Icma.az
close
up
RU
Yeni siyasi vəziyyətdə güclü Türkiyə amili əsas rol oynayacaq Kaspinin şərhi

Yeni siyasi vəziyyətdə güclü Türkiyə amili əsas rol oynayacaq Kaspinin şərhi

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şuşa Bəyannaməsi ilə bir üst səviyyəyə qalxan Türkiyə-Azərbaycan strateji müttəfiqliyi hər kəsin hesablaşmaq məcburiyyətində qaldığı bir gücdür. Bu əlaqələr artıq tək Cənubi Qafqaz regionunu deyil, daha geniş coğrafiyanı əhatə etməyə başlayıb.

Türkiyə və Azərbaycan arasında strateji müttəfiqlik əlaqələri artıq tək Cənubi Qafqaz regionunu deyil, daha geniş coğrafiyanı əhatə etməyə başlayıb. Bu fakt özünü iki ölkə arasındakı təmaslarda da göstərir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Hər zaman Azərbaycanın yanındayıq"

Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə "bir millət, iki dövlət" prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb. Türkiyə prezidenti ölkəsinin Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyərək, hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.

Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin "bir millət, iki dövlət" prinsipi ilə inkişaf etdiyini deyib, ölkələrimizin hər zaman bir-birinin yanında olduqlarını vurğulayıb.

Telefon söhbəti zamanı 2025-ci ildə iki qardaş ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Dövlət başçıları təmasların davam etdirilməsi məsələsini qeyd ediblər.

"Azərbaycanın sülh istiqamətindəki qərarlı addımlarını dəstəkləyirik"

Rəsmi Ankaranın bütün məsələlərdə Bakıya tam dəstək verdiyini xarici işlər naziri Hakan Fidan bir daha bəyan edib. Yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinq zamanı türkiyəli nazir bildirib ki, ölkəsi Azərbaycan Prezidenti İlham Əliyevin bölgədə sülh istiqamətindəki qərarlı addımlarını dəstəkləyir: "Sülh sazişi sənədinə imza atılması üçün yerdə qalan bir neçə bənd var ki, onların da tamamlanması lazımdır. Ümid edirik ki, 2025-ci ildə qalıcı sülhə nail olunacaq və firavan bir bölgə görəcəyik".

H.Fidan deyib ki, Azərbaycanın Qarabağdakı işğal prosesini başa çatdırması ilə bölgədə davamlı sülh üçün tarixi fürsət yaranıb. O, Türkiyənin sülh və sabitlik prosesində Azərbaycanla çiyin-çiyinə hərəkət etdiyini ifadə edib.

"Gücümüz daha da artacaq"

İki ölkə arasındakı münasibətlərin dünyaya nümunə olduğunu Prezident İlham Əliyev də yerli telekanallara son müsahibəsi zamanı bəyan edib. Dövlət başçısı Suriyada yaşanan son hadisələrə münasibət bildirərkən Bakı-Ankara münasibətlərinə də toxunub. Onun sözlərinə görə, Türkiyənin Suriyanın inkişafındakı rolu çox əhəmiyyətlidir: "Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir. Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq. Bizim Müttəfiqlik Bəyannaməmiz hər gün yeni amillərlə zənginləşir və D-8-lə bağlı bax, bayaq verdiyiniz suala qayıtdıqda, bizi ən çox dəstəkləyən də yenə Türkiyə olub və birinci bizi təbrik edən də Türkiyə olub. Ona görə Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur. Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir və həm Yaxın Şərqdə, həm də eyni zamanda, Avropada, - bir qədər bu məsələyə biz toxunduq, - tamamilə yeni vəziyyət yaranır və burada güclü Türkiyə amili əsas rol oynayacaq. Biz də onun yanındayıq. Yəni ki, gücümüz daha da artacaq. Böyük coğrafiya - Avropanı, Asiyanı, Cənubi Qafqazı, Xəzər hövzəsini əhatə edən böyük coğrafiya artıq özlüyündə bir ciddi geosiyasi amildir. Hərbi güc, siyasi güc, iqtisadi potensial, birlik və bu gün dünyanın heç bir yerində bu qədər bir-birinə bağlı olan ölkələri görmək mümkün deyil, necə ki, Türkiyə və Azərbaycan".

Dövlət başçılarının bəyanatlarından da göründüyü kimi, Şuşa Bəyannaməsi ilə bir üst səviyyəyə qalxan ikitərəfli münasibətlər, Türkiyə-Azərbaycan strateji müttəfiqliyi artıq beynəlxalq miqyasda cərəyan edən proseslərə təsir gücünə malik, hər kəsin hesablaşmaq məcburiyyətində qaldığı bir faktdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Yanvar 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri