Yeni il sehri Milli Auditoriyaya gəlir: “Şelkunçik” baleti səhnədə FOTO
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Yeni il ab-havası Meksikanın paytaxtında yerləşən Milli Auditoriyada yaşanacaq. 18-23 dekabr tarixlərində klassik balet sənətinin ən sevilən əsərlərindən biri olan "Şelkunçik" tamaşaçılara təqdim olunacaq. Bu balet artıq Mexiko şəhərində (CDMX) yeni il mövsümünün dəyişməz ənənəsinə çevrilib.
Milli.Az xəbər verir ki, tamaşanın musiqi rəhbəri azərbaycanlı dirijor Əyyub Quliyev olacaq. O, dahi bəstəkar Qara Qarayevin adını daşıyan Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijorudur. Konsert zamanı Əyyub Quliyev İncəsənət Teatrının Orkestri ilə birlikdə Pyotr İliç Çaykovskinin unudulmaz "Şelkunçik" musiqisini səsləndirəcək.
Təşkilatçıların bildirdiyinə görə, tamaşa fantaziya, rəqs və emosiyalarla zəngin olacaq və ailə üzvləri ilə birlikdə izləmək üçün ideal mədəni tədbir kimi dəyərləndirilir.
"Şelkunçik" baleti bu qış mövsümündə tamaşaçılara unudulmaz anlar yaşatmaq məqsədi daşıyır və klassik incəsənət sevərlərini bir araya gətirəcək.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 16 Dekabr 2025 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















