Səudiyyə Ərəbistanı kompaniyası “Lukoyl“ şirkətinin 22 milyard dollarlıq aktivlərinə iddialıdır
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Səudiyyə Ərəbistanının "Midad Energy" şirkəti Rusiyanın neft nəhəngi "Lukoyl"un təxminən 22 milyard dollar dəyərində qiymətləndirilən beynəlxalq aktivlərini almaq üçün əsas iddiaçılardan birinə çevrilib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Satış paketinə dünyanın müxtəlif yerlərindəki neft yataqları, neft emalı zavodları (NEZ) və minlərlə yanacaqdoldurma məntəqəsi daxildir.
"Midad Energy" ödənişi tamamilə nağd şəkildə həyata keçirməyi planlaşdırır; vəsaitlər Rusiya şirkətinə qarşı sanksiyalar ləğv edilənədək eskrou hesabda saxlanılacaq. Sövdələşmədə digər Amerika şirkətlərinin də iştirakı mümkündür.
Mənbələrin məlumatına görə, "Lukoyl"un aktivləri üçün aralarında ABŞ-nin "Exxon Mobil" və "Chevron" neft şirkətləri, həmçinin "Carlyle" özəl investisiya firması da olmaqla, onlarla investor müraciət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 16 Dekabr 2025 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















