Icma.az
close
up
RU
Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Sən, ey uşaqlıq” tammetrajlı film ssenarisi müsabiqəsinə start verib. Müsabiqənin məqsədi müasir mövzulu, orijinal və peşəkar ssenarilərin üzə çıxarılmasıdır.

Kulis.az xəbər verir ki, təşkilatçıların bildirdiyinə görə, ssenarilərin əsas qəhrəmanı 15 yaşadək uşaq olmalı, hadisələr isə 2000–2025-ci illərdə baş verməlidir.

Janr məhdudiyyəti qoyulmur, lakin yalnız tammetrajlı bədii film formatında olan işlər qəbul ediləcək. Animasiya, sənədli və qısametrajlı ssenarilər müsabiqəyə buraxılmır.

Şərtlərə görə, ssenarilər ən azı 55 səhifə olmalı, titul vərəqində ssenarinin adı, müəllifin adı-soyadı, elektron ünvanı və telefon nömrəsi göstərilməlidir. Qəbul ediləcək sənədlər sırasında ssenari (Courier New, 12 şriftlə), sinopsis (maksimum 1,5 səhifə) və müəllif haqqında məlumat (təvəllüd, təhsil, iş yeri, filmoqrafiya varsa) yer almalıdır. Hər müəllif maksimum iki ssenari təqdim edə bilər.

Əvvəlki müsabiqələrin qalibləri olan tammetrajlı ssenarilər yarışmaya qəbul edilməyəcək. Bundan başqa, təqdim olunan işlər yalnız müəllifə məxsus, orijinal və ekranlaşdırılmamış olmalıdır.

Sənədlər 1 oktyabr 2025-ci ildən 1 aprel 2026-cı ilədək həm elektron formada ([email protected]
ünvanına “Sən ey uşaqlıq” başlığı ilə), həm də çap variantında (iki nüsxə, Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisi, Bülbül prospekti 30) qəbul ediləcək.

Finalçıların adları 15 iyul 2026-cı ildə, qaliblərin adları isə 2 avqust 2026-cı ildə açıqlanacaq. Birinci, ikinci və üçüncü yerlərin qalibləri müvafiq olaraq 5000, 3500 və 2500 manat pul mükafatı və diplomla təltif olunacaqlar.

İrlandiya "Eurovision 2026"nı boykot edəcək - İsrail iştirak edərsə... Qəzənfər Paşayev: "Kiminsə acığına ədəbi həyatda özünüzü təsdiqə çalışmayın..." - Müzakirə - müsahibə "Qrim otağının döşəməsinə uzanıb ağlayırdım..." - Madonnadan etiraf
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri