Icma.az
close
up
RU
Yeni hökumətə qarşı qiyam başladı 4 şəhərdə küçəyə çıxmaq qadağası FOTO

Yeni hökumətə qarşı qiyam başladı 4 şəhərdə küçəyə çıxmaq qadağası FOTO

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suriyada Bəşər Əsədin devrilməsindən sonra qurulan yeni hökumət Hüms şəhərində gözlənilməz qiyamla qarşılaşıb.

News24.az xəbər verir ki, devrilmiş rejim qüvvələri Suriyanın keçid hökumətinə qarşı küçələrə çıxıb. Suriya Milli Ordusu təxribatların qarşısını almaq üçün Hüms şəhərində əməliyyata başlayıb. 4 şəhərdə komendant saatı elan edilib.

Suriyanın rəsmi xəbər agentliyi SANA-ya verdiyi açıqlamada yeni administrasiyanın daxili işlər naziri Məhəmməd Əbdürrəhman devrilmiş Bəşər Əsəd rejiminin ünsürlərinin Tartusda Daxili İşlər Nazirliyinə bağlı qüvvələrə pusqu qurduğunu bildirib. “Tartusda insanların təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən vəzifəni yerinə yetirən Daxili İşlər Nazirliyinə bağlı qüvvələrə qarşı pusquda 14 nəfər həlak olub, 10 nəfər yaralanıb”, - deyə nazir bildirib.

Suriya Daxili İşlər Nazirliyi Hüms şəhərində küçələrə çıxaraq üsyana çağırış edən devrilmiş rejimin tərəfdarlarına qarşı əməliyyat keçirib. Suriya Milli Ordusu Hüms şəhərindəki təxribatları aradan qaldırmaq üçün bölgəyə əlavə qüvvələr göndərib.

Hüms, Latakiya, Cebele və Tartus şəhərlərində sabah səhərə qədər komendant saatı elan edilib. Digər tərəfdən, təhlükəsizlik qüvvələri qiyamı başlatan təxribatçıları ələ keçirməyə başlayıb.

Suriyanın bəzi şəhərlərində üsyana çağırış edərək təxribat xarakterli cəhdlər edən şəxslərdən birinin Livan vətəndaşı olduğu üzə çıxıb. Təxribatlar Suriya keçid hökumətinin İrana xəbərdarlıq etməsindən 24 saat keçməmiş bəzi dini icmaların küçələrə çıxması ilə başlayıb.

Hadisələrin İranın xarici işlər naziri Abbas Əraqçının təhdid xarakterli bəyanatlarından sonra başlaması sual doğurub. Əraqçı Suriyada gələcəkdə çox şeyin dəyişəcəyini və Suriyada qələbədən danışanların gözləməli olduğunu bildirib. 

Suriya müvəqqəti hökumətinin xarici işlər naziri Əsəd Həsən Şeybani İrana xəbərdarlıq edərək, “İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir” deyib.

Aynurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 Dekabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see366

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see257

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see217

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see173

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see142

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri