Icma.az
close
up
RU
Yeni qərar müəllimlərə necə təsir edəcək?

Yeni qərar müəllimlərə necə təsir edəcək?

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli açıqlamasında bildirib ki, MİQ imtahanı üzrə vakansiya seçiminə müraciət edən namizədlərin faktiki yaşayış yerinə uyğun yerləşdirilməsinə üstünlük veriləcək. Bəs bu qərar ucqar kəndlərdəki müəllim çatışmazlığına necə təsir edəcək?

Bu məsələyə Metbuat.az-a açıqlamasında Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov aydınlıq gətirib.

O, müəllim kadrların yaşadıqları əraziyə uyğun yerləşdirilməsini dəstəkləyib:

“Çünki bəzən dərs saatı az olan müəllim yaşadığı yerdən uzaq əraziyə təyin ediləndə, müəyyən müddətdən sonra həmin məktəbi tərk edir. Müşahidə etmişəm ki, bəzi ucqar dağ kəndlərində əsas fənn müəllimləri – riyaziyyat, kimya və fizika üzrə kadrlar olmayıb. Araşdıranda məlum olur ki, vakansiya çıxarılıb, yerlər tutulub, amma müəllimlər bir neçə ay işlədikdən sonra imtina edib gediblər və həmin yerlər yenidən boş qalıb. Əgər həmin yerlərə yerli və ya yaxın ərazilərdən kadrlar təyin olunsaydı, bu, baş verməzdi. Bir fənn müəlliminin olmaması məktəb üçün böyük problemdir, üç əsas fənn müəlliminin olmaması isə demək olar ki, məktəbin fəaliyyətini iflic edir. Buna görə də hesab edirəm ki, vakansiya seçimində yerli kadrlara üstünlük verilməsi mütləq şəkildə prioritet olmalıdır”.

İ.Orucov qeyd edib ki, yerli kadrların üstün tutulması ucqar ərazilərdə kadr təminatını daha dayanıqlı edər:

“Yaxın məsafədə yaşayan müəllim, hətta dərs saatı az olsa belə, məktəbi tərk etməz. Bu, ucqar kəndlərdə kadr çatışmazlığının qarşısını almaqda müsbət rol oynayacaq. İctimai Şurada olduğum müddətdə dəfələrlə müraciətlər almışıq ki, müəllim yaşadığı ərazidən xeyli uzaqda işləyir, ailəsindən ayrı qalır. Dövlət onlara məsafəyə görə əlavə ödəniş etsə də, insan nə qədər peşəsini sevsə belə, bəzən bezir, ailəsinin yanında olmaq istəyir. Nəticədə məktəbi tərk edir və bu, həmin məktəbdə yenidən kadr çatışmazlığı yaradır. Bu həm də müəllimlik peşəsinə olan sevgini azaldır”.

Ekspertin fikrincə, yaşadığı əraziyə uyğun kadrlara üstünlük verilməsi ilə bağlı qərar çox doğrudur və mövcud problemlərin qismən də olsa, aradan qaldırılmasına gətirib çıxara bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 13 Avqust 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri