Icma.az
close
up
RU
Yeni siyasi konfiqurasiyanın əsas prinsipləri: Etimad və uğur

Yeni siyasi konfiqurasiyanın əsas prinsipləri: Etimad və uğur

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə Prezident Administrasiyası tərəfindən fevralın 25-də “HiltonBaku” hotelində dəyirmi masa keçirilib. 

Tədbirdə Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak ediblər.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mövcud istiqamətdə indiyə qədər görülən işlər haqqında geniş danışaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə sistemli olaraq siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq  və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib.

Şöbə müdiri yeni siyasi konfiqurasiyanın əsas prinsipləri haqqında fikirlərini çatdıraraq, dövlət idarəetməsinin inkişafında cəmiyyətdə mövcud potensialının səfərbər olunmasında siyasi partiyaların rolunu xüsusi vurğulayıb. 

Xatırladaq ki, ötən ilin may ayının 16-da siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə belə bir görüş təşkil olunub.

Siyasi durğunluq və tənəzzüldən inkişafa gedən yol

Belə görüşlərin keçirilməsinin xüsusi əhəmiyyəti cəmiyyətdə qarşılıqlı etimad və dilaoq mühitinin dövlət tərəfindən diqqətdə saxlanılmasını bir daha təsdiqləyir. Bu, formalaşan sivil siyasi münasibətlər sisteminin ötəri deyil, dayanıqlı inkişafın əsas prioritetlərdən biri olduğunu göstərir.

Çünki siyasi qüvvələr arasında dilaoq və qarşılıqlı etimad mühiti siyasi həmrəyliyin yaranmasında əsas baza prinsiplərdən biridir.  Bu həmrəylik isə cəmiyyətdə milli birliyin yaranmasında xüsusi rol oynayır. Dövlətlərin və xalqların uğurlarının təməlini təşkil edən milli birlik eyni zamanda güclü dövlətin, onun suverenlyinin və müstəqilliyinin qarantıdır.

Son illər bu istiqamətdə həyata keçirilən sistemli fəaliyyət, siyasi mühitin sağlamlaşdırılması, siyasi qüvvələr arasında qurulan kommunikativ-praqmatik ünsiyyət cəmiyyətdə inteqrasiya və birgə fəaliyyət prinsiplərinin əsaslarından birinə çevrildi. 

Prezident İlham Əliyevin apardığı strateji siyasi kurs, struktur və kadr islahatları tezliklə öz bəhrəsini verdi. 2019-cu ilin noyabrından başlayan prosesin məntiqi nəticəsi olaraq, siyasi qüvvələrin birliyinə nail olundu.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev qarşıya qoyulan tapşırıqların icrasını Prezident İlham Əliyevin göstərişinə uyğun yerinə yeritdi. Şöbə olaraq bütün siyasi qüvvələrlə münasibətlər yeniləndi və əlaqələr quruldu. Bununla da ölkədə siyasi institutlaşma yeni və uğurlu inkişaf yoluna qədəm qoydu. Ölkənin siyasi sferasındakı durğunluq və tənəzzül dövrü təkamül və inkişaf dövrü ilə əvəzləndi. 

Təbii ki, prosesin uğuruna qarşı çıxmaq, onu ləngitmək üçün həmin vaxtlarda müəyyən kombiniasiyalar təşkil edilirdi. Lakin sağlam təməllər, demokratik prinsip və dəyərlər üzərində qurulan yeni konfiqurasiyanın qarşısını almaq mümkün olmadı. Beləliklə də, ölkədə yeni siyasi nizam formalaşdı.

Demokratik prinsip və dəyərlərə söykənən siyasi konfiqurasiya

Demokratik cəmiyyətin əsas atributlarından biri olan çoxpartiyalı sistemin daha da inkişafı və siyasi sistemin təkmilləşdirilməsi üçün bu istiqamətdə atılan addımlar cəmiyyət tərəfindən də təqdir edilirdi. Bu isə prosesin daha da sürətli inkişafına təkan vermiş oldu. Dayanıqlı siyasi münasibətlər, demokratik prinsip və dəyərlərə söykənən yeni siyasi konfiqurasiya ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühiti formalaşdırıb. 

Cəmiyyət siyasi həmrəylik və milli birliyin müsbət nəticəsinin, onun dövlətçiliyin inkişafı, əməkdaşlıq mühitinin yaradılmasındakı rolunun ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində açıq-aydın hiss etdi. Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın başlatdığı Vətən müharibəsində Prezident-Ordu-Xalq birliyi ölkədə fəaliyyət göstərən siyasi təşkilatlar tərəfindən böyük dəstək qazandı, partiyalar bəyanat imzalayaraq, beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycanın haqq işində dövlətin və Prezidentin yanında olduqlarını bəyan etdilər.

Eyni mövqe birgünlük antiterror əməliyyatı, daha sonra Azərbaycana məxsus təyyarənin Rusiya səmasında vurulması zamanı da nümayiş etdirildi. 

Siyasi dialoqdan milli birliyə keçid

Bütün bunlar göstərir ki, ölkədə milli birliyə tam nail olunub, dövlətçilik və xalqın mənafeyi ilə bağlı ümummilli məsələlərdə heç bir fikri ayrılığı yoxdur. Sonrakı mərhələlərdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin siyasi partiyalarla keçirdiyi görüşlər yeni siyasi konfiquasiyanın əsas istiqamətlərini daha da aydınlaşdırdı.

Partiyaların təkrar dövlət qeydiyyatına alınmasından sonra yenidən formalaşan və siyasi sistemdə daha aktiv fəaliyyət göstərməyə başlayan partiyaların Prezident, parlament və bələdiyyə seçkilərində aktiv iştirakı da onlar üçün yaradılan şəraitdən istifadə imkanlarını artırdı. Bu, həm də cəmiyyətdə siyasi partiyalara olan marağın artmasına, onların siyasi proseslərdə daha real və fəal iştirakının stimullaşdırılmasına səbəb oldu.

Siyasi institutlaşmanın yeni mərhələsi

Son parlament seçkisinin nəticəsinə görə 11 siyasi partiya parlamentdə təmsil olunur. Bu il keçirilən bələdiyyə seçkilərində isə ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 23-ü iştirak edib. Bu, ən yuxarı göstərici və siyasi partiyaların artıq seçkinin formalaşmış bir subyekti olduğunun təzahürüdür.

Bələdiyyə seçkisinə qatılan partiyaların demək olar ki, əksəriyyətinin üzvləri həm də bələdiyyə üzvü seçiliblər. Bu etimadın yaranmasında yeni siyasi münasibətlər sisteminin yaranmasının xüsusi əhəmiyyəti var. 

"Siyasi partiyalar haqqında" müasir tələblərə və beynəlxalq standartlara cavab verən yeni qanunun qəbulu partiyalara əlavə və yeni imkanlar açıb. Parlamentdə təmsil olunan partiyalarla yanaşı, seçkidə iştirak edən və parlamentdə təmsil olunmayan partiyalar da dövlət büdcəsindən maliyyə alır.

Prezident İlham Əliyevin tapşırığı  ilə “2025-ci ilin dövlət büdcəsi haqqında” Qanunun parlamentdə müzakirəsi zamanı siyasi partiyalara maliyyə yardımı daha 20 faiz artırıldı. Bu isə partiyaların fəaliyyətini stimullaşdıran əsas elementlərdən biri və dövlətin siyasi institutların inkişafına dəstəyinin göstəricisidir. 

Bütün bunlar yeni siyasi konfiqurasiyanın təməl prinsiplərindən olmaqla, siyasi partiyaların cəmiyyətdə artan rolunun daha da inkişaf etməsinə, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət edir. 

Rəfail Becanov,
"Cebheinfo.az" xəbər portalı və "Cümhuriyət" qəzetinin rəhbəri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Fevral 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri