Icma.az
close
up
RU
Yeni işə gedənlərə bir neçə tövsiyə

Yeni işə gedənlərə bir neçə tövsiyə

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bazar ertəsi yeni işə çıxırsınız? Həyəcan və təşviş içindəsiniz? Yeni kollektiv, yeni insanlar, yeni iş rejimi və s.

Bütün bu yeniliklərə necə uyğunlaşacağınızı düşünürsünüz? Biz sizə bununla əlaqədar bir neçə tövsiyyə təqdim edirik.

Əlbəttə ki, bu günə qədər işə gedərkən böyüklərimizdən bu tövsiyyələri eşitmişik: ”Heç kəsə baş qoşma!”; ”Qeybət eləmə!”; ”Gəzən şayiələrə qulaq vermə!”; ”Başını aşağı sal və işinlə məşğul ol!” və s.  Düzdür, böyüklərimizin məsləhətlərindən daim faydalanmalıyıq. Amma biz sizə bu dəfəlik klassik etalonları bir kənara qoymağı təklif edirik. Belə ki:

1) Uzun müddət aparılan araşdırmalar onu göstərir ki, iş yerində tamamilə şayiələrə qulaq verməyib, sakitcə öz işi ilə məşğul olan insanlar, gün gəlir, özləri şayiə obyektinə çevrilir. Bu halla qarşılaşmaq istəmirsinizsə, şayiə və qeybətlərə qarşı biganə qalmayın. Yeni xəbərləri (şayiələri) eşitdikdə, ən azından gülümsəməklə öz münasibətinizi bildirin.

2) Əvvəl sizin vəzifənizdə işləyən insan haqqında məlumat toplamağa çalışın. Çünki, unutmayın ki, sizdən qabaqkı insan əgər çox yaxşı və işgüzar birisi olubsa, sizi daim onunla müqayisə edəcəklər. Yox, əgər, əksinə, pis işçi olubsa, onda sizə qarşı daha ehtiyatlı davranacaqlar. Bu səbəblə də, özünüzü aydın və şəffaf büruzə verin, kolleqalarınızın sizi, sizin daxili və xarici faktorlarınızı kənardan müşahidə etmələri üçün onlara şərait yaradın.

3) Yeni iş yerində geyiminizə də, xüsusilə, diqqət yetirin. Belə ki, ilk gün işə fərqli, qeyri-adi libasda getməyin. Ən münasibi neytral, gündəlik geyim tərzidir. Növbəti günlərdə kolleqalarınızın geyim tərzini müşahidə etməklə, özünüzə və şirkətə uyğun geyim tərzi seçib istifadə edə bilərsiniz.

4) İlk günlərdə hamı ilə yaxşı münasibət qurmağa çalışın. Xüsusilə də,katibə ilə olan əlverişli münasibət gələcək günlərdə sizin üçün faydalı ola bilər. İş yerindəki dava və konfliktlərə qarşı münasibətsiz olun. Tədqiqatçı olun. Kimin kiminlə və necə münasibətdə olduğunu analiz edin.

5) Dahi avstraliya psixoloqu Allan Piz işgüzar münasibətlərdə həmişə formal ünsiyyəti önə çəkir. Siz də nahar fasiləsi zamanı kolleqalarınızla qeyri-rəsmi münasibətə girməyin. Evdə olub-bitənlərdən danışmaqdansa, məzuniyyəti harada keçirmək istədiyinizdən söhbət açın və yaxud da işlə bağlı bəzi suallar ünvanlayın. Bir müddət keçdikdən, iş yoldaşlarınızı yaxşı tanıdıqdan sonra, kimə ürəyinizi açıb-açmayacağınızı özünüz, adekvat olaraq, müəyyənləşdirə biləcəksiniz.

Hamınıza iş həyatınızda müvəffəqiyyətlər…

Dushunce.Az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 02:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri