Icma.az
close
up
RU
Yeni ilə görə satılan bu məhsulları alanlar da CƏRİMƏ OLUNACAQ AÇIQLAMA

Yeni ilə görə satılan bu məhsulları alanlar da CƏRİMƏ OLUNACAQ AÇIQLAMA

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni il ərəfəsində ənənəvi olaraq fişənglərdən və ya digər partlayıcı vasitələrdən istifadə ictimaiyyətdə narahatlıq yaradır.
Milli.Az xəbər verir ki, dövlət gömrük komitəsi bu cür vasitələrin ölkəyə gətirilməsinin qarşısını almaq məqsədi ilə mütəmadi məlumatlar yayır.
Bayram yaxınlaşdıqca belə vasitələrin səbəb olduğu bədbəxt hadisələrin xəbərlərin eşidirik. 
Məsələ ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, pirotexniki vasitələrdən istifadə edərkən qaydalara mütləq əməl olunmalıdır. Hər istifadədən öncə istifadə təlimləri ilə tanış olmaq lazımdır. 
Ekoloq Amin Məmmədov deyib ki, bu partlayışların ətraf mühitə də təsirləri var. Bununla bağlı risklər mövcuddur. Bu vasitələr sıxlıq olan ərazilərdə tez alışaraq qəfl yanğınlara səbəb ola bilər. Təbiətə təsirləri heyvanlardan da yan ötmür. Bu maddələr quşlar üçün də təhlükəli hesab edilir. 
FHN-dən verilən məlumata görə, partlayıcıların və fişənglərin atılması nəticəsində onun qalıqlarının həyətlərə, avtomobillərə və digər ərazilərə düşdükdə isə yanğın baş verə bilər.
Bu gün bu maddələrin satışı ilə bir çox insanlar məşğul olur. Hətta ərazilərdə azmış kimi sosial şəbəkələrdə də satış həyata keçirilir. 
Bəs satışı ilə məşğul olanları hansı cəza gözləyir?
İnzibati Xətalar Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, pirotexniki qurğulardan, yəni fişəng, partlayıcı və.s istifadə etməyə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur:
"Həmin məcəllənin 517.0.7-ci maddəsinə əsasən, partlayıcı maddələrin gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaşdırılmasının və ya qadağan edilməsinin pozulmasına görə -  fiziki şəxslər 40 manatdan 80 manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə 15  günədək müddətə inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər 350 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500  yüz manatadək məbləğdə cərimə edilir.

Nəzərə almaq lazımdır ki, tezalışan maddələr və pirotexniki vasitələrdən istifadə bayram əhvali-ruhiyyəsinin, rahatlığın pozulması ilə nəticələnməklə yanaşı, insanların sağlamlığına və ətraf mühit üçün də ciddi təhlükədir.  Xüsusilə də uşaqların əyləncə məqsədilə istifadə etdikləri bu vasitələr onlarda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına, müxtəlif dərəcəli yanıqlara yol aça bilir. Təbii ki, görmə və eşitmə qabiliyyətlərinin itirilməsi, ani partlayış səsi ilə yaranan qorxudan müxtəlif psixoloji travmaların alınması əgər bu digər şəxsin təqsiri ucbatından baş vermişdirsə inzibati və cinayət məsuliyyətinə səbəb olur. Odur ki, bununla bağlı cəmiyyətdə daimi olaraq maarifləndirici işlər aparılmalı,  əyləncədən çox sağlamlıq üçün ciddi təhlükə olduğu izah ediməlidir. Pirotexniki vasitələrdən istifadə başqalarının sağlamlığına və hüquqlarına ziyan vurmadığı və milli adət-ənənələrimizin ruhuna uyğun istifadə edildikdə isə məsuliyyət yaratmır. Məsələn, dənizdəki gəmilərdən saat 00:00-da fişənglərin atılmasını misal göstərə bilərik".
Aysel Əkbər
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Dekabr 2024 06:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri