Icma.az
close
up
RU
“Yeni müəllim” modeli So­sial şə­bə­kə­də ya­zı­lan­lar

“Yeni müəllim” modeli So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sayad Həsənli, jurnalist:

- Bu gün keçmiş xarici işlər naziri, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, dəyərli ziyalımız və ədəbi tənqidçimiz Vilayət Quliyevin mərhum qızı Humay Quliyevanın xatirəsinə "Huma Quşu" Təhsilə Yardım Fondunun təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasında "Səsimiz səsindir, Humay!" adlı yaradıcılıq-xeyriyyə axşamı keçirildi.

Tədbir çərçivəsində Qarabağ Muğam Qrupu və Muğam televiziya müsabiqəsinin qaliblərinin ifasında konsert proqramı baş tutdu.

Bu mədəni gecədən aldığım zövq izah etmək üçün sözlər kifayət deyil. Fondun prezidenti, Humay xanımın anası Şəhla Vəzirova qızı barədə xatirələrini bölüşəndə duyğulanmamaq mümkün deyildi. Sadəcə onu deyə bilərəm ki, Şəhla xanımın bu gün gördüyü iş bizi tərk edən bir insanın ruhunu şad etməyin ən gözəl nümunələrindən biridir. Onların övladlarının xatirəsinə yaratdıqları fondun təşkil etdiyi bu kimi xeyriyyə axşamlarının bilet və rəsmlərinin satışından əldə edilən vəsait aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsilini dəstəkləməyə xərclənir. Üç il ərzində fond həyata keçirdiyi proqramlar çərçivəsində 45 maddi imkanı zəif olan tələbənin təhsilinə dəstək verib. Fondun saytına daxil olaraq vaxtaşırı elan olunan təqaüdlər barədə siz də ehtiyacı olan insanları məlumatlandıra bilərsiniz. Bugünkü tədbirin ən gözəl yanlarından biri də xeyriyyə axşamında səhnəyə çıxan bütün sənətçilərin, Xalq və Əməkdar artistlərin, gənc ifaçıların təmənnasız çıxış etmələriydi. Nə yaxşı ki, sənəti kimi ürəyi də gözəl olan insanlar var!

Qulu Məhərrəmli, professor:

- Yığmamız Fransaya uduzdu.. canları sağ olsun!

Amma bu günlər üçün azacıq da olsa, təsəllimiz var: Təbrizin məşhur "Traktor" komandası Çempionlar Kuboku uğrunda yarışların səfər oyununda "Şarca" komandasına 5:0 hesabı ilə qalib gəlib. "Traktor" eynən bizim "Qarabağ" kimi oynamağa başlayb.

Parlaq qələbə və silsilə uğurları münasibətilə Təbrizin "Traktor" futbol klubunu təbrik edirik!

Gülnar Nazimqızı, jurnalist:

- Real Tv-də "Bizim küçə" adlı gözəl lahiyə hazırlanıb. İlk efir isə dünyada tanınmış neftçi Yusif Səfərova həsr olunmuşdu. Mənə ən pis təsir edən Səfərovun appensitdən ölüm səbəbi olub. O, məşhur adam olduğu üçün cavan bir həkim onu həmin an əməliyyat etməkdən imtina edib və nəticədə bu proses Y.Səfərovun bədəninə zəhərlənmə verərərək onun ölümünə səbəb olub.

Məncə, yaxşı proqramları paylaşmaq lazımdır.Cəmiyyəti yatağa girən proqramlardan təmizləməyin vaxtı çoxdan keçib.

Xaqani Səfəroğlu, jurnalist:

- Belə bir dəvətnamə paylaşılıb. Toy sahibi qonağdan uşaqlarsız gəlməyi xahiş edir.

Şadlıq evlərinin qarətçi qiymətləri toy ənənlərimizi dağıdır. Bir nəfərə ən aşağı "stol haqqı" artıq 100 manatı keçir. Uşaqlar gəlsə, stolun haqqı toy sahibinin boynunda qalır. 2 nəfər getsə 200 manat! Adam gərək əjdaha olsun ki, 200 manatlıq yeməyi 2 saata yesin.

Toylarda qiymətlər və israfçılıq dəhşətlidir. Belə gedə bilməz!

lll

Təhsil nazir Emin Əmrullayev "yeni müəllim modeli"nin tətbiq olunacağını açıqlayıb. Tam ştat, yüksək maaş və yaxşı karyera vəd edib. Müəllimlərdən saat 8.30-dan 16.00-dək məktəbdə olmaları tələb ediləcək.

Bu model baş tutsa, repetitorluq sisteminə ciddi zərbə dəyəcək.

Fərid Hüseyn, şair:

- Süni intellekt bəşəriyyəti yenidən quladarlıq quruluşuna, - modern quldarlığa qaytardı. Süni intellekt əslində, elektron, virtual quldur. ChatGBT-də bu qulun ən canlı formasıdır. Quldarlıq quruluşunda kimin pulu çox idisə, o, daha çox və daha səriştəli, bacarıqlı, gözəl qullar almaq imkanına malik idi. Modern quldarlıqda da süni intellektin daha təkmil formalarını əldə etmək üçün ciddi maddi resurs lazımdır. Məsələn, hüdudsuz maliyyə gücü olan şirkətlər süni intellektin elə variantlarını istifadə edirlər ki, adi insanlar heç zaman o imkanlara sahib olmayacaqlarından onun imkanlarından yararlana bilməyəcəklər.

Quldarlıq dövründə quldarlar çox zaman öz qulları ilə öyündüyü kimi, onun gücü ilə güc qazandığı sayaq müasir dövrdə də insanlar hansısa üst versiyada olan süni intellektlərə sahiblənmələriylə qürrələnəcək. Kapitalizm, demək olar, əksər mənəvi dəyərləri satıb yekunlaşdıraraq sonda senton ağılı, qondarma təfəkkürü, düşüncə kölələrini bazara çıxararaq öz sonunu elan etmiş oldu. YENİ ERAYA XOŞ GƏLMİŞİK...

Kəramət Böyükçöl, şair:

- Bu yaxınlarda iki nəfərə Milli Qəhrəman adı verildi. Pəncəli Teymurov və Vaqif Qurbanov. Qəhrəmanımız Pəncəli Teymurovu bütün ölkə tanısa da, Vaqif Qurbanovu çoxları tanımırdı. Mən də tanımırdım. Düzü, çoxlarının tanımadığı bir Qəhrəmanı dövlətin dəyərləndirməsi və belə bir qəhrəmanımızın olduğunu cəmiyyətə göstərməsi məni daha çox sevindirdi.

Vaqif Qurbanov 1992-ci ildə şəhid olub. Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi olub.

Ruhu şad olsun.

Nərgiz Salmanova, jurnalist: 

- Emin Əmrullayev deyir ki, saat 18.00 olmamış müəllimləri evə buraxmayaq. Dərs saatı yoxdursa, müəllim məktəbdə nə edəcək? 

Müəllimlik ağır və zərərli işlər siyahısında birinci yazılacaq peşələrdən biridir. Müəllimin 45 dəqiqədə 40 nəfər uşaqla çəkdiyi əziyyət başqa sahələrdə 3 saat işləməyə bərabərdir.

Üstəgəl, kağız-kuğuz işləri müəllimləri bezdirib. Bunun əvəzinə sinifləri bölüb, 18-20 nəfərlik siniflərə keçmək lazımdır. Şagirdlərin dərs danışmağa, özünü ifadə etməyə vaxtı olmalıdır. Test ancaq biliyi ölçür, amma dərsi danışmaq nitqi inkişaf etdirir, özgüvən yaradır, şəxsiyyət formalaşdırır, davranış formalaşdırır.

İndi dərslərdə proses o qədər birtərəflidir ki, məktəb uşaq üçün maraqsız olub.

Asif Nərimanlı, jurnalist:

- Azərbaycanın Kiyevdəki səfirliyinin növbəti dəfə Rusiyanın raket zərbəsinə məruz qalmasının Moskvanın konkret məqsədlərindən qaynaqlandığı fikrini ön plana çıxarır. İstisna deyil ki, Rusiya səfirliyimizin yerləşdiyi bölgəni xüsusi hədəf kimi seçməklə Azərbaycana Ukrayna ilə münasibətlərdə "ehtiyatlı və məsafəli davranmaq" mesajı verir. Hücumun davamlı olması da göstərir ki, bu, Kiyevin raket atəşinə tutulması prosesində ayrıca hədəfdir.

Moskva Avropanın qaz bazarında Bakının mövqelərini zədələmək məqsədilə daha öncə Odessada Azərbaycan qazını nəql edən qaz kompressor stansiyasına və SOCAR-ın neft bazasına zərbələr endirmişdi. Səfirlik binamızın davamlı hədəf seçilməsi də Ukraynada Azərbaycanı hədəfə almaq planının davamı kimi görünür.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Adı milli, özü isə xaricdə - .az domeni hələ də Azərbaycan yurisdiksiyasından kənardadır. Uzun illərdir ki, .az milli domeni ilə bağlı məsələ tam həllini tapmır. Dəfələrlə bu mövzuya toxunmuşam, amma hələ də bu strateji resurs normal tənzimləmə predmetinə çevrilməyib.

.az domen bazası dedikdə, ölkəmizə məxsus bütün .az domen adlarının siyahısı, onların qeydiyyat və idarəetmə sistemini təmin edən texniki baza nəzərdə tutulur.

Bu sistem Azərbaycanın rəqəmsal kimliyinin və milli internet infrastrukturunun bünövrəsidir.

Dövlət, media, bank və biznes resurslarının fasiləsiz fəaliyyəti birbaşa bu bazadan asılıdır.

Hazırda qlobal resurslardakı mövcud məlumatlardan görsənir ki, .az zonası üzrə bütün əsas və ehtiyat DNS serverləri xaricdə - Almaniya, Ukrayna və ABŞ-da yerləşir.

Yəni 1993-cü ildə istifadəyə verilən .az domeninə aid bütün data və infrastruktur Azərbaycanın hüquqi nəzarətindən kənardadır.

Bu isə, xüsusən dünya düzəninin indiki vəziyyətində ölkənin milli təhlükəsizliyi və rəqəmsal suverenliyi üçün ciddi risk yaradır.

Mövcud qanunvericiliyə əsasən, domen adlarının tənzimlənməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətindədir.

Nazirlər Kabinetinin 2019-cu il tarixli 63 nömrəli qərarı ilə Qaydalar təsdiqlənsə də, "Milli inzibatçı"nın kimliyi bu günə qədər heç bir rəsmi sənəddə göstərilməyib.

Bu, ölkə hüquq sistemində nadir hallarda rast gəlinən absurd vəziyyətdir.

Digər tərəfdən, belə bir strateji resursun kritik informasiya infrastrukturu kimi tanınmaması da əlavə boşluq yaradır.

Görünür, milli domen infrastrukturun fiziki olaraq xaricdə yerləşməsi onun kritik qanunvericilik perimetrinə daxil edilməsinə imkan verməyib.

Ölkələrin əksəriyyəti isə milli domen infrastrukturunu strateji və kritik olaraq dəyərləndirirlər.

Ədalət naminə qeyd edim ki, RİNN son illərdə bu sahədə normallaşma istiqamətində cəhdlər edib.

Xatırlayıram ki, İKTA faktiki  "Milli inzibatçı" olan İntrans şirkətinin rəhbəri ilə bir neçə dəfə, necə deyərlər, separat görüşlər keçirdi.

Amma görünür ki, heç nə əldə edə bilmədi və danışıqlar uğursuz oldu.

Görünür ki, bundan sonra RİNN domen tənzimlənməsini, bir qədər qəribə görünsə də, tənzimləyici qurumun əlindən almaq məcburiyyətində qaldı.

Prezidentin 12 avqust 2025-ci il tarixli Fərmanı ilə bu sahədə səlahiyyətlər Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyinə verildi.

Düşünürəm ki, hazırda məhz beynəlxalq normalara və Azərbaycan internetinin maraqlarına uyğun kollegial bir tənzimləyici qurum formalaşdırılmalı və milli domenin  əsas texniki baza və infrastrukturu ölkəyə gətirilməlidir.

Milli domen bazalarının ehtiyat variantlarının xaricdə yerləşdirilməsi isə daha məqbul olardı.

Bu, tam realdır - Azərbaycanda artıq bir neçə Tier III səviyyəli data mərkəzlər fəaliyyət göstərir: "AzInTelecom" (Bakı və Yevlax), "Delta Telecom", "Azerconnect" və s.

Fikrimcə, tez bir zamanda .az domeninə kritik informasiya infrastrukturu statusu verilməlidir.

Yeni tənzimləmə səlahiyyəti əldə edən İRİA da "Milli inzibatçı" məsələsinə hüquqi aydınlıq gətirilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Noyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri