Yeni təyin olunan məmurlar ətrafına dost tanışını yığır DEPUTAT
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Elə hallar olur ki, vəzifəyə təzə təyin olunan məmur kreslosuna çatar-çatmaz qılıncını çəkib düşür işçilərin üstünə: ərizəni yaz, səninlə işləyə bilməyəcəyik! Ədalət naminə deməliyəm ki, hər məmur belə deyil, amma var. Pensiya yaşına çatmağa az qalmış dövlət qulluqçusunun işdən çıxarılmasına cəhdlər də olur".
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Razi Nurullayev bildirib.
O, qeyd edib ki, hamıya oğru kimi baxırlar:
"Təbii ki, qanun pozuntusuna yol verən şəxslərin işinə xitam verilməsi başadüşüləndir. Toxunduğum məsələ isə əsas vəzifə postlarının boşaldılmasına məcburetmə və ətraflarına dostlarının, yaxınlarının yığılmasıdır. Bu qəbuledilməzdir və belə hallara birdəfəlik son qoyulmalıdır.
Bu narahatlığımızı nəzərə alaraq həmin işlərə nəzarət etmək və təkliflər hazırlamaq üçün parlament komissiyasının yaradılması imkanlarının nəzərdən keçirilməsini xahiş edirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 14 İyul 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















