Icma.az
close
up
RU
Yeni Klinikanın həkimindən Baş Prokurora şikayət edildi: Araşdırma başlansın!

Yeni Klinikanın həkimindən Baş Prokurora şikayət edildi: Araşdırma başlansın!

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Kərimova Fəxrəndə Yeni Klinikanın neyrocərrahı Azad Məlikovla bağlı Baş Prokuror Kamran Əliyevə müraciət edib.

Hurriyyet.az xəbər verir ki, AnXeber.az-a bu barədə məlumat verən F.Kərimova bildirib ki, Baş Prokurordan onun şikayətini nəzarətə götürməsini xahiş edir.

Vətəndaş müraciətində deyib ki, Yeni Klinikanın neyrocərrahı Azad Məlikov onu şikəst qoyub və bu iş araşdırılmalı, hüquqi qiymət verilməlidir. F.Kərimova əlavə edib ki, onun şikayəti əsasında sözügedən həkimdən prokurorluq orqanları izahat ala, dindirə bilər. Şikayətçi deyir ki, aprel ayında əməliyyat olunub.

F.Kərimova bildirib ki, sözügedən dövlət xəstəxanası olsa da, həkimə 300 manat verib. Onun sözlərinə görə, bu əməliyyatdan sonra o, pis vəziyyətə düşüb: "Aprel ayının 3-də əlimdə MRT-nin diski ilə getdim həkim Azad Məlikovun qəbuluna. Bu adam diskə baxıb bildirdi ki, üç fərqli ölçüdə – yəni 8 yarım, 5, 4 yarım millimetr ölçüdə yırtıq, həmçinin kanal darlığı var. Bizə dedi ki, bu, heç nədir mənim əlimdə. Onu da deyim ki, mən həm də açıq ürək əməliyyatı olmuşam, 4 ədəd stendi olan və şəkər xəstəsi biriyəm. Aprelin 4-də məni əməliyyat elədi. Əməliyyatdan sonra 2 gün məni orada saxladı və sonra evə buraxdı”.

Şiakyətçi qeyd edir ki, evə gəldikdən 5 gün sonra sarğını dəyişmək üçün yenidən yanına gedib: “Mənə bildirdi ki, belin nəmlənir, heç nə olmaz, çıx get rayona, nəsə fəsad olsa əlaqə saxlayarsan. Mən ehtiyat etdiyim üçün Bakıda qaldım. Qonşudakı tibb bacısı sarğımı dəyişdi. 5-ci gün idi ki, gecə saat 1-də yaramdan güclü maye axdı. Bu maye də ilik idi. Gecə saat 2-də halım dəyişdi, təzyiqim 120-yə qalxdı və heç cür aşağı sala bilmədik. Məni təcili Yeni Klinikanın təcili yardımına apardılar. Orada da təzyiqimi endirə bilmədilər".

Şikayətçi qeyd edib ki, A.Məlikova dəfələrlə zəng etsə də, telefonu açmayıb: "İşçiləri zəng edəndən sonra bildirib ki, gecə vaxtı onu niyə narahat edirik. Həmçinin deyib ki, ölür, ölsün də, mən nə edim?!"

Şikayətçi bildirib ki, həkim onu ikinci dəfə əməliyyat etdikdən sonra sərbəst gəzməyində də problem yaranıb: "Səhər həkimin qəbulunda oldum. Mənə baxdı və xəstəxanaya yatış verdi. Yanımda olan qohumlarım niyə belə olduğumu soruşdu. Mənim kimi 60 yaşlı qadının yanında qohumuma alçaldıcı sözlər dedi telefonda, təhqir elədi onları. Belimdən axan mayenin qarşısını almaq üçün məni səhər tezdən təkrar əməliyyata saldı. Mən artıq meningit olmaq üzrə idim. Əməliyyat günü mənə bildirdi ki, narkoz verə bilməz, çünki ürək problemim var. Əməliyyat otağında həkim fırlanır, anestezioloqlar isə üzümə deyirdi ki, bu cür ilik axması ilə iki gün ömrün qalıb. Tələb etdilər ki, oğlum yazılı surətdə razılıq versin ki, hər an ölüm halı ola bilər. Dedilər ki, əməliyyat olsa da, olmasa da, nəticəsi ölümdür. Sadəcə əməliyyat olsa, 10-15 gün artıq yaşaya bilərəm. Oğlum da bildirdi ki, biz yox, həkim özü qol çəksin. Buna baxmayaraq, həkim A. Məlikov təhqir etdi və "hara şikayət edirsiniz edin" dedi. Oğlum məcbur olub imzaladı”.

Onun sözlərinə görə, axır ki, əməliyyat edib və 4-5 gün sonra evə buraxıb: “Bu müddət ərzində gördüm ki, artıq şikəst vəziyyətdəyəm. Həkimə bildirdik, o isə mənə yalnız dərmanlar yazdı. Neçə ay dərman içdim, amma yaxşılaşmadım. Evin içində yalnız çəliklə gəzə bilirəm. Ağrılar o qədər şiddətli olur ki, qışqırığıma bütün qonşular gəlir. Nə qədər keyləşdirici vursam da, təsiri olmur. Yenidən həkimin qəbulunda oldum. Yoxlamadan sonra bildirdi ki, 27 mm yırtıq əmələ gəlib. Halbuki əməliyyatdan əvvəl yırtıq 8 yarım mm idi. Əməliyyatdan çıxandan sonra da ondan soruşmuşdum ki, yırtıqları bağladınız? Mənə "nə var eləmişəm də" dedi. İndi bu vəziyyətə düşəndən sonra deyir ki, mən yırtıqlara əl vurmamışam. Kanal darlığını əməliyyat etmişəm".

Şikayətçi söyləyib ki, A. Məlikov onu şikəst qoyub: "İndi özəl klinikalara da müraciət etmişik, 13-14 min manat pul istəyirlər ki, yenidən onurğa yığılsın. Məni bu vəziyyətə Azad həkim salıb, məni şikəst qoyub. Deyirəm, məni bu hala salmısınız, heç olmasa kömək edin. Mənə deyir, əliniz hara çatır, gedin ora. Mənim bu vəziyyətə düşməyim həkimi narahat belə etmir".

Vətəndaş Baş Prokurorluqdan açıqlanan bu məlumatlar əsasında araşdırma başlanılmasını xahiş edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 İyun 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri