Icma.az
close
up
RU
Qərb məxfi servislərindən SENSASİON ssenari: Tramp kənara çəkilsə, Rusiya savaşa tab gətirməz

Qərb məxfi servislərindən SENSASİON ssenari: Tramp kənara çəkilsə, Rusiya savaşa tab gətirməz

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İndi “sülh masası”nda yalnız Ukraynanın deyil, ümumiyyətlə, kollektiv Qərbin də gələcək taleyi həll olunur, qarşıduran tərəflər “sülh pəncərəsi” axtarmırlar, yalnız öz geopolitik mövqelərini möhkəmləndirmək üçün sərt manevrlər edirlər... Dünya nəhəngləri arasında geopolitik balans oyunu daha da dərinləşir, bu mərhələdə nə sürətli sülh, nə də tərəflərdən hansınınsa həlledici hərbi qələbəsi mümkün deyil, Ukrayna savaş yeni dünya düzəni üçün “sınaq meydanı”na çevrilir...

Ukrayna savaşı ətrafında yaranmış situasiya hərbi eskalasiya, siyasi-diplomatik dalan və qlobal güclərin sərt mesajları ilə müşayiət olunmaqdadır. Belə ki, Rusiya-Ukrayna müharibəsi həm cəbhə xəttində, həm də siyasi-diplomatik müstəvidə paralel gərginləşmə mərhələsinə daxil olmuş kimi görünür. Son vaxtlar baş verən hadisələr onu göstərir ki, qarşıduran tərəflər nə hərbi, nə də siyasi baxımdan, geri addım atmağa hazır deyillər. Və bu uzunmüddətli münaqişə getdikcə, daha mürəkkəb geopolitik konfiqurasiya alır.

Onu da qeyd etmək lazımdır ki, “sülh masası”nda hələlik öz istədiyini ala bilməyən Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi ardıcıl genişmiqyaslı hücumlar son dövrlərin ən kütləvi zərbələri kimi qiymətləndirilir. Ukrayna prezidenti Volodimir Zelenskinin açıqlamasına görə, son hücumlarda Rusiya 450-dən artıq kamikadze dron və təxminən 30 müxtəlif tipli raketdən istifadə edib. Və Rusiyanın əsas hərbi hədəfləri sırasında Ukraynanın cənub bölgələri, xüsusilə də, Odessa vilayətinin enerji infrastrukturu olub.

Belə anlaşılır ki, Kremlin taktiki prioritetləri qətiyyən dəyişməyib. Rusiya bir tərəfdən, Ukraynanın hərbi-logistik potensialını zəiflətməyə, digər tərəfdən isə rəsmi Kiyev üçün enerji sistemi üzərindən ölkədaxili sosial-iqtisadi təzyiq dalğası yaratmağa çalışır. Qış mövsümünü və enerji təminatının strateji əhəmiyyətini nəzərə aldıqda, Rusiyanın son zərbələri yalnız hərbi deyil, həm də siyasi-psixoloji təsir aləti xarakteri daşıyır.

Bütün bunlara baxmayaraq, rəsmi Kiyev Rusiyanın hərbi zərbələrinə də, ABŞ-ın sərt təzyiqlərinə də müqavimət göstərməkdə israrlı mövqe tutur. Belə ki, yeni “Tramp planı”nın bəzi müddəalarını yaxına belə, buraxmaq istəməyən Zelenski hakimiyyəti Ağ Evin “sülh masası”na çıxartdığı ərazi məsələləri ilə bağlı qərarın yalnız xalq tərəfindən, yəni seçki və ya referendum yolu ilə verilməli olduğu ilə bağlı tezisi ön plana keçirib. Həm Ukrayna daxilində, həm də Qərbdə ciddi şəkildə müzakirə olunan bu tezis rəsmi Kiyevə kifayət qədər önəmli manevr imkanları açır.

Məsələ ondadır ki, Zelenski hakimiyyəti bununla Ukraynanın maraqlarına zidd istənilən “kompromis”in şəxsi siyasi qərarla deyil, məhz yalnız milli iradənin dəstəyi ilə ola biləcəyini qabardır. Yəni, rəsmi Kiyev Qərbə də mesaj verir ki, ərazi güzəşti beynəlxalq təzyiqlə deyil, yalnız xalqın razılığı ilə mümkün ola bilər. Və bu yanaşma faktiki olaraq, onu göstərir ki, Ukrayna hazırda nə ərazi kompromisinə, nə də münaqişənin dondurulmasına siyasi cəhətdən hazır deyil.

Kremldə isə artıq “sülh masası”nda müzakirələrin Rusiyanın maraqlarından uzaqlaşdığını tədricən anlamağa başlayıblar. Ona görə də, Rusiya siyasi dairələri qabaqlayıcı addımlar ataraq, Kremlin “qırmızı cizgilər”ini məhz işğal olunmuş Krım və Ukraynanın NATO-ya üzvlük mövzusu üzərindən çəkməyə çalışır. Belə ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bu barədə açıqlaması Kremlin mövqeyinin dəyişməz qaldığını göstərir. Çünki o, Rusiya adından vurğulayıb ki, Krımın geri qaytarılması və Ukraynanın NATO üzvlüyü heç bir halda, mümkün deyil. Və bu, həm Ukraynaya, həm də kollektiv Qərbə münasibətdə siyasi-diplomatik dildə ultimativ mövqe deməkdir.

Kreml bununla mesaj verir ki, Krım onun üçün artıq müzakirə mövzusu deyil, NATO-nun genişlənməsi Rusiya üçün mövcudluq təhlükəsi olaraq qalır və potensial sülh danışıqları isə yalnız bu “qırmızı cizgilər” çərçivəsində mümkündür. Beləliklə, Rusiya öz maksimalist mövqeyini qoruyaraq, danışıqlar masasında güzəştə açıq olmadığını nümayiş etdirir. Bu isə sülh prosesinin gələcək inkişaf istiqamətlərindən pozitiv nəticələr gözləmək şansını boşa çıxara bilər.

Halbuki, Kremlin “qırmızı cizgiləri” olmasa belə, “sülh masası” arxasında müzakirələrin dalana dirəndiyi müşahidə olunur. Belə ki, “The Wall Street Journal”ın məlumarına görə, Berlin formatında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən müzakirələr çətin və gərgin şəraitdə keçib. ABŞ-ın sülh sazişi layihəsi üzrə kompromisə getməməsi Ağ Evin strategiyasında olduqca mühüm nüansları ortaya çıxarır.

Bu, ABŞ-ın Ukrayna savaşını tez-tələsik bitirməkdənsə, münaqişəni mümkün qədər idarə olunan şəkildə uzatmağa üstünlük verdiyini, rəsmi Kiyevdən real güzəştlər tələb etmədiyini, ancaq onları qəbul etməyə də hazır olmadığını, Avropanın təhlükəsizlik yükünü tədricən “qoca qitə” ölkələrinin üzərinə yükləməyə çalışdığını göstərir. Bu kontekstdə Ukrayna getdikcə, daha çox geopolitik alətə çevrilə, rəsmi Kiyevin isə tam suveren qərar mərkəzi olmaq imkanları ciddi şəkildə darala bilər.

Eyni zamanda, ABŞ prezidenti Donald Trampın Rusiyanın hərbi üstünlüyü barədə bəyanatlarına baxmayaraq, Qərb kəşfiyyat və analitik strukturlarında savaş meydanında Kremlin xeyrinbə kəskin dönüşə dair də konsensus yoxdur. Belə ki, ABŞ və Avropa ölkələrinin kəşfiyyatlarının son sensasion hesabatları Rusiyanın qısa müddətdə sürətli qələbə əldə edəcək hərbi və maliyyə-iqtisadi potensiala malik olmadığını göstərir. Yəni, növbəti daha uzunmüddətli mərhələdə Rusiyanın həlledici zərbə endirmək, Ukraynanın isə strateji üstünlük qazanmaq imkanları ciddi şübhə altına alınır.

Böyük ehtimalla rəsmi Kiyevdə də bu hesabatlar gələcəyə yönəlik müəyyən pozitiv qənaətlər yaradıb. Hər halda, Ukaryna siyasi dairələrinin Ağ Ev sahibi Donald Trampın “sülh planı”na gəzlənildiyindən daha sərt reaksiya vermələri qətiyyən təsadüfi deyil. Belə ki, Zelenski hakimiyyəti daxilində ABŞ prezidentinin sülh təşəbbüsü yararsız “kağız parçası” kimi xarakterizə olunur. Bu, Ukrayna siyasi dairələrində yeni “Tramp planı”na münasibətin nə qədər neqativ məzmun daşıdığınını biruzə verir. Və ümumiyyətlə, Kiyevdə “Tramp faktoru” hazırda həm qeyri-müəyyənlik, həm də Ukrayna üçün böyük risk mənbəyi kimi qəbul olunur.

Belə anlaşılır ki, indi “sülh masası”nda yalnız Ukraynanın deyil, ümumiyyətlə, kollektiv Qərbin də gələcək taleyi həll olunmaqdadır. Hər halda, qarşıduran tərəflər “sülh pəncərəsi” axtarmaqdan daha çox, hazırda öz geopolitik mövqelərinin möhkəmləndirilməsinə fokuslanıblar. Ona görə də, ABŞ, Rusiya və Avropa Birliyi arasında Ukrayna üzərindən gedən geopolitik balans oyunu daha da dərinləşir. Bu mərhələdə nə sürətli sülh, nə də tərəflərdən hansınınsa həlledici hərbi qələbəsi ilə bağlı ehtimal o qədər də real görünmür. Və Ukrayna savaşı getdikcə, yeni dünya düzəninin qurulması prosesində “sınaq meydanı”na çevrilir.(musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Dekabr 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri