Icma.az
close
up
RU
Yeni lazer texnologiyası Ay tozunu gələcək baza üçün tikinti bloklarına çevirəcək

Yeni lazer texnologiyası Ay tozunu gələcək baza üçün tikinti bloklarına çevirəcək

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 12 iyun, AZƏRTAC

Ayda tikinti yalnız uzaq və qeyri-müəyyən gələcəyin məsələsi deyil, belə ki, artıq indidən planetimizin peykində daimi elmi bazaların yaradılması planları çərçivəsində bu problemə praktiki həll yolları axtarılır. Əlbəttə, əsas obyektlər əvvəlcədən hazırlanmış modullardan qurulacaq, lakin əlavə radiasiya qorunmasına ehtiyac olacaq. Bu baxımdan, stansiya korpuslarının Ay torpağı ilə örtülməsi effektiv qoruma təmin edə bilər.

Bu problemin həlli üçün müxtəlif texnologiyalar təklif olunur. Məsələn, 2020-ci ildə Avropa mühəndisləri Ayda istehsal edilə biləcək beton təqdim ediblər. Bunun üçün yalnız Ay torpağı deyil, həm də maye halında su tələb olunur.

Ayın qütb bölgələrində su buzu ehtiyatları mövcuddur. Deməli, beton istehsalı üçün bu buz reqolitlə birlikdə çıxarılmalı və kifayət qədər təzyiq altında əridilməlidir. Əks halda, Ayın havasız mühitində buz qızdırıldıqda birbaşa qaz halına, yəni sublimasiya olunmuş vəziyyətə keçəcək. Bundan başqa, bu texnologiyada astronavtların sidiyindən də materialın elastikliyini artırmaq üçün istifadə nəzərdə tutulur.

Dünyanın müxtəlif yerlərindən alimlər Ay materialından konstruksiyaların qurulmasını mümkün qədər sadə və sərfəli etmək üzərində işləyirlər. AZƏRTAC xəbər verir ki, ABŞ və Finlandiyadan olan mühəndislər bu məqsədə çatmaq üçün öz yanaşmalarını “arXiv.org” platformasında yerləşdirdikləri məqalədə təqdim ediblər.

Araşdırmaçılar lazerlə toz hissəciklərinin yüksək temperaturda bir-birinə əridilərək birləşdirilməsi üsulu ilə toz halında olan reqoliti “kərpiclərə” çevirməyə imkan verən eksperimental qurğu hazırlayıblar. Bu prosesdə əvvəlcə materialın nazik bir qatı işçi platformaya yerləşdirilir. Lazer şüası bu qatı qızdıraraq hissəciklərin birləşməsinə və bütöv forma halına gəlməsinə səbəb olur. Daha sonra növbəti qat əlavə olunur və proses təkrarlanır.

Sınaqlar zamanı bu üsulla bir neçə santimetr ölçülü kublar, həmçinin daha mürəkkəb formalı “xaç” və “H” hərfi şəklində detallar hazırlanıb. Bu hissələri birləşdirmək üçün sement və ya digər bağlayıcı maddəyə ehtiyac yoxdur, onlar bir növ konstruktor kimi yığıla bilər.

Təcrübədə istifadə olunan xammal real Ay torpağı olmasa da, ona maksimum yaxın analoq olub. Qurğunun enerji tələbatı təxminən 120 vattdan artıq deyil. Ayın səthində bu cür sistem kiçik radioizotop generatoru ilə işləyə bilər. Günəş panellərindən istifadə mümkündür, lakin iki həftəlik Ay gecələri də nəzərə alınmalıdır. Əslində, istifadəyə veriləcək avadanlıq daha məhsuldar olmalıdır. Daha çox enerji tələb edilməli olsa da, tədqiqatçılar bunu tam real hesab edirlər.

Bununla belə, bəzi problemlər də qeyd olunur, məsələn, əldə edilən bloklar səth baxımından olduqca kobud və qeyri-bərabərdir, bu isə onların bir-birinə sıx birləşməsini çətinləşdirir. Üstəlik, möhkəmlik məsələsi də ön plandadır, belə ki, qatlara perpendikulyar, yəni “yuxarıdan” gələn təzyiqə qarşı dayanıqlıq “yanlardan” gələn təzyiqlə müqayisədə xeyli aşağıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri