Icma.az
close
up
RU
Yeni qanun layihəsinə dəyişiklik ediləcək?

Yeni qanun layihəsinə dəyişiklik ediləcək?

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstan Parlamenti ABŞ-ın FARA qanununa bənzər layihəni müzakirə edəcək

Yaxın zamanda Gürcüstan parlamentində xarici agentlər haqqında qanunda yeni dəyişikliklər ilə bağlı qanun layihəsi müzakirəyə qoyulacaq. Hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze yerli mətbuata açıqlamasında bildirib ki, yeni qanun layihəsi ABŞ-də qüvvədə olan FARA (“Foreign Agents Registration Act”) qanuna oxşar olacaq.

Xatırladaq ki, Gürcüstanda xarici agentlər haqqında qanun 2024-cü ilin mayında qəbul edilib. Sözügedən qanun layihəsi əsasən gəlirlərinin 20 faizdən çoxu xaricdən daxil olan qeyri-hökumət təşkilatları və müstəqil media qurumlarına aiddir. Bu qanuna görə, ölkədə fəaliyyət göstərən qeyri-kommersiya hüquqi şəxslər və media qurumları hər il yanvar ayında Ədliyyə Nazirliyinə öz xərcləri barədə hesabat təqdim etməlidirlər. Bu öhdəliyi yerinə yetirməkdən boyun qaçıran təşkilatlar və qurumlar qanuna müvafiq qaydada cərimə olunacaqlar. 

ABŞ-dakı qanun nə ilə fərqlənir?

ABŞ-də xarici agentlər haqqında qanun layihəsi -FARA xarici maraqları təmsil edən fiziki və ya hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşmasına yönəlib - bu qanuna görə,  müxtəlif ölkələrə, təşkilatlara və ya siyasi xadimlərə lobbiçilik edən və ya onların maraqlarının təminatı üçün vəkillik fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər Ədliyyə departamentində qeydiyyatdan keçməli və dövlət qurumuna maliyyə imkanları, o cümlədən lobbiçilik etdiyi ölkələr və təşkilatlar ilə əlaqələri barədə hesabat təqdim etməlidir. Bu qanunda həbs cəzası ilə yanaşı, cərimələr ilə bağlı müddəalar da əks olunub.

Aİ-d hansı reaksiya gözlənilir?

Bildiyimiz kimi, Gürcüstanda xarici agentlər haqqında qanun layihəsi Aİ tərəfindən birmənalı qarşılanmayıb - 2024-ci ilin yazında Gürcüstan parlamentində bu qanun müzakirə olunan zaman Brüssel hakim partiyaya bu qanunun Avropanın norma və dəyərlərinə zidd olması ilə bağlı xəbərdarlıq edirdi. Aİ-nin Gürcüstandakı səfiri Pavel Qreçinski “Reuters”-ə açıqlamasında qeyd edirdi ki, bu qanun Gürcüstanda qeyri-hökumət təşkilatlarının fəaliyyətini, söz və mətbuat azadlığını məhdudlaşdıracaq. Aİ-nin bir çox rəsmiləri də bu fikirləri səsləndirirdilər.

Ancaq Gürcüstan hakimiyyəti dəfələrlə bildirib ki, bu qanun layihəsi demokratik dəyərlərlə ziddiyyət təşkil etmir və onların əsas məqsədi daxili sabitlik və təhlükəsizliyin təminatı istiqamətində ölkədə xarici təsir imkanlarını məhdudlaşdırmaqdır. Parlamentdə müzakirələr zamanı spiker Şalva Papuaşvili bəyan edib ki, xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıb. 2024-ci ilin aprelin 3-də “Gürcü Arzusu” fraksiyasının rəhbəri Mamuka Mdinaradze brifinqdə QHT-lərin xaricdən qəbul etdiyi vəsaitin 90% faizinin açıqlanmadığını, bunun dövlət təhlükəsizliyinə təhdid törətdiyini bildirib.

Gürcüstan hakimiyyətinin əsaslı bəyanatlarına baxmayaraq, başqa ölkələrin daxili işlərinə müdaxilə etməyə öyrəşən Aİ Gürcüstanın yüksək vəzifəli şəxsləri ilə görüşləri dayandırdı, gürcü diplomatlarına viza prosedurları tətbiq etdi, son anda isə Gürcüstanın ittifaqa üzvlüyü donduruldu.

Yəqin ki, Aİ rəsmiləri yeni qanun layihəsinin də demokratik prinsiplərə “zidd” olduğunu bəhanə gətirərək, Gürcüstana qarşı yeni məkrli planlar qurmağa çalışacaqlar - qarşılıqlı etibarı sarsıdacaq qərarlar qəbul edəcəklər, hətta təhdidə əl ata bilərlər.

Tramp ümidverici ola bilər

Bayden administrasiyası da Gürcüstana ciddi təzyiqlər göstərirdi - ölkədə sabitliyi pozmaq üçün Aİ ilə birləşərək Tiflisdə və ölkənin digər şəhərlərində ardıcıl etiraz aksiyalarının təşkilinə dəstək verirdi. Amma böyük ehtimalla, eyni münasibət Tramp administrasiyasından gözlənilməyəcək - Gürcüstanın Prezidenti Mixail Kavelaşvili deyib ki, ABŞ-dakı prezident seçkilərində Donald Trampın qələbəsindən sonra dünyadakı psevdoliberal nizamda dəyişikliklər başlayıb.

“Dəyərlərimizin və dünyagörüşlərimizin üst-üstə düşməsi məndə dərin bir inam yaradır ki, yeni administrasiya dövründə biz ABŞ-la münasibətləri bərpa edə və normallaşdıra biləcəyik” -  deyə bildirən Kavelaşvili ölkəsinin ənənəvi dəyərlərin qorunmasına hər zaman önəm verəcəyini vurğulayıb. 

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:297
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Fevral 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri