Icma.az
close
up
RU
Yeni Konstitusiyanın qəbuluna ehtiyac var Qüdrət Həsənquliyev

Yeni Konstitusiyanın qəbuluna ehtiyac var Qüdrət Həsənquliyev

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, 33 il öncə, 1993-cü ilin 4 iyununda Gəncədə hərbi qiyam baş verdi. O dövrü uzun illər sonra necə xatırlayırsınız?

- Həmin hadisə ölkəmizdə bir daha təkrarlanmasın deyə, o dövr ciddi və obyektiv araşdırılmalıdır. Gənclərə tövsiyə edirəm ki, həmin həmin dövrü qismən də olsa təsəvvür etmələri üçün böyük mütəfəkkir və ədib Mirzə Fətəli Axundzadənin XIX əsrin ortalarında qələmə aldığı "Aldanmış kəvakib" povestini oxusunlar. Milli Azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy qiyam dövrünün Yusif Sərracı idi. Mirzə Fətəli Yusif Sərracı ədalətli, xalqını sevən, sadə və təmiz niyyətli, hakimiyyət hərisi olmayan, islahatçı xarakterli və faciəli taleyə sahib bir insan kimi təqdim edirdi. O, həmin obrazla göstərir ki, xalqın içindən çıxan vicdanlı bir insan korrupsiyalaşmış idarəçilik sistemində uzun müddət hakimiyyətdə qala bilməz. Çünki alçaldılmış və qorxudulmuş, zülmə və haqsızlığa adət etmiş xalq, vilayət hakimlərinə xalqla ədalətli davranmağı tapşıran Yusif Sərracın yaratdığı humanist üsul-idarəni qəbul edə və ona arxa ola bilməzdi. Qiyamın baş verməsinin sosial-psixolji əsasını burada axtarmaq lazımdır. Əlbəttə, həm də yenicə müstəqillik əldə etmişdik, beynəlxalq şərait bizim üçün son dərəcə əlverişsiz, dövr mürəkkəb, Elçibəyin və komandasının isə idarəetmə təcrübəsi yox idi. Nadanlıq da öz yerində. Hakimyyəti qorumalı olan şəxslər kənar təsirlər və falçıların tövsiyəsi ilə aradan çıxmışdı. Qərb və regionun böyük dövlətləri erməni faktoruna görə Azərbaycanın sivil dövlət olmasında (çünki sürətlə inkişaf edəcəkdi) və müstəqilliyinin güclənməsində maraqlı deyildi. Elə indi də maraqlı deyillər. Ona görə hər biri bacardığı formada milli hökumətin devrilməsində aktiv və ya passiv formada iştirak edirdi. Torpaqlarımızı işğaldan azad etməyimizi istəməyən ABŞ bizə sanksiya tətbiq etmişdi, Avropa İttifaqı, Rusiya və İran Ermənistanı açıq formada müdafiə edirdilər. O zaman Qərbdən asılı olan qardaş Türkiyə isə hər rayonun işğalından sonra bir bəyanat verməklə işini bitmiş sayırdı. Hətta bizə iki mülki vertolyot verməsə də, bu azmış kimi işğalçı dövlətə taxıl da göndərirdi. Ona görə həmin dövrdə, "biz türkük", - deyən Elçibəyin hakimiyyəti yaşaya bilməzdi. Elçibəyin hakimiyyətdən getməsinin ən ağır nəticəsi o oldu ki, demokratik dəyərlər tam gözdən düşdü, xalqın Qarabağ hərəkatı zamanı özünə az-çox yaranmış olan inamı sarsıldı. Sanki Elçibəyin hakimiyyətə gəlişinə buna görə mane olmamışdılar.Təsəlli isə o oldu ki, Elçibəy müdrik addım ataraq və ciddi müqavimət göstərmədən hakimiyyətdən çəkildi, böyük dövlət adamı Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Elçibəy öz doğulduğu kəndə qayıdıb, qanuni prezident mənəm, deməklə Heydər Əliyevə olan xarici təzyiqləri xeyli azaltdı. O isə böyük güclərlə anlaşa bildi, məharətlə qiyamçıları, seperatçıları, xaricdən idarə olunan silahlı qrupları xarici dəstəkdən məhrum edib zərərsizləşdirdi, böyük təzyiqlərə və şirnikləndirici təkliflərə baxmayaraq, ərazilərimizin itirilməsi ilə barışmadı və Azərbaycan dövlətçiliyini qorudu. Bu gün də, hesabına torpaqlarımızı işğaldan azad etdiyimiz və yaşadığımız "Əsrin müqaviləsi"ni imzalamağı bacardı, böyük gücləri Azərbaycanda sabitliyin olmasında maraqlı etdi. Allah hər ikisinə rəhmət eləsin!

- Qüdrət bəy, deputatların tənqid olunmasını necə qəbul edirsiniz?

- Tənqid olmayan cəmiyyətdə inkişaf ola bilməz. Amma tənqid əsaslı və ədalətli olmalıdır. Parlamentdə tənqidin azlığını müzakirə etmək olar, amma demək ki, Milli Məclisdə bir nəfər də olsun xalqın problemlərindən danışmır, bu, yumşaq desək, çox qərəzli və ədalətsiz münasibətdir. İctimaiyyəti narahat edən elə bir problem yoxdur ki, o parlamentdə qaldırılmasın. Deputatların uğurlu və uğursuz çıxışları da ola bilər. Əgər qabiliyyətin varsa, yaxşı parlamentari olmaq üçün uzun illərin təcrübəsi lazımdır. Gənc deputatların daha çox səhv etmək haqqı var. Bu zaman uğursuz çıxış edənləri, yaxud fəaliyyəti zəif olanları tənqid etmək olar. Təəssüf ki, bəziləri öz səviyyələrinə uyğun olaraq təhqirə keçirlər. Tənqid etik çərçivəni aşmamalıdır. Milli Məclisdə tənqid də var, ona dözümlü münasibət də. Ayrı-ayrı vaxtlarda biz hakim partiyanın təmsilçilərinin belə hökumətə münasibətdə ciddi tənqidi çıxışlarını görürük. Bəzən həmkarlarından kimlərsə sənin tənqidi çıxışlarına etika çərçivəsində cavab verir və bu da çox normaldır. Yaxşı olardı ki, Milli Məclisin iclasları, bütün sivil ölkələrdə olduğu kimi, televiziya ilə yayımlansın və hər bir seçici deputatların fəaliyyətini izləsin.
Dövlət quruculuğu istiqamətində aparılacaq islahatlar çərçivəsində biz yeni Konstitusiya və Seçki Məcəlləsi qəbul etməli, proporsional seçki sisteminə keçməliyik. Parlamentdə müxalifət fraksiyalarının olması üçün topladığı səsdən asılı olmayaraq ən azı 3 partiya Milli Məclisdə təmsil olunmalı, müxalif partiyaların parlamentdə sayı, deputatların ümumi sayının üçdə birindən az olmamalıdır və bu qanunvericilikdə təsbit olunmalıdr.

- Ölkədə yeni Konstitusiyanın qəbul olunması ehtimalı varmı?

- Bu zəruridir. Konstitusiyaya görə yerlərdə icra hakimiyyətini icra hakimiyyətlərinin başçıları həyata keçirir. Amma bəzi rayonlarda, bölgələrdə bu işi Prezidentin səlahiyyətli nümayəndələri həyata keçirir. Prezidentin Qarabağa səfəri zamanı bu aydın görsənir. Həm ən azından buna görə, həm də Ermənistanla ərazi mübadiləsi edəriksə, bu referendumla təsdiq olunmalıdır, buna isə ciddi ehtiyac var. Konstitusiya islahatları aparılacaqsa regional, seçki yolu ilə formalaşan yerli icra hakimiyyəti orqanlarının yaradılması nəzərdə tutulmalı, parlamentin səlahiyyətləri də ciddi şəkildə artırılmalıdır. Daha yaxşı olardı ki, parlamentli respublika modelinə keçək. Dövlətimiz də 1918-ci ildə parlamentli respublika kimi yaranıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 31 May 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri