Icma.az
close
up
RU
“Yeni qlobal sağlamlıq çağırışları: Çikunqunya təhlükəsi və maymunçiçəyi ilə bağlı ümidverici xəbər“ ÜST

“Yeni qlobal sağlamlıq çağırışları: Çikunqunya təhlükəsi və maymunçiçəyi ilə bağlı ümidverici xəbər“ ÜST

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"İqlim dəyişikliyi fonunda bəşəriyyət daha tez-tez yeni epidemiya dalğaları ilə üzləşə bilər və hazır olmaqdan başqa yol yoxdur..."

Yay aylarından etibarən Cənubi Çinin Quandonq əyalətində çikunqunya qızdırmasının kütləvi yayılması ölkədə pandemiya xofu yaradıb.

Moderator.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebreyesus bəyan edib.

Çində çikunqunya epidemiyası

O, qeyd edib ki, indiyə qədər 10 mindən çox yoluxma qeydə alınıb ki, bu da Çin tarixində ən böyük epidemiya sayılır. Əsas ocaq isə sənaye şəhəri Foşan olub - burada gündəlik yoluxma halları yüzlərlə insana çatıb.

Xəstəlik ağcaqanadlar vasitəsilə yayılır və xüsusilə də sümüklərdə və oynaqlarda kəskin ağrılarla müşayiət olunur. Çində vəziyyətin miqyası əvvəlki illərlə müqayisədə misilsizdir: 2010-2019-cu illərdə bütün ölkə üzrə cəmi 519 yoluxma qeydə alınmışdı.

Hökumət COVID-19 dövrünü xatırladan sərt tədbirlərə əl atıb:
küçələrdə və həyətlərdə kütləvi dezinfeksiya, xəstələrin məcburi izolyasiyası, hətta evlərdə pəncərələrə qoruyucu torların quraşdırılması. Qaydalara əməl etməyənlər cərimə ilə üzləşə bilər. Cəmiyyət iki yerə bölünüb: bir qrup tədbirləri həddən artıq sərt adlandırır, digərləri isə bunun yeganə çıxış yolu olduğuna inanır.

Mütəxəssislər bildirir ki, epidemiyanın səbəbi həm anormal isti hava, həm də virusun yeni ştammlarının yayılmasıdır. İqlim dəyişikliyi isə bu kimi xəstəliklərin coğrafiyasını genişləndirir. Artıq dünyanın müxtəlif yerlərində - Amerikada, Avropada və Asiyada on minlərlə yoluxma halı qeydə alınıb.

Hazırda çikunqunyaya qarşı xüsusi dərman yoxdur, müalicə əsasən simptomları yüngülləşdirməyə yönəlib. Peyvənd isə yalnız ABŞ-da mövcuddur. Çin hakimiyyəti avqustun sonlarına doğru yoluxma tempinin azaldığını açıqlasa da, alimlər xəbərdarlıq edirlər: iqlim dəyişdikcə yeni epidemiyalar qaçılmaz olacaq.

Maymunçiçəyi artıq "qlobal təhlükə" sayılmır

Bununla yanaşı, başqa bir yoluxucu xəstəliklə bağlı nikbin xəbər gəlib. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru elan edib ki, maymunçiçəyi (mpox) artıq beynəlxalq səviyyədə "fövqəladə təhlükə" kimi qiymətləndirilmir. Bir il öncə, 2024-cü ilin avqustunda sürətli yayılma və mutasiyalar səbəbindən ÜST bu virusu qlobal həyəcan vəziyyətində elan etmişdi. Lakin son aylarda xəstəlik ocağı olan Afrikada yoluxma və ölüm hallarında ciddi azalma müşahidə olunub.

Yalnız bu ilin əvvəlindən iyulun sonuna qədər dünyada 34 mindən çox yoluxma qeydə alınsa da, onların böyük əksəriyyəti Afrika ölkələrinin payına düşüb. Konqoda 15 minə yaxın yoluxma halı və 30 ölüm qeydə alınıb, digər hallara isə əsasən Uqanda, Syerra-Leone və Burundidə rast gəlinib. Afrika kənarında isə yalnız xaricdən gələn insanlar vasitəsilə yoluxma halları olub.

ÜST qərarı ümidverici adlandırsa da, Afrikada virusun tamamilə yox olmadığını və mübarizənin davam etməli olduğunu vurğulayıb. Beləliklə, dünya bir tərəfdən yeni bir virus - çikunqunya ilə mübarizə aparmağa hazırlaşır, digər tərəfdən isə maymunçiçəyi ilə bağlı təhlükənin zəifləməsi ümid yaradır. Mütəxəssislər isə xəbərdarlıq edir: iqlim dəyişikliyi fonunda bəşəriyyət daha tez-tez yeni epidemiya dalğaları ilə üzləşə bilər və hazır olmaqdan başqa yol yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Sentyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri