramını və tədbirlər planını təsdiq edib. Həm cari ildə, həm növbəti ildə, həm də sonrakı illərdə rəqəmsallaşma sahəsində həyata keçiriləcək fəaliyyətin əlaqələndirilməsi üçün müvafiq şura yaradılıb. Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın rəhbərliyi ilə bu şura ölkənin iqtisadi və sosial həyatının bütün istiqamətləri üzrə rəqəmsallaşma sahəsində həyata keçirilən fəaliyyətləri və tədbirləri əlaqələndirəcək", - deyə o qeyd edib.
Baxış sayı:132
Bu xəbər 22 Oktyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















