Yeni kiberdələduzluq: “Cəriməyə endirim”, “borcun bağlanılması ...
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son dövrlər sosial şəbəkələrdə “cərimələrin ödənilməsi”, “cəriməyə endirim”, “borcun bağlanılması” və oxşar məzmunlarla reklam edilən bəzi internet səhifələrinin fişinq məqsədilə istifadəsi müşahidə olunur.
Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Qeyd olunub ki, aparılan monitorinqlər zamanı ayrı-ayrı saxta internet resurslarının rəsmi dövlət platformalarını təqlid edərək istifadəçilərin bank kartı məlumatlarını və digər fərdi məlumatlarını ələ keçirməyə cəhd edildiyi müəyyənləşib.
ETX vətəndaşlara sosial şəbəkələrdə yayılan şübhəli reklamlara etibar etməməyi, naməlum keçidlər vasitəsilə ödəniş əməliyyatları aparmamağı, kart məlumatlarını, CVV/CVC və təsdiq kodlarını üçüncü şəxslərlə paylaşmamağı, ödənişləri yalnız rəsmi və dövlət informasiya sistemləri üzərindən həyata keçirməyi, daxil olduqları internet səhifələrinin domen ünvanlarını diqqətlə yoxlamağı tövsiyə edir.
Vətəndaşlara kiberdələduzluq halları ilə qarşılaşdıqda aidiyyəti qurumlara məlumat vermək məsləhət görülür.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 14 May 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















