Icma.az
close
up
RU
Yeni iş həftəsinə necə adaptasiya olunmalı? SORĞU

Yeni iş həftəsinə necə adaptasiya olunmalı? SORĞU

Icma.az, Sia Az saytına istinadən bildirir.

Yay mövsümü yavaş-yavaş geridə qalır, payızın ilk günləri isə yeni iş tempinin başlanğıcı kimi qəbul olunur. Tətil ab-havasından çıxmaq, yenidən iş və dərs rejiminə uyğunlaşmaq bir çox insan üçün asan olmur. Xüsusilə də yayda daha sərbəst həyat ritminə öyrəşənlər üçün payızın ilk iş həftəsi həm psixoloji, həm də fiziki baxımdan müəyyən çətinliklər yarada bilir. Məhz bu səbəbdən yeni mövsümə düzgün adaptasiya qaydaları hər kəs üçün aktualdır. Bununla bağlı SİA-nın əməkdaşı da şəhər sakinlərinin fikrlərini öyrənməyə çalışıb.

Şəhər sakini Nəbi Nəbizadə: "Açığı bu 3 ay Yay mövsümündə istirahət edə bilməmişəm. Özümün şəxsi biznesim olduğuna görə işlərim çox olub və çalışmışam ki, işlərimin üstündə durum. Və mənimdə işçilərim var. Çalışmışam ki, işçilərimə günlük icazələr verim və onlar dincəlsinlər. Bizim sahədə aylıq məzuniyyətə çıxmaq olmur deyə işçilərimə 3 günlük, 5 günlük icazələr verirəm. Elə insanlar var ki, istirahətdən qayıtdıqdan sonra yeni iş mövsümünə ruh düşkünlüyü ilə gəlir. İşə adaptasiya ola bilmir. Ona çalışıb bir müddət zaman vermək lazımdır ki, işə adaptasiya ola bilsin".

Şəhər sakini Samir Məmmədov: "Adapstasiya dedikdə yəni əgər istirahət mövsümü bitibsə, istirahət vaxtı bitibsə insan məcbur işləməlidir və çalışmalıdır ki, buna adaptasiya ola bilsin. Çalışmalıdır, işləməlidir, çünki insan düşünməlidir ki, bunun maddiyat tərəfi də var. İş elə bir şeydir ki, istər-istəməz insanlarda zaman keçdikcə həvəs yaranacaq və adaptasiya olacaq".

Şəhər sakini Şövxətxanım Babazadə: "Əslində bu insandan asılı olaraq dəyişir. Elə insanlar var ki, yay tətilini dolu-dolu yaşayırlar. Elə insanlarda var ki, yay mövsümündə də işləyirlər və istirahət edə bilmirlər. Vaxtlarını tam olaraq özlərinə ayıra bilmirlər. Amma bu həyatın bir davamıdır və biz buna öyrəşməliyik. Adaptasiya olmaqda həyatın bir hissəsidir. Biz həyatımızı elə qurmalıyıq ki, istirahətlə iş həyatını balanslaşdıra bilək və sırf istirahət zamanı ilə iş vaxtına gələndə bizə fərqli olmasın. Yəni iş zamanıda elə planlaşdırmaq olar ki, insanlar istirahət edə bilərlər. Adicə bizim burada oturmağımızın özü də bir istirahətdir. Və yaxud hər hansısa bir filmə baxmaq və ya mütailə etmək bu özü bir istirahətdir. Lakin iş zamanıda bunun əziyyətin çəkməməliyik".

Şəhər sakini Elşad Kazımov: "Yəqin ki, bu həyatda hər şey yavaş-yavaş olmalıdır. Elə adaptasiyanın özü də yavaş yavaş olmalıdır ki, insanlar çətinlik çəkməsinlər. İstirahətdən dönüb birdən-birə işə başlamaq özü bir əziyyətli bir məqamdır. İstər-istəməz uzun bir tətil mövsümündən sonra işə başlamaq insanların özündə bir ruh düşkünlüyü yaşadır və həvəs olmur. Bu mərhələni də yavaş-yavaş keçməlidirlər ki, işləyəndə bir problem yaranmasın. Mənim fikrimcə, insan mütləq istirahət etməlidir. Həm fiziki olaraq, həm də zehni olaraq istirahət edib özlərini rahatlatmalıdırlar ki, onlara yeni iş mövsümündə çətinlik olmasın. İldə bir dəfə də olsa özünə vaxt ayırmalı və istirahət etməyi unutmamalıdırlar".

Şəhər sakini İlkin Abbasov: "Təbii ki, hələ də istirahətdə olanlar var. Rayonlarda, xarici ölkələrdə olanlar var və istirahət edirlər. Lakin artıq bir çox yerlərdə iş mövsümü başlayır. İstirahətdən gəlib işə başlamağda özü bir çətinlik yaradır. Düzdür birinci gün işə başlayanda hamıya çətin ola bilər. İşdə stress olur, adaptasiya olmaq çətin olur. Yavaş-yavaş həminki iş qaydasına adaptasiya olunmağa başlayırlar. Bu da 1 həftə ilə 1 ay ərzində olur və insan yenidən işinə adaptasiya olmağa başlayır".

Şəhər sakini Şixəli Bədəlov: "Ən çox özünü sosial cəhətdən adaptasiya edə bilənlər üçün yeni iş mövsümünə başlamaq çox çətin olmur. Lakin elə insanlarda var ki, yeni iş mövsümünə tam hazır deyil, istirahətin xoş havası hələ özləri ilə dolanır və elə istəyirlər ki, dincəlsinlər və işə çıxmağa başlayanda da, həmin insanlarda ruh düşkünlüyü yaşanır və işləmək istəmirlər. Amma artıq bilməlidirlər yay mövsümü bitir, artıq yayın son günlərini yaşayırıq və payız mövsümünün ilk ayını sentyabr ayına qədəm qoymuşuq və bu gündən yeni iş həftəsidi və çalımalıdırlar ki, buna öyrəşsinlər".

Şəhər sakni Aygün Əsgərova: "Artıq yay mövsümü başa çatıb və biz payızın ilk günlərində yeni iş həftəsinə başlamışıq. Düşünürəm ki, insanlar bu dövrdə yeni iş mövsümünə adaptasiya olmaq üçün ilk növbədə gün rejimlərini qaydaya salmalıdırlar. Yayda bir qədər rahatlıq və istirahət üstünlük təşkil edirdi, indi isə vaxtı daha düzgün bölmək vacibdir. İkinci vacib məqam planlı işləməkdir. Hər kəs qarşısına məqsəd qoymalı, işini mərhələ-mərhələ planlaşdırmalıdır. Bu, həm psixoloji, həm də fiziki baxımdan insana rahatlıq gətirir. Üstəlik, sağlam qidalanma və idman da adaptasiyanı asanlaşdırır. Çünki payız mövsümündə hava dəyişkən olur, orqanizm dəyişikliyə uyğunlaşmaqda çətinlik çəkə bilər. İnsan həm öz sağlamlığına, həm də iş ritminə diqqət yetirməlidir. Məncə, bu qaydaları tətbiq etməklə hər kəs yay tətilindən sonra iş rejiminə rahatlıqla uyğunlaşa bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri