Icma.az
close
up
RU
Yeni ilin köhnə problemi: qanunun aliliyini təmin edin

Yeni ilin köhnə problemi: qanunun aliliyini təmin edin

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yüzminlər adından aktual sual: fərman qanunu ləğv edə bilərmi?

Cənab Prezident və hörmətli deputatlar! Xahiş edirik, Ulu Öndərimiz dünyasını dəyişəndən 6 ay sonra Ramiz Mehdiyevin oliqarx məmurlardan ibarət komandası tərəfindən hazırlanmış 75 nömrəli Fərmanın Konstitusiya və qanunlara zidd olduğu, yüzminlərlə vətəndaşın mülkiyyət hüququnu pozduğu üçün - vəzifə borcunuza və səlahiyyətinizə uyğun şəkildə araşdırılmasını və şərh edilməsini təmin edəsinizz! Sizlərdən qanunun aliliyinin təmin edilməsini təvəqqe edirik.

Hüquq və qanunların pozulmasına aydınlıq gətirilməlidir ki, oliqarx məmurlar tərəfindən başladılmış xalqa qarşı düşmənçiliyə və korrupsiyaya son qoyulsun.

Cənab Prezident ixtisasca hüquqşünas deyil. Amma Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov və bir çox deputatlar, həmçinin Prezidentin köməkciləri Fuad Ələsgərov, Gündüz Kərimov, o cümlədən iqtisadiyat naziri Mikayıl Cabbarov və ƏMDX-nin rəisi Mətin Eynullayev, maliyyə naziri Sahil Babayev və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ixtisasca hüquqşünasdır.

Ulu Öndər Heydər Əliyevin Xalqa vədinin pozulması - dövətçilik, qanunvericilik  və tarixi sosial-iqtisadi ədalət siyasətinə qarşı Ramiz Mehdiyev və onun komandasının xəyanəti, Prezident İlham Əliyevin etibarından sui-istifadəsi nəticəsində yaranmış böyük qanunsuzluq barədə 2022-2023-cü illərdə 10-dan çox hüquqşünas alim “Qanun” jurnalında 4 elmi-praktik məqalə dərc etdirib, problemi faktlarla sübut edib.

Hüquqşünas alimlər bunu Ulu Öndərin vəfatından 6 ay sonra Ramiz Mehdiyev və onun komandasındakı oliqarx məmurların Konstitusiya və qanunlara tam zidd olan - korrupsiya halı yaradan 75 nömrəli Fərmanı hazırlamaları və cənab Prezidentin etibarından sui-istifadə edərək imzalatmaları ilə təsdiq etdilər. Sadə izahı isə ondan ibarətdir ki, qanunla özəlləşdirmə çekləri dövriyyədədir - bütün özəlləşdirmə dövrü üçün orta və iri müəssisələrin 65%-nin özəlləşdirilməsi zamanı ödəmə-tədiyyə vasitəsi olmalıdır.

Cavabdeh kimdir? - Qanunverici orqanda təmsil olunan deputatlar və qanunsuz özəlləşdirməni 16 ildir həyata keçirən oliqarx məmurlar.

Özəlləşdirmə: Xalqın Miras Əmlak Payı – Siyasi baxış

Ümummilli Liderimiz Heydər Əliyevin tarixi sosial-iqtisadi ədalət strategiyası 1995-ci ildə respublikada iqtisadi islahatların həyata keçirilməsinə dair geniş müşavirə zamanı nazirlərin, deputatların və yüzlərlə dövlət məmurun iştirak etdiyi özəlləşdirməyə həsr olunmuş YEKUN NİTQİNDƏ öz əksini tapıb. Orada Ulu Öndərimiz özəlləşdirmə payını - pul formasında və ya qiymətli kağız formasında verilməsindən asılı olmayaraq - hər bir vətəndaşın zamana tabe olmadan alacağını dəfələrlə səsləndirib. Bu, həm Ulu Öndərimizin xalqa tarixi ədalət vədi kimi nitqində, həm də Konstitusiya və qanunlarda öz əksini tapıb və bu gün də öz əhəmiyyətini itirməyib.

Bu gün qüvvədə olan özəlləşdirmə qanununa (Maddə 10. Dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi) əsasən, dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi - manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur.

Bu gün güvvədə olan Mülki Məcəlləyə (Maddə 1078-4. Özəlləşdirmə qiymətli kağızları - 1078-4.1.) əsasən, özəlləşdirmə qiymətli kağızları dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət əmlakının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi məqsədi ilə buraxılan qiymətli kağızlardır.

Mülkiyyət hüququ əsas insan hüquqlarından biridir - AR Konstitusiyası ilə qorunur, hər hansı bir müddətə tabe deyildir və istifadə edilməmə onun xitamına səbəb ola bilməz.

Mülki hüquq məsələləri və mülkiyyətdən istifadə hüququ ilə bağlı ümumi qaydaların müəyyən edilməsi Konstitusiyanın 7-ci, 81-ci və 94-cü maddəsinin I hissəsinin 10-13-cü bəndlərinə uyğun olaraq Milli Məclisin səlahiyyətinə aid edilib. Bu baxımdan mülki hüquqların məhdudlaşdırılması ilə bağlı qaydalar da yalnız qanunla müəyyənləşdirilə bilər.

Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Hesab edirik ki, mülkiyyət hüququndan istifadə qaydası Konstitusiya və qanunlarla qoyulan və qorunan bir qayda – Konstitusiya və qanunlara tam zidd olaraq ilk dəfə 2004-cü ildə 75 nömrəli Fərmanın 1.1-ci bəndi ilə məhdudlaşdırılaraq sonradan ləğv olundu. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 64-cü maddəsinin 12-ci bəndinə əsasən, hətta qanunun olmadığı halda digər normativ hüquqi aktla qanunun predmetini təşkil edən məsələlərin hüquqi tənzimlənməsinə və hamı üçün məcburi olan davranış qaydalarının müəyyənləşdirilməsinə yol verilmir.

Bu gün qüvvədə olan 878 nömrəli “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində (Əsas anlayış) Dövlət mülkiyyətinin özəlləşdirilməsi həmin mülkiyyətin bu Qanunda müəyyən edilən qaydada xüsusi mülkiyyətə verilməsini nəzərdə tutur. Qanunun 10-cu maddəsinə görə, Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi - manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur.

Xüsusilə qeyd edək ki, Belarusda özəlləşdirmə bizdən əvvəl başlayıb və özəlləşdirmə çekləri bu gün də ödəmə-tədiyyə vasitəsi kimi istifadə olunur. Onların qanunvericiliyi ilə çeklərdən dövriyyədə tədiyyə vasitəsi (yəni çekləri alıb-satmaq, banka girov qoymaq və s.) kimi istifadə qadağan olundu və çeklər ancaq yaxın qohumlar arasınada bağışlana bilərdi.

Yəni bizdə də özəlləşdirmə çeklərinin dövriyyədə tədavül vasitəsi kimi istifadə müddəti başa catdıqdan sonra - Belarusda olduğu kimi - çeklər dövriyyədə bu gün qüvvədə olan Özəlləşdirmə Qanununun 10-cu maddəsinə əsasən, ödəmə-tədiyyə vasitəsi kimi dövriyyədən çıxarılana qədər istifadə olunmaldır.

Diqqət!

Çox kədərləndirici haldır ki, bir çox hüquqşünaslar və deputatlar dövlət qiymətli kağızı olan çeklərin dövriyyəyə buraxılması və birincili oraraq yerləşdirilməsinın, dövriyyədə tədavül və tədiyyə vasitəsi kimi istifadəsinin nə olduğunu başa düşməyiblər. Dövlət Özəlləşdirmə Payları (çekləri) 29.09.1995-ci il tarixli 1120 saylı Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” ilə dövriyyəyə buraxıb. Yəni Qanunla dövriyyəyə buraxılıb.

Eyni zamanda, dövriyyədə tədavül və ödəmə-tədiyyə vasitəsi olması da bu qanunla tənzimlənib. Bu Qanunun DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ PAYI adlı hissəsində yazılır:

Özəlləşdirmə payı - Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir. Özəlləşdirmə payı - Respublika vətəndaşlarına özəlləşdirilən dövlət müəssisələrinin və investisiya fondlarının səhmlərini almaq üçün verilir.

Pay (çek) satıla, banklara, girov qoyula, irsən verilə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulan başqa formada özgəninkiləşdirilə bilər. 

Qanundan aydın olur ki, qanunla özəlləşdirmə paylarının (çeklərinin) başqa qiymətli kağızlardan fərqli olaraq dövriyyədə olduğu müddətdə 2 cür istifadə qaydası var. Belə ki, 3-cü bəndin 1-ci cümləsində qanunla onların dövriyyəyə buraxıldığı andan bütün özəlləşdirmə dövründə TƏDİYYƏ vasitəsi kimi istifadə olunmasını tənzimləyir. Və bu qanunda onların ödəm-tədiyyə vasitəsi kimi istifadəsinə heç bir məhdudiyyət və müddət qoyulmayıb. Yəni göründüyü kimi, mülkiyət hüququndan bu cür istifadə qaydası Qanunla məhdudlaşdırılmır.

Hətta çekin üzərində yazılıb ki, “Bu özəlləşdirmə çeki Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” və çeklərin üzərində heç bir müddət qoyulmayıb.

ƏN ƏSASI: bu gün qüvvədə olan 2000-ci il tarixli Özəlləşdirmə Qanununun 10-cu maddəsi və Mülki Məcəllənin 1078-4.1-ci maddəsi vətəndaşların mülkiyyət hüququnu təsdiq edir və özəlləşdirmə dövründə mülkiyyət hüququndan  - özəlləşdirmə çeklərindən ödəmə-tədiyyə vasitəsi kimi istifadəsini MÜDDƏTSİZ olaraq - birbaşa tənzimləyib.

Amma 3-cü bəndin 2-ci cümləsi çeklərin qanunla həm də dövriyyədə TƏDAVÜL vasitəsi olduğunu təsdiq edir. Lakin Qanun çeklərin dövriyyədə olduğu müddətdə tədavül vasitəsi kimi istifadəsini 3 il müddətlə məhdudlaşdırıb. Yəni çeklərin 3 il müddətinə alqı-satqısı, banka girov qoyulması və s. mümkün sayılıb. Xarici investorlar bu 3 il ərizndə çekləri əldə edə bilərdi.

Diqqət edin! Özəlləşdirmə çekləri qanunla dövriyyədən çıxarılmayıb. Bəziləri səhv başa düşdüklərindən və ya qəsdən onların tədavül müddətinin başa çatmasını dövriyyədən çıxarılması kimi yozmağa çalışırlar. Hətta Xalqı aldadaraq “Özəlləşdirmə çekləri fərmanla dövriyyəyə buraxılıb” deyirlər. Halbuki, özəlləşdirmə payları (çekləri) mülkiyyət hüququ verən dövlət qiymətli kağızı olaraq Fərmanla deyil, Ulu Öndər Heydər Əliyevin imzaladığı Qanunla dövriyyəyə buraxılıb və verilib.

Ulu Öndərin 1995-ci ildə imzaladığı 1120 saylı Qanunla təsdiq edilmiş 1-ci Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” adlı hissəsinin 7-ci bəndındə göstərilir:

Özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına 4 (dörd) çekdən ibarət olan bir dövlət özəlləşdirmə payı verilir. Özəlləşdirmə payı alacaq vətəndaşların siyahısı müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən DƏK-in yerli qurumları ilə birlikdə tərtib edilir. Özəlləşdirmə paylarının (çeklərinin) verilməsi mexanizmi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə müəyyən edilir.

7-ci bəndin 1-ci cümləsindən aydın olur ki, hər bir vətəndaşa 4 (dörd) çekdən ibarət olan bir dövlət özəlləşdirmə payı verilir. Yəni Özəlləşdimə Payı (4 çek) QANUNLA VERİLİB. 3-cü cümlədən aydın olur ki, Dövlət Qiymətli Kağızı kimi özəlləşdirmə paylarının (4 çek) paylanması mexanizmi, yəni qiymətli kağız kimi birincili olaraq yerləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə müəyyən edilir.

Özəlləşdirmə qanunlarının icrasını, yəni özəlləşdirmə çeklərinin vətəndaşlara paylanılmasını təmin etmək üçün Ulu Öndər 1996-cı ildə 450 nömrəli Fərman imzaladı. Bu gün də qüvvədə olan həmin Fərmanla təsdiqlənmiş Özəlləşdirmə Payları-Çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə ( https://e-qanun.az/framework/33673 ) “bütün özəlləşdirmə dövründə çeklərin ödəmə-tədavül vasitəsi kimi istifadəsindən – qəbulundan imtina etmək qəti qadağan olunub”.

Bu qadağanın hüquqi əsasını 07.01.1993-cü il tarixli 445 saylı "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" Qanunun İMPERATİV şəkildə qoyulmuş 19.1-ci maddəsi ( https://e-qanun.az/framework/8062 ) və 1120 saylı Qanunla təsdiq edilmiş 1-ci Dövlət  Proqramının DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ PAYI  adlı hissəsinin  3-cü bəndinin 1-ci cümləsinin tələbləri təşkil edir.

Diqqət!

Ulu Öndər Heydər Əliyev 1996-cı ildə imzaladığı 450 nömrəli Fərmanın bu gün də qüvvədə olmasının əsasını bu gün qüvvədə olan Özəlləşdirmə Qanununun 10-cu maddəsi təşkil edir.

Sual olunur: 75 nömrəli Fərman kimlərə xidmət edir? Hansı qanuna və Konstitusiyanın hansı maddəsinə əsaslanaraq hazırlanıb?

Ulu Öndərin vəfatından 6 ay sonra oliqarx məmurların çirkli pullarını yumaq üçün Ramiz Mehdiyev və komandası cənab Prezidentin etibarından sui-istifadə etdilər, vəzifə səlahiyyətlərinə, şərəf və ləyaqətə zidd davrandılar, nəticədə Xalqa və cənab Prezidentə xəyanət etdilər. Qanun və Konstitusiya tam zidd olaraq hazırladıqları fərmanları cənab Prezidentin etibarından sui-istifadə nəticəsində imzalatdıraraq, Özəlləşdirmə Qanununun 10-cu maddəsi ilə bütün özəlləşdirmə dövrü üçün ödəmə vasitəsi kimi nəzərdə tutulan Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) istifadəsini Konstitusiya və qanunlara zidd olaraq 2004-cü ildən Fərmanla məhdudlaşdırdılar və 2011-ci ilin 1 yanvarından tam ləğv olundu. Bu xəyanət və hüquqi səhvlər nəticəsində yaranmış ədalətsizlik - Qanun və Konstitusiya pozuntuları bu gün də davam edir.

“Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması” haqqında Azərbaycan Respublikası Prezidentinin 11 İyun 2004-cü il tarixli 75 saylı Fərmanının 1.1-ci bəndi dövlət özəlləşdirmə payları (çekləri) sahiblərinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu və digər maddələri ilə qorunan mülkiyyət hüquqlarını, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozdu – məhz Mehdiyev və komandasının hiyləsi sayəsində.

Normativ hüquqi aktların kolliziyası

Maddə 10. Normativ hüquqi aktların kolliziyasının həlli qaydaları

10.1. Normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır.

Maddə 2. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi

2.1. Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir.

2.2. Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin II, III, IV, V, VI hissələri və 151-ci maddəsi ilə müəyyən edilir.

2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.

2.6. Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir.

Statistika

Özəlləşdirmə Paylarını tədavül vasitəsi kimi satmayıb, Ulu Öndər Heydər Əliyevin nəsihəti ilə özəlləşdirmədə ödəmə-tədiyyə vasitəsi kimi istifadə etmək üçün saxlayan 1 milyon vətəndaşdan hər il 1,5 faizi dünyadan köçür. Yəni oliqarx məmurların öz çirkli pullarını yumaq üçün 16 ildir davam edən bu cinayət nəticəsində hər gün 40 vətəndaş öz arzusuna çatmadan dünyasını dəyişir. Bu cür hüquq və qanun pozuntusunu – korrupsiya cinayətini kim və nə vaxt aradan qaldıracaq?

Diqqət! Fərmanla qəbul olunmuş II Dövlət Proqramının əsas məqsədi:

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsini həyata keçirməkdən ibarətdir.

Bu gün qüvvədə olan Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunda yazılır ki, (Maddə 1.0.1.) dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir;

Qanun isə mülkiyyət hüququ olan Özəlləşdirmə Paylarının (çeklərinin) özəlləşdırmə dövründə ödəmə-tədiyyə vasitəsi kimi istifadəsini nə məhdudlaşdırıb, nə də çeklərin dövriyyədən çıxarılması ücün müddət qoyub. Mülkiyətdən istifadə hüququ ancaq  Konstitusiyaya uyğun və Konstitusiyanın 94-cü maddəsində göstərildiyi kimi yalnız Qanunla məhdudlaşdırıla bilər.

Nəticə

2004-cü ildə 75 nömrəli Fərmanla özəlləşdirmə çeklərinin dövriyyədə ödəmə-tədiyyə vasitəsi kimi istifadəsinin məhdudlaşdırılması və ləğv edilməsi Konstitusiya və qanunların, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 64-cü maddəsinin 12-ci bəndinin, o cümlədən Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinin tələblərinə, bu gün qüvvədə olan Özəlləşdirmə Qanununun 10-cü maddəsinin tələblərinə, eləcə də Mülki Məcəllənin 153.3 maddəsinin tələblərinə tam ziddir.

Göründüyü kimi, QANUNLA dövlət özəlləşdirmə payları (çekləri) hələ də dövriyyədədır və Qanunla bütün özəlləşdirmə dövrü üçün ödəmə- tədiyyə vasitəsi kimi istifadə olunmalıdır! Çeklərin ödəmə-tədiyyə vasitəsi kimi istifadə müddətinin bitməsi barədə Konstitusiya və qanunlara zidd olan, Qanundan aşağı qüvvəli Fərmanla qəbul olunmuş maddi hüquqi norması ləğv olunmalıdır.

Sadə sual: Qanunla dövriyyəyə buraxılmış və Mülki Məcəllə ilə mülkiyyət hüququ verən qiymətli kağız Fərmanla adi kağıza çevrilə bilərmi?

Bəs, necə oldu ki, korrupsiya üçün əlverişli şərait yaradıldı? 22 iyun 2010-cu il tarixli 283 nömrəli Fərmanla 2000-ci ildə qəbul olunmuş  Dövlət Özəlləşdirmə Proqramının 4.2.4. , 5.8., 7.2 və 7.4 bəndində edilən dəyişikliklər korrupsiya üçün çox əlverişli şərait yaratdı. Belə ki, Dövlət Özəlləşdirmə Proqramının ilk redaksiyasında bu bənlərdə deyilirdi ki, “DÖÇ-lər dövriyyədən çıxarıldıqdan sonra əmlaklar pul hərracında satılacaq”.

Göründüyü kimi, burada “Tədavüldən” deyil, “Dövriyyədən çıxarıldıqdan sonra” deyilir. Çünki Dövlət Özəlləşdirmə Payları dövriyyədə qaldığı müddət ərzində Qanunla bütün özəlləşdirmə dövrü üçün orta və iri müəssisələrin özəlləşdirilməsi zamanı 65% əmlak dəyəri həcmində ödəmə vasitəsidir.

Diqqət edin: 22 iyun 2010-cu il tarixli 283 nömrəli Fərmanla bu bəndləri dəyişdirib, əvəzində Dövlət Özəlləşdirmə Paylarının dövriyyədən deyil, “tədavüldən çıxarıldığı halda” yazıldı.

Özəllşdirmə paylarının (çeklərinin) maddi ekvivalent dəyəri qanunla inlyasiyadan qorunduğundan, hüquqşünas və iqtisadçı alimlər qanunvericiliklə qoyulmuş qaydalara əsaslanaraq bu əmlak dəyərinin hazırdakı qiymətinin ən azı 40-80 min manat ekvivalentində olduğunu subut ediblər.

Xahiş edirik, qanunun aliliyini təmin edin. Haqqı tapdanmış insanların nifrətə və qarğışına son qoyun.

Çünki tarixi sosial ədalətə əsaslanaraq qanunla verilmiş bu özəlləşdirmə payları xalqın miras əmlak payıdır. Vətəndaşların özlərinin və ata-babalarının Sovet dövründə, canları-qanları bahasına qurub-yaratdıqları var-dövlətdən əmlak payı əldə etmək xalqın halal haqqıdır. Ədalətin və qanunların pozulması yüzminlərlə müxtəlif sosial duruma malik vətəndaşlar arasında haqlı narazılıq, oliqarx məmurlara qarşı nifrət və qarşıdurmaların yaranmasını şərtləndirir.

Hörmətlə: Özəlləşdirmə Çekləri Qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 Yanvar 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see427

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see133

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri