“Yeni il macərası” adlı musiqiliəyləncəli xeyriyyə tamaşası keçirilib AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 24 dekabr, AZƏRTAC
3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Çinar Yayımları” Nəşriyyatının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş “Yeni il macərası” adlı musiqili-əyləncəli xeyriyyə tamaşası keçirilib.
AZƏRTAC xəbər verir ki, musiqili-əyləncəli tamaşada Mərkəzin teatr dərnəyinin üzvləri, rəqs kollektivinin uşaqları, gənc vokalçıları çıxış ediblər. “Yeni il macərası” tamaşasında Mərkəzin aktyorları nağıl qəhrəmanlarını canlandırıblar. Nağıllarda olduğu kimi, sehrli aləmə düşən qəhrəmanlar şər qüvvələrə qarşı öz xeyirxahlıq, dostluq, birlik və bacarıqları ilə qalib gəliblər.
Tədbir boyu Mərkəzin rəqs qruplarının ifasında qış mövzusuna aid rəngarəng rəqslər nümayiş olunub.
Sonda “Çinar Yayımları” Nəşriyyatı tərəfindən uşaqlara hədiyyələr verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 24 Dekabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















