Icma.az
close
up
RU
Yeni tikiləcək binalarda qaz çəkilişi qadağası

Yeni tikiləcək binalarda qaz çəkilişi qadağası

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Ekspert: "İstilik alternativlərlə təmin edilməlidir, əks halda, narazılıq qaçılmazdır"

Azərbaycanda istilik təchizatının yeni qaydalarla tənzimlənməsi üçün hazırlanan qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Yeni qanuna əsasən, gələcəkdə inşa olunacaq çoxmənzilli yaşayış binalarında mərkəzləşdirilmiş istilik sistemlərinin tətbiqi məcburi olacaq. Bu dəyişikliklərin məqsədi enerji təhlükəsizliyi, səmərəli enerji istifadəsi və ətraf mühitin qorunmasıdır.

“Yeni Müsavat” xəbər verir ki, bu istiqamətdə daha ciddi bir addım da atılacaq: gələcəkdə çoxmərtəbəli binalara təbii qaz verilişi tamamilə dayandırıla bilər. Energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisdə keçirilən dinləmələr zamanı bildirib ki, yeni qanun qüvvəyə mindikdən sonra bu binalara qaz verilməyəcək və nəticədə daha təhlükəsiz yaşayış mühiti təmin olunacaq.

Lakin bu yanaşmanın bir sıra çətinliklər doğuracağı da istisna olunmur. Belə ki, fərdi istilik sistemlərinin ləğvi və mərkəzləşdirilmiş sistemlərin tətbiqi əhalinin əlavə maliyyə xərcləri ilə üzləşməsinə səbəb ola bilər. Bundan əlavə, təbii qazın dayandırılması fonunda elektrik enerjisinə tələbatın artacağı proqnozlaşdırılır ki, bu da enerji sisteminə əlavə yük gətirə bilər.

Yeni qanun layihəsi çərçivəsində həmçinin istilik sahəsini tənzimləyən normativ sənədlərin - layihələndirmə, istismar, təhlükəsizlik və monitorinq qaydalarının yenilənməsi, yeni texniki standartların və tarif mexanizmlərinin hazırlanması nəzərdə tutulur. Qanun beynəlxalq təcrübəyə əsaslansa da, konkret bir ölkənin modelindən istifadə edilməyib. Məqsəd həm investisiya cəlbediciliyini artırmaq, həm də bu sektorda rəqabətli və şəffaf mühit formalaşdırmaqdır.

Bəs qaz verilişi tam dayandırılacaqsa, bu, minlərlə ailənin gündəlik mətbəx vərdişlərini dəyişəcək. Elektriklə çalışan avadanlıqlara keçid nə qədər əlçatan olacaq?  Elektrik enerjisinə tələbat artacaqsa, mövcud enerji infrastrukturumuz bu yükü daşımağa hazırdırmı? Qış aylarında artıq mövcud enerji sistemi yüklənmə problemi ilə üzləşir. Yüzlərlə bina əlavə elektrik enerjisinə keçərsə, bu, kəsintilərə səbəb ola bilər. İstilik sistemlərinin mərkəzləşdirilməsi ailələr üçün əlavə maliyyə yükü deməkdir. Yeni sistemlərin quraşdırılması, texniki xidmətləri və istifadəsi fərdi kombi sistemlərindən baha başa gələcək. Mövcud binalarda yaşayanlar üçün nə nəzərdə tutulur? Onlar da məcburi olaraq sistemə qoşulmalı olacaqlarmı? Qanun yalnız yeni tikililərə aid olsa da, gələcəkdə bu tətbiq genişlənərsə, mövcud mənzillərin sahibləri əlavə xərc altına düşəcəkmi?

Onu da nəzərə çatdıraq ki, keçmişdə mərkəzləşdirilmiş istilik sistemlərində problemlər yaşanırdı. Yeni sistemin bu çatışmazlıqları aradan qaldıra biləcəyi də sual olunur. Yeni sistemlərdə qiymətlərin süni şəkildə artırılması da narahatlıq doğuran məsələlərdən biridir. Tariflərin şəffaf hesablanmasına və vətəndaşların hüquqlarının qorunmasına nəzarət də burada başlıca amil kimi qeyd olunur. 

Qeyd edək ki, bir sıra Avropa ölkələrində, xüsusilə İsveç, Danimarka, Almaniya kimi Şimali Avropa ölkələrində mərkəzləşdirilmiş istilik sistemləri geniş tətbiq olunur. Lakin bu sistemlər tamamilə bazar prinsiplərinə əsaslanır - vətəndaşların seçim azadlığı var və təchizatçılar arasında rəqabət mövcuddur. Eyni zamanda bərpaolunan enerji mənbələrinin istifadəsi təşviq edilir və aztəminatlı ailələr üçün dövlət subsidiyaları təqdim olunur. Postsovet məkanında - Polşa, Latviya, Ukrayna kimi ölkələrdə hələ də mərkəzləşdirilmiş sistemlər istifadə olunsa da, fərdi sistemlərə keçidə şərait yaradılır. Mövcud istilik sistemlərinin yenilənməsi ilə yanaşı, dövlət müəyyən hallarda vətəndaşlara alternativ sistem seçmək imkanı verir. Bəzi ölkələr fərdi kombi sistemlərinə keçidi maliyyələşdirir və bu sahədə ictimai rəyə önəm verir.

Çin isə istilik sistemlərini müasir texnologiyalarla yeniləyərək enerji səmərəliliyinə nail olmağa çalışır. Bu ölkədə də vətəndaşların sosial vəziyyəti nəzərə alınır, bəzi regionlarda dövlətin birbaşa dəstəyi tətbiq olunur. Cənubi Koreyada isə həm fərdi, həm də mərkəzləşdirilmiş sistemlər yanaşı istifadə olunur.

Göründüyü kimi, bir çox ölkələrin təcrübəsi göstərir ki, istilik təchizatında islahatlar aparılarkən bir sıra prinsiplər əsas götürülür. Burada əsasən ictimai rəyin öyrənilməsi və vətəndaşla açıq ünsiyyət, aşağı gəlirli, həssas qruplara kompensasiya və güzəştlər, istehlakçının seçim hüququnun qorunması, istilik tariflərinin şəffaf və ədalətli müəyyən olunması, enerji infrastrukturunun hazır vəziyyətdə olması diqqətdə saxlanılır.

 Elnur Fərzəliyev 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Əgər xarici təcrübəyə nəzər salsaq, görərik ki, Avropa ölkələrində çoxmənzilli binalarda adətən qazdan istifadə olunmur. İstilik təchizatı mərkəzləşdirilmiş sistemlə, əsasən elektrik enerjisi və digər alternativ texnologiyalar vasitəsilə təmin edilir. Bu, Rusiyada da belədir, müəyyən mənzillərə qaz verilsə də, ümumilikdə isitmə sistemi mərkəzləşdirilmiş şəkildə təşkil olunur.

Təəssüf ki, bizim ölkədə, xüsusən yeni tikilmiş binaların əksəriyyətində mərkəzləşdirilmiş istilik sistemi yoxdur. Bu səbəbdən də vətəndaşlar əlavə xərcə düşərək fərdi kombi aparatları alır və mənzillərini bu vasitə ilə qızdırırlar. Ancaq nəzərə almaq lazımdır ki, yüzlərlə mənzilin yerləşdiyi binalarda hər birinin ayrıca qazla işləyən kombi sistemi istifadədə olduqda, kombi aparatından çıxan zəhərli qaz ətraf mühitə ciddi şəkildə zərər vurur - havaya yayılan zərərli qazlar ekoloji tarazlığı pozur.

Çoxmənzilli binalara qaz təchizatının dayandırılması ekoloji baxımdan əsaslı qərar ola bilər. Lakin belə bir addım atmadan əvvəl, vətəndaşların istiliklə təminatı məsələsi dövlət səviyyəsində ciddi şəkildə həll edilməlidir. İstilik təchizatı alternativ və daha müasir üsullarla, mərkəzləşdirilmiş sistemlərlə bərpa olunmalı, binalar bu sistemlərə qoşulmalıdır.

Əgər mətbəxlərdə qaz əvəzinə elektrik cihazları istifadə ediləcəksə, o zaman elektrik enerjisinin qiymətinə də baxılmalıdır ki, qiymətlər vətəndaşlar üçün əlavə yük yaratmasın. Çünki elektriklə işləyən cihazların sərfiyyatı qazla müqayisədə daha baha başa gəlir".

Ekspertə görə, əgər istilik sistemləri dövlət dəstəyi ilə yenidən qurularsa və alternativ enerji üsullarına keçid təmin olunarsa, bu zaman qanunvericilikdə dəyişikliklərin edilməsi və ya qaz təchizatının məhdudlaşdırılması məntiqli ola bilər: “Əks halda, bu cür dəyişikliklər vətəndaşların sosial vəziyyətinə mənfi təsir göstərə və cəmiyyətin haqlı narazılığına səbəb ola bilər”.

Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 İyun 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri