Icma.az
close
up
RU
Orta əsrlər: İslam dünyası sivilizasiyalar arasında körpü kimi

Orta əsrlər: İslam dünyası sivilizasiyalar arasında körpü kimi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Orta əsrlərdə İslam dünyası Şərq və Qərb arasında mədəni, elmi və iqtisadi əlaqələrin qurulmasında əsas rol oynamışdı. Türk, ərəb, fars və Əndəlüs (İspaniyanın cənubunda tarixi vilayət və muxtar region-red.) alimləri qədim bilikləri qoruyub saxlayaraq onları inkişaf etdirmişdilər və Avropaya ötürmüşdülər. Bu proses İslam dünyasını sivilizasiyalar arasında əsl körpüyə çevirmişdi.

Mədəniyyət mübadiləsinin əsas kanallarından biri VIII-XIII əsrlərdə İslam dünyasını bürümüş tərcümə hərəkatı olmuşdu. Bağdaddakı “Hikmət evi” (Bayt əl-Hikmə) qədim yunan, hind və fars mənbələrinin tərcümə və tədqiq edildiyi ən böyük elmi mərkəzlərdən biri idi. Bu mərkəz elm və fəlsəfənin müxtəlif sahələrində biliklərin qorunub saxlanmasına və inkişafına töhfə verərək İslamın qızıl dövründə əsas rol oynamışdı. Hikmət Evinin yaradılması VIII əsrin sonlarında xəlifə Harun ər-Rəşidin adı ilə bağlıdır, baxmayaraq ki, onun zirvəsi IX əsrin əvvəllərində onun oğlu xəlifə əl-Məmunun hakimiyyəti dövründə baş vermişdi. 

Əvvəlcə kitabxana dünyanın hər yerindən alimlərin bilikləri bölüşmək və araşdırma aparmaq üçün toplaşdığı akademiyaya çevrilmişdi. “Hikmət evi” qədim yunan, hind və fars alimlərinin riyaziyyat, astronomiya, tibb, fəlsəfə və digər elm sahələrinə aid əsərlərini ərəb dilinə fəal şəkildə tərcümə etmişdi. Əl-Xarəzmi, əl-Kindi, əl-Farabi və İbn Sina kimi görkəmli alimlər bu mərkəzdə yazıb yaratmışdılar.

“Hikmət evi”, sadəcə bir kitabxana deyildi, müxtəlif elm sahələrinin inkişaf etdirildiyi tam hüquqlu elmi mərkəz idi. Bu mərkəzdə Əl-Xarəzmi cəbrin əsasını qoymuş və onluq say sistemini təkmilləşdirmişdi. Alimlər Yunan və Hindistan biliklərini təkmilləşdirmişdilər və yeni ulduz xəritələri hazırlamışdılar. Huneyn ibn İshaq isə Hippokrat və Qalenin əsərlərini tərcümə etmiş, həkimlər diaqnostika və müalicə üsullarını təkmilləşdirmişdilər. Bundan başqa, tədqiqatçılar naviqasiyanın inkişafına töhfə verən dünya xəritələrini hazırlamışdılar. 

XII əsrdə tənəzzülə uğramış “Hikmət evi” 1258-ci ildə monqolların Bağdada hücumu zamanı tamamilə məhv edilmişdi. Bəşəriyyətin qiymətli əsərləri Dəclə çayına atılmışdı. Rəvayətə görə, çayın suları kitabların mürəkkəbindən qaralmışdı.  

“Hikmət evi”ndə toplanan biliklər sonralar İspaniya və Siciliya vasitəsilə Avropaya yayılmışdı. İntibah dövründə ərəb alimlərinin əsərləri Avropa elminin inkişafında mühüm rol oynamışdı. 

“Hikmət evi” bəşəriyyətin elmi irsinin qorunub saxlanılmasında və inkişafında həlledici rol oynayaraq qədim dövrlə yeni dövr arasında körpü rolunu oynamışdı. Bu mərkəz İslam dünyasının intellektual çiçəklənməsinin, dünya elminin və mədəniyyətinin inkişafına verdiyi töhfənin rəmzidir. “Hikmət evi” olmasaydı, Avropa İntibahı çox sonra baş verə bilərdi. 

Hazırladı:

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Mart 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri