Icma.az
close
up
RU
Yeni təyinatlar və yerdəyişmələr olduqca əhəmiyyətlidir AÇIQLAMA

Yeni təyinatlar və yerdəyişmələr olduqca əhəmiyyətlidir AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Balakən rayonuna təyin olunmuş yeni icra başçısı Natiq Ağayev bu rayonda ilk dəfə olaraq icra hakimiyyəti sahəsində təcrübəsi olan şəxs kimi fəaliyyət göstərəcək. Bu, Balakəndə idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib. 
"Eyni zamanda Qax rayonuna təyin olunmuş Elvin Paşayev kənd təsərrüfatı sahəsində bilikli və təcrübəli şəxsdir. O, Kənd Təsərrüfatı Nazirliyindən Qaxa gətirilib. Bu da göstərir ki, dövlət Qaxda kənd təsərrüfatının inkişafına xüsusi önəm verir.
Qaxda əvvəlki icra başçısı Musa Şəkiliyevin dövründə torpaq məsələləri və kənd təsərrüfatı ilə bağlı ciddi problemlər yaranmış, hətta bəzi hallarda icra nümayəndələri barədə cinayət təhqiqatları aparılmışdı. Prezident də bu məsələyə çıxışında diqqət çəkmişdi. Yeni təyinatlar həm Balakəndə, həm də Qaxda idarəetmənin səmərəliliyini artırmağa yönəlib".
O bildirib ki, digər mühüm təyinatlar arasında Naftalanın icra başçısı Vüqar Novruzovun və Gədəbəyin icra başçısı Orxan Mürsəlovun rotasiya qaydasında digər rayonlara keçirilməsi də qeyd olunmalıdır:
"Bu, idarəetmədə dinamizmin təmin olunması baxımından vacib addımdır. 
Kürdəmirdən Nəsimi rayonuna gətirilən yeni icra başçısı Elxan İbrahimov isə ölkədə Qərb təhsilli yeganə icra başçısıdır. O, Stokholm Universitetində təhsil alıb. Bu, innovativ düşüncəli gənclərin rayon idarəçiliyinə gətirilməsinin göstəricisidir. Eləcə də Kürdəmirə təyin olunan yeni icra başçısı əvvəllər Sabunçu rayon icra hakimiyyətində birinci müavin vəzifəsinə qədər yüksəlib. Bu da göstərir ki, artıq icra strukturlarında yetişən kadrlar sistem daxilindən rəhbər vəzifələrə təyin olunur".
Politoloq deyib ki, digər əsas məsələ Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəni dəyişdirməsidir:  
"Fuad Nəcəfli barədə müəyyən şikayətlər var idi, xüsusilə də Naxçıvanda sosial vəziyyətlə bağlı narazılıqlar tez-tez səslənirdi. Onun yerinə Ceyhun Cəlilovun təyin edilməsi mühüm hadisədir. Ceyhun Cəlilov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, “ASAN xidmət”də və “DOST” layihəsində rəhbər vəzifələrdə çalışıb. Bu səbəbdən onun Naxçıvanda sosial problemlərin həlli istiqamətində ciddi addımlar atacağı gözlənilir.
Ümumilikdə, son təyinatlar və aparılan əməliyyatlar göstərir ki, icra hakimiyyəti sistemi artıq köhnəlib və öz funksionallığını qismən itirib. Hesab edirəm ki, bu sistemin referendum yolu ilə ləğv edilməsi və yeni, müasir idarəetmə modelinin formalaşdırılması vacibdir. Vicdanlı kadrlar olsa da, sistemin bütövlükdə tıxanması səmərəliliyi azaldır. Buna görə də artıq ləğvi məsələsi gündəmə gətirilməlidir".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Noyabr 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri