Icma.az
close
up
RU
Yeni təhlükəsizlik doktrinasının konturları

Yeni təhlükəsizlik doktrinasının konturları

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Readiness 2030” çərçivəsində formalaşan strategiyalar

Avropanın təhlükəsizlik sistemi beynəlxalq mühitin təzyiqi altında yenidən formalaşır. Hər halda, son illərin tendensiyası bunu söyləməyə əsas verir. Qeyri-müəyyənliklər, narahatedici insidentlər, hibrid təhdidlərin mürəkkəbləşməsi və ənənəvi müharibə anlayışlarını aşan yeni silah texnologiyaları qitənin müdafiə fəlsəfəsini köklü şəkildə yeniləmək zərurəti yaradır. Bu kontekstdə, Brüsseldə qəbul edilmiş “Readiness 2030” strategiyası prosesin məntiqi nəticəsi kimi dəyərləndirilir və Avropanın təhlükəsizlik arxitekturasında, bəlkə də, son 30 ilin ən genişmiqyaslı dönüşünü təmin edir.

Sənəd Avropanın mövcud strukturlarının qüsurlarını aradan qaldırmaq və gələcək təhdidlərə hazır olmaq üçün daha çevik, koordinasiyalı və vahid təhlükəsizlik modeli qurmaq istəyinin ifadəsidir. Xatırlatmaqda fayda var ki, “qoca qitə” uzun müddət kollektiv təhlükəsizlik çətirinin yaratdığı “komfort” altında ömür sürüb. Lakin yaşananlar göstərir ki, xarici müttəfiqlərin təminatına güvənmək kifayət deyil. Avropanın daxili imkanlarını gücləndirməsi, sənaye zəncirini daha dayanıqlı etməsi və müdafiə baxımından muxtariyyətini artırması artıq strateji zərurətə çevrilib. “Readiness 2030” da, öz növbəsində, təhlükəsizliyə yanaşmanı istər texniki, istərsə də siyasi, iqtisadi və institusional səviyyədə yenidən tənzimləyir. Bununla da illərdir pərakəndə şəkildə həyata keçirilən müdafiə xərcləmələri indi vahid məntiqə tabe etdirilir.

Məlumdur ki, əvvəllər Aİ-yə üzv ölkələrin hər biri fərqli standartlara, müxtəlif silah sistemlərinə, əlaqəsiz hərbi logistika mexanizmlərinə malik idi. Bu cür uyğunsuzluqlar qitənin böyükmiqyaslı təhlükələrə sürətli reaksiya qabiliyyətini zəiflədir, müdafiənin optimal koordinasiyasını əngəlləyirdi. Brüssel də təbii olaraq problemin ortaq hərbi layihələrin genişləndirilməsi yolu ilə həllini optimal sayır. Hərbi satınalmaların böyük hissəsinin artıq İttifaq səviyyəsində aparılması qərarı da bundan qaynaqlanır.

“Readiness 2030” təhlükəsizlik konsepsiyasının ən diqqətçəkən elementlərindən biri pilotsuz uçuş aparatlarına qarşı müdafiə mexanizmlərinin yaradılmasıdır. Son aylar hava məkanında baş verən izahı çətin uçuşlar, pilotsuz vasitələrin sərhədlərin yaxınlığında görünmələri və bu təmayüllərin artan intensivliyi Avropanın hava təhlükəsizliyinin zəifliyini göstərir. Mövcud reallıq qitənin diqqətini pilotsuz uçuş aparatlarını zərərsizləşdirən kompleks sistemlərin qurulmasına yönəldir.

Bu məqsədlə irəli sürülən yeni təşəbbüs isə qitənin hava sahəsini bir-biri ilə əlaqəli sensorlar, süni intellektlə işləyən analiz mərkəzləri və çoxpilləli müdafiə zolaqları ilə təchizatını hədəf seçir. Nəzərdə tutulan konkret tədbirlərə gəldikdə, onlar gələcəkdə potensial təhdidlərin hava məkanına daxil olmadan müəyyənləşdirilməsinə imkan verəcək.

Avropanın şərqi onun təhlükəsizlik xəritəsində ən həssas bölgələrdən biri kimi qalmaqdadır. Həmin coğrafiya qitənin təhlükəsizlik balansını tez-tez dəyişdirən siyasi və hərbi proseslərin mərkəzində dayanır. Elə bu səbəbdən yeni strategiya “Şərq Cinahı Müşahidə Platforması” kimi xüsusi mexanizmləri nəzərdə tutur və qitənin şərq sərhədlərini vahid təhlükəsizlik xətti kimi götürür. Daha dəqiq desək, strategiya quruda müşahidə xətti, dənizdə nəzarət mexanizmləri və hava məkanının vahid şəkildə idarə olunması kimi prosesləri eyni sistemdə cəmləyir. Sərhəd boyunca yerləşdiriləcək yüksək dəqiqlikli radarlar, Baltik və Qara dənizlərdə əməliyyatlara rəhbərlik edən mərkəzlərə qədər geniş infrastrukturun yaradılması Avropaya ilk dəfə olaraq sərhədlərini real vaxtda izləmək imkanı verəcək. Onun müdafiə xərclərinin artması da strategiyanın əsas təkanverici amillərindən biridir. Yeri gəlmişkən, Avropa Komissiyasının son hesabatlarına diqqət yetirsək, görərik ki, müdafiə büdcəsi demək olar iki dəfə artıb.

ARAYIŞ: 2024-cü ildə 27 üzv ölkənin müdafiə büdcəsi 343 milyard avroya çatıb. Deməli, əvvəlki illə müqayisədə 19 faiz artım var və mövcud dinamika cari ildə də davam edərək, ümumi xərclərin 381 milyard avroya yüksəlməsinə səbəb olub. Bu göstəricilər ÜDM-in təxminən 2,1 faizinə bərabərdir. Artım isə təkcə ümumi büdcə ilə məhdudlaşmır. Ötən ildə müdafiə investisiyalarının həcmi 106 milyard avro olaraq ən yüksək səviyyəyə çatıb və ümumi müdafiə xərclərinin 31 faizindən çoxunu təşkil edib. Bu tendensiya Aİ-nin hərbi-texnoloji güclənməyə xüsusi diqqət ayırdığını göstərir. Tədqiqat və inkişaf sahəsində də xərclər sürətlə artır. 2024-cü ildə təxminən 13 milyard avro olan büdcənin bu ilin sonunda 17 milyard avroya yaxınlaşacağı gözlənilir. Prosesin əsas hərəkətverici qüvvəsi Ukrayna müharibəsidir. Müharibə Avropada təhlükəsizlik mühitini köklü şəkildə dəyişdirib və Aİ ölkələrini müdafiə texnologiyalarının inkişafını, sənaye istehsal gücünü və innovasiyaya yönəlmiş strategiyaları prioritetləşdirməyə məcbur edib.

Nəticədə, növbəti on il ərzində müdafiəyə xərclənəcək milyardlarla avro Avropanın təhlükəsizlikdə passiv mövqedən aktiv mövqeyə keçdiyini nümayiş etdirir. Aİ-nin müdafiə və kosmik proqramlar üçün ayıracağı əlavə milyardlara gəldikdə həm peyk rabitəsi, həm kiber müdafiə, həm də genişmiqyaslı müşahidə sistemlərinin yenilənməsi nəzərdə tutulur. Bu çərçivədə Ukraynanın rolu ayrıca diqqət mərkəzindədir. Avropa anlayır ki, qitənin təhlükəsizliyi sadəcə öz sərhədləri daxilində düşünülə bilməz. Ukraynanın hərbi sənayesinin Avropa müdafiə modelinə inteqrasiyası, onun istehsal potensialının geniş istifadəsi və təhlükəsizlik sahəsində sıx əməkdaşlıq bütövlükdə qitənin müdafiə strukturunun möhkəmlənməsinə xidmət edir. Bu əməkdaşlıq təchizat zəncirinin genişlənməsi ilə yanaşı, həm yeni nəsil silahların ortaq hazırlanmasına, həm də Aİ standartlarına uyğun təhlükəsizlik modellərinin formalaşmasına şərait yaradır.

Siyasi aspektdən “Readiness 2030” Avropa üçün bir sınaq kimi də düşünülə bilər. Çünki qitə illərdir müzakirə etdiyi strateji muxtariyyət məsələsini nəhayət praktik addımlarla reallaşdırmağa başlayır. Lakin prosesin uğuru üzv ölkələrin milli maraqları ümum–Avropa maraqları ilə nə dərəcədə uyğunlaşdıra bilməsindən asılıdır. Kontinentin bu dəfə tarixi fürsəti əldən verib-verməməsini yaxın onillik göstərəcək. Müdafiə sənayesinin həmrəylik üzərində qurulması, büdcələrin uzunmüddətli sabitliklə idarə olunması, sərhədlərin vahid təhlükəsizlik məntiqi ilə qorunması və kollektiv müdafiə mədəniyyətinin formalaşması gələcək yol xəritəsini cızacaq.

Nəhayət, belə qənaətə gəlmək olar ki, “Readiness 2030” Avropa qitəsinin bir növ özünə qayıdışıdır. Yəni uzun illər təxirə salınmış tarixi məsuliyyət yenidən xatırlanır. Artıq təhlükəsizlik məsələsi qabaqlayıcı və strateji şəkildə idarə olunan proses kimi nəzərdən keçirilir. Yeni yanaşmalar göstərir ki, Avropa öz müdafiəsini təmin etmək üçün daha uğurlu arxitektura qurmaq niyyətindədir. Görünür, “qoca qitə” dəyişən dünyanın uzaq periferiyasında passiv müşahidəçi olmaq əvəzinə, qlobal güc balansının formalaşmasında öz sözünü deməyi üstün tutur. Plan nəticə etibarilə, təhlükəsizlik anlayışının yenilənməsi, müdafiə sənayesinin modernləşdirilməsi, ortaq strateji düşüncənin formalaşması və sərhədlərin daha çevik şəkildə müdafiəsinə xidmət edir.

Sonda qeyd edək ki, hər bir siyasi dövr özünə uyğun bir hikmət yaradır. Deyirlər “Gələcəyin qapısı həmişə açıqdır, amma onu açmaq üçün cəsarət lazımdır”. Cəsarətin hansı nəticəyə aparacağını isə Avropanın bu yolda hansı qətiyyətlə irəliləməsi müəyyən edəcək. Bir məsələ dəqiqdir ki, qitə uzun müddətdir imtahanla üz-üzədir və bu dəfə sınaqdan başqalarının kölgəsində çıxmaq niyyətində deyil.

Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri