Icma.az
close
up
RU
Qədim Misir şəhərini taunun məhv etdiyi düşünülürdü Yeni araşdırma bunu təkzib etdi

Qədim Misir şəhərini taunun məhv etdiyi düşünülürdü Yeni araşdırma bunu təkzib etdi

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Alimlər qədim Misirin Axetaton şəhərinin tarixini yenidən qiymətləndirərək uzun illərdir davam edən fərziyyələri alt-üst ediblər. Yeni tədqiqat göstərib ki, şəhərin tənəzzülünə səbəb kimi göstərilən taun xəstəliyi əslində baş verməyib.

Qaynarinfo xəbər verir ki, "IFLScience” nəşrinin yazdığına görə, Axetaton (indiki Amarna) eramızdan əvvəl XIV əsrdə firon Ehnatonun hökmranlığı dövründə qısa müddətə Misirin paytaxtı olmuşdu. Uzun illər alimlər hesab edirdilər ki, şəhəri taun epidemiyası vurub və nəticədə kral ailəsinin doqquz üzvü ilə yüzlərlə sakin həyatını itirib. Lakin yeni analizlər bu fikri təkzib edir.

Tədqiqat müəllifləri bildirirlər ki, mövcud arxeoloji və yazılı dəlillər şəhərin kütləvi ölüm hadisəsi ilə üzləşdiyini göstərmir: "Əldə olan bütün məlumatlar onu deməyə əsas verir ki, Axetatonu yüksək ölüm səviyyəli epidemiya bürüməyib".

Alimlərin fikrincə, şəhərin tərk edilməsi də əvvəl düşündüyü kimi qəfil olmayıb. Arxeoloji tapıntılar sübut edir ki, əhali ərazini tərk etməzdən əvvəl əşyalarını toplamağa və köçməyə vaxt tapıb. Bu, insanların qorxudan qaçmadığını, əksinə, şəhərin planlı şəkildə boşaldıldığını göstərir.

Kral ailəsinin üzvləri arasında həmin dövrdə baş verən ölümlər də təbii səbəblərlə izah olunur. Məsələn, fironun anası Tiye təxminən 50 yaşında olub və yaşla bağlı xəstəliklərdən vəfat edə bilərdi. Qızları Neferneferura və Setepenra isə beş yaşından kiçik idilər - bu, qədim dövrlər üçün adi hal sayılırdı.

Sadə vətəndaşların məzarlıqları da taun ehtimalını zəiflədir: kütləvi və ya tələsik dəfn izlərinə rast gəlinməyib, qəbir yerləri səliqə ilə hazırlanıb.

Məqalədə qeyd olunur ki, ölüm sayının sonradan şişirdildiyi aydındır. Əslində, tapılan qəbirlər nəzəri epidemiya ilə bağlı iddia edilən rəqəmlərlə uyğun gəlmir.

Alimlər həmçinin xatırladırlar ki, həmin dövrdə Misir və Hett imperiyaları arasında əlaqələr gərgin idi. Hett mənbələrində əsirlərin qaytarılması zamanı taun xəstəliyinin baş verdiyi bildirilir, lakin bu hadisənin Axetatonla birbaşa əlaqəsi yoxdur - iki paytaxt arasında 1100 kilometrlik məsafə mövcud idi və hadisələr arasında ciddi vaxt fərqi vardı.

Ən vacibi isə odur ki, Axetatonun özündə taun haqqında birbaşa yazılı mənbə yoxdur.

Tədqiqat müəllifləri ehtimal edirlər ki, gələcəkdə Amarnada aparılacaq molekulyar analizlər müəyyən xəstəlik izlərini aşkar edə bilər, lakin bu, şəhərin taun səbəbindən boşaldığı anlamına gəlməyəcək.

Alimlərin yekun nəticəsi belədir: "Mövcud sübutlar əsasında demək olar ki, Axetatonu məhv edən kütləvi epidemiya olmayıb. Taun anlayışı sadəcə o dövrün mürəkkəb siyasi və sosial hadisələrini izah etmək üçün istifadə edilib”.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see220

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see171

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see169

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see145

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri