Icma.az
close
up
RU
Yeni “gizli silahlar” qlobal diplomatiyanı “dəfn” edir: Artıq heç bir ölkə tam təhlükəsizlikdə deyil

Yeni “gizli silahlar” qlobal diplomatiyanı “dəfn” edir: Artıq heç bir ölkə tam təhlükəsizlikdə deyil

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

ABŞ və NATO-nun son illərdə Avrasiyada öz hərbi mövqelərini genişləndirməsi, “strateji əhatə dairəsini” dərinləşdirməsi Rusiya, Çin və Şimali Koreyada siyasi-psixoloji balansın pozulması effekti yaradıb... Ona görə də, cavab reaksiyası məhz hərbi texnologiya üzərindən verilir, ABŞ və NATO-nun dəyişməz rəqibi olan bu dövlətlərin hər biri öz “unikal silahları” ilə qarşı tərəfə “biz də sizdən zəif deyilik” məzmunlu xəbərdarlıq mesajı göndərir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, dünyada “gizli silahlar” erası artıq başlayıb. Belə ki, yeni qlobal hərbi güc rəqabəti dünya nəhənglərini sahib olduqları “gizli silahları” əsas təhdid vasitəsinə çevirməyə məcbur edir. Şimali Koreya lideri Kim Çen In bu günlərdə bəyan edib ki, onun ölkəsi “müdafiə qabiliyyətinin gücləndirilməsi” çərçivəsində yeni “məxfi silah”ın yaradılmasına nail olub. Onun sözlərinə görə, “müdafiə elmi və tədqiqatlarında mühüm nailiyyətlər” əldə olunub və bu, Şimali Koreyanın “döyüş potensialı”nı kəskin artıracaq.

Onu da qeyd etmək lazımdır ki, Pxenyandan verilən bu bəyanat yalnız Şimali Koreyanın hərbi laboratoriyalarında əldə olunmuş “uğur” deyil. Bu, həm də qlobal güc münasibətlərinin dəyişdiyi, yeni “silahlanma erası”nın başlandığını göstərən simvolik mesajdır. Çünki son aylarda eyni məzmunlu bənzər bəyanatlar həm Rusiya, həm də Çin tərəfindən səsləndirilib. Belə ki, Rusiya prezidenti Vladimir Putin “sınaqdan keçmiş yeni strateji silahdan”, Çin isə “yüksək səviyyəli müdafiə texnologiyalarının tam məxfi mərhələyə keçdiyindən” bəhs edib. Və bu üç dövlət - Şimali Koreya, Rusiya və Çin artıq təkcə geopolitik deyil, həm də texnoloji səviyyədə də kollektiv Qərb üçün əsas “hərbi təhlükə qütbü”nə çevrilib.

 Məsələ ondadır ki, hazırda bütün baş verənlər yeni “soyuq müharibə”nin sürətlə silahlanma modelini təkrarlayır. “Gizli silahlar” anlayışı isə əslində, üç önəmli səviyyəni özündə əks etdirir. Birinci səviyyə uzaqmənzilli ballistik raketlər, nüvə başlıqları, hipersonik planlayıcıların və s. daxil olduğu strateji silahlar kateqoriyasıdır. Bu kateqoriya üzrə xüsusilə də Rusiya və Çin daha ön sıralarda yer alır. İkinci səviyyəyə daxil olan dron sürüləri, avtonom nişanlama, real vaxtda hədəf izləmə texnologiyaları və s. kəşfiyyat və süni intellektlə idarə olunan sistemlərə aid olunur. Bu texnologiyalar konvensional müharibə anlayışını artıq dəyişir. Üçüncü kateqoriyada isə kiber və kosmik müstəvidə “görünməz” silahlar - yəni, peyk əleyhinə sistemlər, elektrik maqnit impuls generatorları və kiber hücum imkanları və s. yer alır. Və bunlar sadəcə, adi orduların deyil, ümumiyyətlə, bütöv iqtisadi sistemlərin “müdafiə xətti”ni darmadağın edə bilər.

Maraqlıdır ki, hazırda “gizli silahlar” üzərindən qarşılıqlı təhdid ritorikası həm də onu göstərir ki, qlobal məkanda “silah səsi” siyasət və diplomatiyanın yerini “işğal” etməyə başlayıb. Müasir dövrdə bu cür silahların mövcudluğu barədə bəyanatlar, əslində, siyasi-diplomatik alətə çevrilib. Şimali Koreya lideri Kim Çen In, Rusiya prezidenti Vladimir Putin və Çinin rəhbəri Si Tsinpin üçün hər yeni “məxfi silah” anonsu həm ölkədaxili legitimliyi artırır, həm də xarici siyasətdə təzyiq vasitəsi rolunu oynayır.

Təbii ki, ABŞ və NATO-nun son illərdə Asiya və Avropada öz mövqelərini genişləndirməsi, “strateji əhatə dairəsini” dərinləşdirməsi Rusiya, Çin və Şimali Koreyada siyasi-psixoloji balansın pozulma effekti yaradıb. Ona görə də, cavab reaksiyası məhz hərbi texnologiya üzərindən verilir. ABŞ və NATO-nun dəyişməz rəqibi olan bu dövlətlərin hər biri öz “unikal silahı” ilə qarşı tərəfə “biz də sizdən zəif deyilik” məzmunlu xəbərdarlıq mesajı göndərir. Və beləliklə, siyasi-diplomatik masa arxasında deyil, məhz yeni raketlərin sınaqları, ən müasir dağıdıcı silahların “paradları” üzərindən mesajlar verilir.

 Ona görə də, yeni hərbi balans prosesinin ilk təhlükəli nəticəsi böyük ehtimalla dünya nəhəngləri arasında silahlanma yarışının dərinləşməsi olacaq. Kollektiv Qərb hipersonik raketlərə qarşı müdafiə sistemləri qurmağa, kosmosda hərbi izləmə texnologiyalarını genişləndirməyə məcbur qalacaq. İkinci nəticə “gizli silahlar”ın istifadəsi, sınağı və ya sızan görüntüləri yanlış təfsir edilərsə, təsadüfi hərbi gərginliklər də yarana bilər. “Soyuq müharibə” dövründə belə hadisələr bir neçə dəfə baş vermişdi. Ancaq fərq ondadır ki, bu dəfə reaksiyalar daha sürətlidir və manevr üçün zaman məhduddur. Üçüncü nəticə isə regional gərginliklərin sırası daha genişlənə bilər. Çünki Şimali Koreya yarımadası, Tayvan boğazı, Ukrayna savaşı və Yaxın Şərqdə hərbi balans getdikcə, daha “həssas mexanizmə” çevrilir.

Bütün bunları nəzərə aldıqda, ABŞ və NATO-nun cavab strategiyası böyük əhəmiyyət daşıyır. Son məlumatlara görə, ABŞ və NATO artıq “gizli silahlar” dövrünə uyğunlaşdırılmış üçistiqamətli strategiya formalaşdırmağa çalışır. İlk olaraq, daha çox hərbi mövcudluq və texnoloji üstünlüyün nümayişinə cəhd göstərilir. Digər tərəfdən, kiber və kosmik müdafiənin genişləndirilməsinə, peyk və infrastruktur sistemlərinin qorunmasına üstünlük verilir. Nəhayət, qarşı tərəfə münasibətdə sanksiyalar və ixrac nəzarəti tətbiq olunur, xüsusilə də süni intellekt və mikrosxem texnologiyalarının ötürülməsi məhdudlaşdırılır. Ancaq bu strategiya öz növbəsində rəqib qütbü daha çox yeni silahların yaradılmasına yönəldir.

 Tarixi təcrübə göstərir ki, silahlanma yarışları çox vaxt danışıqlar masasında yekunlaşır. Ancaq bunun üçün qarşıduran tərəflərin özlərini bərabər güclü hiss etməsi qaçılmaz xarakter daşıyır. Hazırda dünya tədricən həmin nöqtəyə yaxınlaşır, çünki qarşıduran tərəflərin “tam güclü” görünmək məqsədi daşıyan “silah anonsları” çoxaldır və bununla da qarşılıqlı “qorxu balansı” formalaşır. Və ən təhlükəli ssenari odur ki, bu balans “gizli silahların sirliliyi” üzərində qurulmuş olsun, yəni nə sınağın, nə gücün, nə də məqsədin dəqiq bilinmədiyi bir vəziyyət yaransın.

Göründüyü kimi, son vaxtlar yeni hərbi texnologiya tədricən qlobal diplomatiya masasını boşaltmağa başlayıb. Çünki hazırda “gizli silah” bəyanatları yalnız sadəcə, hərbi mesaj deyil, həm də qlobal siyasi-diplomatik etimadın zəifləməsinin göstəricisidir. Yəni, dünya nəhəngləri yeni texnoloji üstünlüyü silahlanma ilə ölçməyə başlayıb, diplomatiya isə arxa plana keçirilib. Əgər, bu tendensiya davam edərsə, yaxın illərdə beynəlxalq münasibətlərin əsas meyarı “kimin daha güclü gizli silahı var” prinsipi olacaq. Halbuki, tarix təcrübə də onu göstərir ki, “gizlilik” üzərindən qurulan təhlükəsizlik sistemi davamlı olmur. Və əksinə, növbəti qlobal böhranın təməlini atır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Oktyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri