Icma.az
close
up
RU
Yeni sabitlik paradiqmasının konturları

Yeni sabitlik paradiqmasının konturları

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan–Türkiyə–Pakistan birliyi Avrasiyanın siyasi məkanında yeni səhifə açır

Azərbaycan, Türkiyə və Pakistanın əməkdaşlığı coğrafi sərhədləri aşaraq yeni strateji birliyin nüvəsini formalaşdırıb. Ortaq tarixi, mədəni kodlar və geosiyasi birlik üzərində qurulan əlaqələr regionda yeni sabitlik paradiqmaları yaradır. Qardaşlıq, siyasi və mədəni həmrəylik, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində funksional inteqrasiyanın əsasını qoyur, üçtərəfli əməkdaşlığın regional və qlobal geosiyasətə təsirini gücləndirir.

Bu baxımdan oktyabrın 13–14-də Pakistanın paytaxtı İslamabadda keçirilən Azərbaycan–Türkiyə–Pakistan parlament sədrlərinin 3-cü üçtərəfli görüşü dərin mənəvi hadisə oldu. Görüşün sonunda imzalanan İslamabad Bəyannaməsi qardaşlıq münasibətlərini sənəd səviyyəsində təsdiqlədi, onu siyasi öhdəliyə çevirdi. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq tərəfindən imzalanan sənəd siyasi baxımdan emosional kod daşıyır – burada diplomatiya isti qardaşlıq enerjisi ilə formalaşır. İslamabad görüşü həm də geosiyasi mənada maraqların təmərküzləşmə nöqtəsidir. Azərbaycanın enerji və nəqliyyat infrastrukturu, Türkiyənin NATO çərçivəsindəki hərbi çəkisi, Pakistanın nüvə statusu – bu üç komponent regionda yeni balans yaradır.

Pakistan və Türkiyə kimi iki nəhəng dövlətin Azərbaycanın əhəmiyyətini dərk edərək onunla birgə üçtərəfli əməkdaşlıq formatı yaratması təsadüfi deyil. Bu, Azərbaycanın bölgədə artan nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunmasının bariz göstəricisidir. Azərbaycanın təşəbbüskarlığı və diplomatik çevikliyi nəticəsində bu üçtərəfli format regional güc mərkəzinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə İran ərazisindən keçəcək dəmir yolu layihəsinin tam gücü ilə işə düşməsi Pakistanla nəqliyyat-kommunikasiya əlaqələrimizi xeyli genişləndirəcək. Bu da ticarət dövriyyəsinin artmasına, iqtisadi əməkdaşlığın dərinləşməsinə və Cənubi Qafqazla Cənubi Asiya arasında strateji körpünün möhkəmlənməsinə imkan yaradacaq.

Bu baxımdan bəyannamədə regional sabitlik, beynəlxalq hüquqa hörmət, terrorizmə qarşı mübarizə, gənclərin və qadınların siyasi fəallığının artırılması kimi mövzular yer alıb. Sənəd ölkəmizin ərazi bütövlüyünə açıq dəstək ifadə etməklə, ədalətin regional konfiqurasiyadakı bərpasını beynəlxalq müstəviyə daşıyır.

***

İslamabad görüşü parlamentlərin beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzinə çevrildiyini nümayiş etdirdi. Çünki əgər klassik diplomatiya dövlətlər arasında rəsmi müqavilələrlə bağlıdırsa, parlament diplomatiyası xalqların iradəsini bir araya gətirən canlı mexanizmdir. Üç ölkənin parlament rəhbərləri arasındakı təmaslar gələcəkdə qəbul ediləcək qanunların ruhuna, regionda formalaşacaq ideoloji atmosferə təsir göstərən amilə çevriləcək. Sahibə Qafarovanın sözləri bu baxımdan diqqətəlayiqdir: “Bu əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, dostluq və həmrəyliyi dərinləşdirir”. Bu ifadə diplomatik jest kimi səslənsə də, əslində, strateji yanaşmanın ideoloji bünövrəsidir, yəni dövlətlər birləşəndə, xalqlar da bir ruh altında toplanır. Türkiyə parlamentinin sədri Numan Kurtulmuşun “parlament diplomatiyası əlaqələrin dərinləşməsi üçün yeni körpü rolunu oynayır” fikri bu görüşün fəlsəfəsini açır, Pakistan Milli Assambleyasının rəhbəri Sərdar Ayaz Sadiqin “üç qardaş ölkə üçün bu platforma strateji fürsət pəncərəsidir” ifadəsi isə Bəyannamənin təkcə bugünü yox, gələcəyi hədəflədiyini göstərir.

Bəyannamənin siyasi çəkisi hüquqi sənədlərin təsir gücünü dəfələrlə aşır. 2021-ci ildə İslamabadda xarici işlər nazirləri səviyyəsində qəbul edilən eyniadlı sənəd icra hakimiyyətinin diplomatik mesajı idisə, 2025-ci il versiyası artıq parlamentlərin strateji andıdır.

Azərbaycan, Türkiyə və Pakistanın formalaşdırdığı bu platforma artıq regionun təhlükəsizlik və diplomatik sisteminin daimi aktoruna çevrilib. İslamabad Bəyannaməsi də bu inteqrasiyanın hüquqi simvolu və gələcəyə mesajıdır.

Bu sənəd üç xalqın ortaq tarixindən doğmuş həmrəylik enerjisinə siyasi istiqamət verir. O istiqamətin xəritəsində isə iqtisadi rifah və hərbi sabitlik, ədalət, ləyaqət və müstəqillik dayanır. Üç qardaşın birlikdə başlatdığı bu yeni mərhələ Avrasiyanın siyasi memarlığında yeni səhifə açır. Səhifənin başlığı isə artıq yazılıb – İslamabad Bəyannaməsi.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı,
politoloq

Pakistan və Türkiyə bu gün İslam dünyasında hərbi-siyasi güc, regional təsir və strateji potensial baxımından aparıcı mövqeyə malik dövlətlərdir. Pakistan nüvə silahına sahib olan yeganə müsəlman ölkəsi olmaqla yanaşı, təxminən 250 milyon nəfərlik əhalisi ilə İslam dünyasının ən iri demoqrafik mərkəzi sayılır.

Türkiyə isə həm NATO üzvü kimi Qərb təhlükəsizlik arxitekturasında mühüm rol oynayır, həm də alyans daxilində ABŞ-dan sonra ən güclü ordulardan birinə malik olması ilə seçilir. Azərbaycanın artan geosiyasi çəkisi və regional əhəmiyyəti də nəzərə alınaraq üçtərəfli əməkdaşlıq formatının yaranması bölgədə formalaşan yeni güc balansının təzahürüdür. Sözügedən format Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və sabit inkişaf modeli kimi qəbul olunmasının real göstəricisidir.

Rəsmi Bakının təşəbbüskarlığı, diplomatik çevikliyi nəticəsində bu üçtərəfli format təkcə siyasi əməkdaşlıq deyil, həm də regional güc mərkəzinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə İran ərazisindən keçəcək dəmir yolu layihəsinin tam gücü ilə işə düşməsi Pakistanla nəqliyyat-kommunikasiya əlaqələrimizi xeyli genişləndirəcək. Bu isə ticarət dövriyyəsinin artmasına, iqtisadi əməkdaşlığın dərinləşməsinə və Cənubi Qafqazla Cənubi Asiya arasında strateji körpünün möhkəmlənməsinə imkan yaradacaq.

Bu gün Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan üçtərəfli münasibətlər parlamentlər və ictimai institutlar səviyyəsində də yeni diplomatik platforma yaradır. Bu əməkdaşlıq bir tərəfdən regionda sabitlik və inkişafın təminatına xidmət edir, digər tərəfdən isə Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Bütün bunlar İslam dünyasının siyasi həmrəyliyi, iqtisadi inteqrasiyası və təhlükəsizlik arxitekturası baxımından unikal bir modeldir.

Bu əməkdaşlıq Azərbaycanın çoxşaxəli xarici siyasətinin uğurudur və gələcəkdə regional geosiyasətin yeni istiqamətlərini müəyyən edə biləcək strateji platformaya çevriləcək.

Tacir SADIQOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri