Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

YENİ QAYDALAR GƏLİR: bu maşınlar ucuzlaşacaq

YENİ QAYDALAR GƏLİR: bu maşınlar ucuzlaşacaq

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Yeni vergi mexanizmi ikinci əl avtomobil bazarında canlanma yaradacaq - ucuzlaşma gözlənilirmi?

İkinci əl avtomobillərin satışında ƏDV-nin hesablanması qaydasının dəyişdirilməsi təklif olunur. Sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində əksini tapıb.

Layihəyə əsasən, avtomobil satışı fəaliyyəti ilə məşğul olan rəsmi dilerlər tərəfindən istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə edilmiş ikinci əl avtomobillərin satışına 3 il müddətinə ƏDV-nin ticarət əlavəsindən hesablanması mexanizminin tətbiqi nəzərdə tutulur. Qeyd olunur ki, bu dəyişiklik rəsmi dilerlərin ikinci əl avtomobil bazarındakı fəaliyyətini stimullaşdırmaqla yanaşı, həmin əməliyyatlar üzrə vergi yükünün azaldılmasına xidmət edir. Elektronika məhsulları

Azpolitika.info yazıb ki, rəsmi diler şəbəkələri ilə keçirilən görüşlərdə qaldırılan əsas məsələlərdən biri də istehsal tarixi 5 ildən artıq olmayan ikinci əl avtomobillərin alqı-satqısı zamanı yaranan yüksək ƏDV yükü olub. Yeni mexanizm rəsmi dilerlərin ikinci əl avtomobillərin alqı-satqısında marağını artıra bilər.

Misal üçün, rəsmi diler avtomobili 50 min manata alır və 55 min manata satır. Təklif olunan mexanizmə əsasən, bu halda ƏDV 50 min manatlıq alış qiymətinə deyil, dilerin əldə etdiyi 5 min manatlıq ticarət əlavəsinə hesablanacaq. Bu isə diler üçün ciddi vergi üstünlüyü yaradır.

Bəs bu dəyişiklik ikinci əl avtomobillərin qiymətinə necə təsir edəcək? Yeni mexanizm bazarda avtomobillərin ucuzlaşmasına səbəb ola bilərmi, yoxsa əsas dəyişiklik rəsmi dilerlərin fəaliyyətində hiss olunacaq?

İqtisadçı ekspert Xalid Kərimli “Yeni Müsavat”a deyib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsi qəbul olunarsa, ikinci əl avtomobil bazarında canlanma yaranar. Onun sözlərinə görə, təklifə əsasən, rəsmi dilerlər tərəfindən nağdsız qaydada alınan və istehsal tarixi 5 ildən artıq olmayan işlənmiş avtomobillərin satışında ƏDV artıq avtomobilin tam satış məbləğinə deyil, yalnız dilerin əldə etdiyi mənfəətə - yəni ticarət əlavəsinə tətbiq edilməlidir.

Təklif olunan dəyişikliyin mahiyyəti bundan ibarətdir ki, diler ikinci əl avtomobili fiziki şəxsdən nağdsız qaydada 50 min manata alır və 55 min manata satır. Yəni dilerin ticarət əlavəsi 5 min manat təşkil edir. Hazırkı vergitutma mexanizminə görə ƏDV avtomobilin ümumi satış qiymətinə, məsələn, 55 min manata tətbiq olunur. Bu zaman hesablanan 18 faiz ƏDV 8 min 389 manat və ya ƏDV-siz qiymətin üzərinə əlavə edildikdə 9 min 900 manat təşkil edir. 5 min manat mənfəət götürmək istəyən diler üçün bu qədər vergi ödəmək əməliyyatı tamamilə səmərəsiz edirdi.

Təklif olunan yeni mexanizmdə isə 18 faiz ƏDV yalnız dilerin 5 min manatlıq mənfəət marjasına hesablanacaq. Bu halda ödənilməli olan ƏDV məbləği cəmi 763 manat və ya ƏDV-siz məbləğə hesablandıqda 900 manat olacaq.

İqtisadçı-ekspert hesab edir ki, dilerlərin vergi yükünün kəskin azalması onların 55 min manatlıq avtomobili sabahdan 48 min manata satacağı anlamına gəlmir. Dilerlər bu güzəştdən ilk növbədə öz marjalarını qorumaq və indiyədək daxil ola bilmədikləri ikinci əl avtomobil bazarında rəqabət aparmaq üçün istifadə edəcəklər: “Qiymətin kəskin düşməsindən daha çox, dilerlərin daha sərfəli kredit, hissəli ödəniş və zəmanət şərtləri təklif etməsi gözlənilir”.

Bu baxımdan, yeni mexanizmin əsas nəticəsi avtomobillərin qiymətinin dərhal aşağı düşməsi deyil, alıcıların seçim imkanlarının genişlənməsi ola bilər. Hazırda ikinci əl avtomobil almaq istəyən vətəndaşların böyük hissəsi fərdi satıcıların elanlarına müraciət edir. Belə alışlarda avtomobilin texniki vəziyyəti, yürüş göstəricisinin düzgünlüyü, əvvəlki qəzalar və digər problemlərlə bağlı risklər mövcuddur. Rəsmi dilerlərin bu bazara daha fəal daxil olması isə alıcıya müəyyən əlavə təminatlar təqdim edə bilər.

Bununla yanaşı, layihəyə əsasən, güzəştin tətbiqi üçün iki əsas şərt müəyyənləşdirilir. Güzəştlər istehsal tarixi 5 ildən artıq olmayan avtomobillərə və alqı-satqı əməliyyatını yalnız nağdsız qaydada həyata keçirənlərə şamil olunacaq.

Bu məhdudiyyətlər bazarın bütün iştirakçılarının yeni mexanizmdən yararlana bilməyəcəyi deməkdir. Məsələn, avtomobilini nağd pula satan vətəndaşın avtomobili diler tərəfindən bu güzəşt çərçivəsində əldə edilə bilməyəcək. Eyni zamanda istehsal tarixi 5 ildən çox olan avtomobillər də yeni qaydanın əhatə dairəsindən kənarda qalacaq.

Azərbaycanın ikinci əl avtomobil parkının böyük hissəsini 10-15 illik köhnə avtomobillər təşkil edir. Yəni sıravi vətəndaşların daha çox maraq göstərdiyi ucuz və köhnə maşın seqmentinə bu qaydanın heç bir aidiyyəti olmayacaq. Badamdar avtomobil bazarındakı qiymətlər əvvəlki qaydada tələb və təklif əsasında formalaşacaq.

Ekspertin fikrincə, buna görə də yeni vergi mexanizminin bütün ikinci əl avtomobil bazarında kütləvi ucuzlaşmaya səbəb olacağını gözləmək düzgün deyil. Dəyişiklik daha çox nisbətən yeni, istehsal tarixi 5 ildən artıq olmayan avtomobillərin satışına təsir göstərəcək. Bu seqmentdə rəsmi dilerlərin payının artması isə rəqabəti gücləndirə bilər.

İqtisadçı-ekspert deyib ki, layihə qəbul olunarsa, “köhnəni ver, yenisini al” sistemi canlanacaq: “İndiyə qədər vətəndaş maşınını dilerə satmaqda maraqlı deyildi, çünki diler yüksək vergi yükünə görə maşını çox ucuz qiymətə almaq məcburiyyətində qalırdı. Yeni qayda dilerlərin "Trade-in" xidmətlərini canlandıracaq. Vətəndaş maşınını elan saytlarında aylarla satmaq əziyyətindən azad olub dilerə təhvil verə biləcək, diler isə həmin maşını zəmanətlə yeni alıcıya təqdim edəcək. Təklif olunan vergi güzəşti ikinci əl avtomobil bazarında qiymətləri ucuzlaşdırmaq üçün deyil, rəsmi dilerlərin bu bazara girişini təmin etmək və kölgə iqtisadiyyatını azaltmaq üçün nəzərdə tutulub".

Əslində “Trade-in” sisteminin genişlənməsi avtomobil bazarında alqı-satqı prosesini də asanlaşdıra bilər. Bu mexanizm vasitəsilə vətəndaş köhnə avtomobilini dilerə təhvil verərək onun dəyərini almaq istədiyi yeni və ya daha yeni avtomobilin qiymətindən çıxara bilər. Beləliklə, avtomobil sahibinin əvvəlcə maşınını ayrıca satması, sonra isə yeni avtomobil axtarması zərurəti azalır.

Digər tərəfdən, rəsmi dilerlərin ikinci əl avtomobil bazarında iştirakının artması satışdan sonrakı xidmətlərin inkişafına da təkan verə bilər. Avtomobilin texniki baxışdan keçirilməsi, müəyyən müddətə zəmanət verilməsi, kredit və hissəli ödəniş imkanlarının yaradılması alıcıların bu satış kanalına marağını artıra bilər. Lakin bütün bunların reallaşması dilerlərin yeni vergi üstünlüyündən necə istifadə etməsindən və bazarda hansı qiymət siyasətini seçməsindən asılı olacaq.

Burada başqa bir məqam da var: vergi güzəşti avtomobilin ilkin alış qiymətini avtomatik olaraq aşağı salmır. Qiymətin formalaşmasına avtomobilin texniki vəziyyəti, yürüşü, markası, istehsal ili, bazardakı tələbat və digər xərclər təsir göstərir. Buna görə də yeni mexanizmin istehlakçıya real faydası yalnız dilerlər arasında rəqabət artdığı halda daha aydın hiss oluna bilər.

Beləliklə, təklif olunan dəyişiklik ikinci əl avtomobil bazarında yeni mərhələnin başlanğıcı ola bilər. Ancaq güzəştin 3 il müddətinə nəzərdə tutulması, avtomobillərin istehsal tarixinə və ödəniş formasına qoyulan məhdudiyyətlər onun təsir dairəsini müəyyən qədər daraldır. Əsas sual isə budur: rəsmi dilerlər vergi yükünün azalmasını avtomobillərin qiymətinə endirim kimi əks etdirəcəklər, yoxsa bu üstünlük onların mənfəət marjasının artmasına xidmət edəcək?


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Noyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri