“Azərbaycan səfirliyinin ətrafına raket atılması qəbuledilməzdir” Deputat
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünən Rusiya tərəfindən Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan səfirliyinin ətrafı raket atəşinə tutulub.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, belə bir hadisənin olması yanlışdır, olmamalı idi:
"Azərbaycan bu hadisədən ciddi narahatlıq keçirdi. Orada bizim əməkdaşlarımız işləyir. Vətəndaşlarımızın təhlükəsizliyi Azərbaycan üçün olduqca vacib bir məsələdir. Bu gün hər iki tərəf müharibənin nə qədər ağır nəticələrə gətirib çıxardığının fərqində olmalıdır. Hərbi əməliyyatlarda heç bir zaman, xüsusilə də mülki və diplomatik obyektlərə zərbələr endirilməməlidir. Bu məsələ əlbəttə araşdırılacaq, diplomatik alanda münasibət bildiriləcək".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 22 İyul 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















