Icma.az
close
up
RU
Elşən Qəmbərov: “Şeffild”ə keçə bilərdik, Fuad Musayev bizi buraxmadı”

Elşən Qəmbərov: “Şeffild”ə keçə bilərdik, Fuad Musayev bizi buraxmadı”

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ” tarix yazıb. ABŞ-da xarici dostlarım var, hamısı yaxşı mənada deyir ki, “Qarabağ” dəhşətli komandadır”.

İdman.Biz bildirir kki, bu sözləri hazırda ABŞ-da yaşayan Azərbaycan milli komandasının sabiq futbolçusu Elşən Qəmbərov deyib.

Nyu-Yorkda “Bridgeview Soccer Academy”nin rəhbəri olan həmyerlimiz Sportal.az-a müsahibəsində oradakı işlərindən, Azərbaycan futbolunun kənardan necə görünməsindən, "Qarabağ" və milli komandadan danışıb.

- ABŞ-da fəaliyyətiniz necə gedir?

- Artıq 16 ildən çoxdur ki, ABŞ-dayam, Nyu-Yorkda. İşlərimiz yaxşı gedir. 8 il bundan əvvəl ABŞ-da bu işə başlayanda 50-60 uşaqla məşğul olurduq. Şərikim Oleqdir, elə ikimiz də klubun sahibik. Hazırda isə 500-dən çox uşaq futbolla məşğul olur, 14 məşqçimiz, ofis menecerimiz var. Bruklində ən böyük uşaq futbol klubu sayılırıq, Nyu-Yorkda isə 10 böyük uşaq futbol klubundan biriyik. David Vilyanın da akademiyası var, özü də gəlib Nyu-Yorka. ABŞ-da futbolun səviyyəsi çox yüksəlib. Gələn il dünya çempionatı da keçiriləcək. Lionel Messi, Serxio Buskets kimi ulduzlar da MLS-də oynadı. Klublararası dünya çempionatı da ABŞ-da keçirildi. İnsanların futbola qarşı münasibəti yaxşı mənada dəyişib. Donald Tramp özü də futbolu çox sevir, dəstək olur. Klublararası dünya çempionatında da qalibə kuboku özü verdi. Bizim 2015-ci il təvəllüdlü yaşlılardan ibarət komandamız ştatlararası çempionatda çempion olmuşdular. Orada futbola 2-3 yaşdan başlayırıq. Bu proqram dünyada ola bilər ki, 20-30 klubda həyata keçirilir. Çünki 2-3 yaşlı uşaqlarla işləmək çox çətindir. Məşqçinin də işləməsi üçün 40 dəqiqəsi var, icazə də veririk ki, lazım gəldikdə uşaqların valideynləri də meydana daxil olsun. Koordinasiya, balans, güc, qaçmaq kim detallar üzərində işləyirik. 21-ci əsrdə telefon 2-3 yaşlı uşağın əlindədir. Valideynlər də uşaqları futbola gətiririk ki, qaçsınlar, idmanla məşğul olsunlar.

- Azərbaycanda uşaq futbolu ilə maraqlanmısız? Adətən uşaq futbolumuzun durumunun yaxşı olmadığı deyilir. Sizcə, ABŞ-da uşaq futbolunda reallaşdırdığınız nələri Azərbaycanda da tətbiq etmək olar?

- Bəli, maraqlanmışam. Bakıxanovda məskunlaşan “Xəzər” uşaq futbol komandası var, Bakıda olanda onların məşqlərinə tez-tez gedirəm, dostlarım var bu klubda, məşqlərinə baxıram. Konus, baryer filan bu yöndə köməklik edirəm. Orada 2-3 futbolçu var ki, həqiqətən çox güclüdürlər. Bayram adlı uşaq var, indi EFA-da çıxış edir. “Xəzər”dən 4-5 nəfər yollandı EFA-ya. O uşaqlar həmin kluba yollandıqdan sonra indiki komandalarının keyfiyyətini yüksəltdilər. Demək ki, istedadlılarımız var.

Uşaq futbolunda ümumilikdə nələr çatışmır? Baxıram da, eşidirəm, görürəm komandalar var ki, icarəyə meydançalar götürürlər, onu verməyə pul yoxdur, ABŞ-da isə belə uşaq komandalarına maliyyə sarıdan da köməklik edirlər. Azərbaycanda isə uşaq komandalarının pulu yoxdursa, icarəyə stadion götürə bilmirlər və bərbad meydançada məşq etməyə məcbur olurlar. Uşaqların da bəziləri elə futboldan ayrılırlar. Qışda uşaqlar harada məşq etsin? ABŞ-da bizim qış fəsli üçün zalımız var. Yalnız meydança üçün 280 min dollar pul xərcləmişik. Konus, baryer, toplar, qapılar ABŞ-da yüksək səviyyədədir. Hələ mən uşaq futbolundan danışıram. Orada uşaq futbolunda keçirilən məşqlərə baxsaz, sanki milli komanda məşq edir. Ciddiyyət, infrastruktur var. Azərbaycanda isə adi şeylər yoxdur.

- Artıq neçə ildir ki, akademiyanız fəaliyyət göstərir. Maraqlıdır, MLS və ya başqa liqalarda oynayan yetirmələriniz var?

- Var. Giorgi Çirqadze var idi, yetirməmiz idi. O, “Nyu-York Red Bull” klubunda oynayırdı, Tyerri Anri ilə birlikdə idi. Sonradan Gürcüstana yollandı, Azərbaycanda oynaya bilərdi, baxışa yollanmışdı, sonda nəsə alınmadı. Daha sonra Əziz Ziyayev “Nyu-York Red Bull”da idi. Bir az işə ciddi yanaşsaydılar, qabağa gedərdilər. Özü də klubları onları bəyənmişdilər. Sadəcə işə ciddiyyət olmadı. Halbuki onlardan savayı daha 2 uşaq getmişdi, indi də MLS-də oynayırlar. Biri dedi ki, uzaqdır, həftədə iki dəfə gedə bilmərik. Təəssüf. Amma çox istedadlı uşaqlar idilər.

- Azərbaycan futbolu deyəndə, hazırda dünyada yəqin ki, dərhal “Qarabağ” xatırlanır. ABŞ-da bu komanda haqda yerli əhali ilə söhbətləriniz olur?

- Bakıya gələndə həmişə Qurban Qurbanovla görüşürəm. “Qarabağ” tarix yazıb. ABŞ-da xarici dostlarım var, hamısı yaxşı mənada deyir ki, “Qarabağ” dəhşətli komandadır. Bu komanda uğurlu nəticə göstərən kimi, dərhal zəng edib məni də təbrik edirlər. Qurban Qurbanov, Musa Qurbanovla birlikdə “Turan Tovuz”da da oynamışam. Həqiqətən də “Qarabağ”ın uğurları məni çox sevindirir. Buna görə şadam.

- Sabiq komandalarından biri də "Neftçi"dir. Onlar nə qədər etsə də, hələ ki turnir cədvəlində yuxarı pillələrdə deyillər. Bu komanda haqda fikrin necədir?

- "Neftçi" hər zaman ürəyimdədir. ABŞ-da “Neftçi” və “Dinamo” (Səmərqənd) klublarının formasını da geyinirəm. “Neftçi”də mənə qarşı bəzi haqsızlıqlar da olmuşdu. Artıq geridə qalıb. Amma mən bu komandada oynadığım dönəmdə də ən yaxşısını etməyə çalışmışam. Xatırlayıram, Rövnəq Abdullayevin ən sevimli futbolçularından biri idim. Doğum günüm idi, tortla gəlmişdilər, deyirdi ki, bizim sürətli futbolçumuz haradadır? “Neftçi”yə böyük hörmətim olub və olacaq da.

- “Neftçi”də yüksək büdcə olsa da, “Qarabağ”ın dominantlığının qarşısını ala bilmirlər...

- Qurban Qurbanov elə sistem və atmosfer yaratdı ki, onlar nəticə qazandı. Özünü yuxarı başa qoymur, komanda ilə birlikdədir, futbolçularla “kvadrat” oynayır, onlarla iç-içədir, birlikdə qaçır, üstəlik, orada halalçılıq var. “Neftçi”də bundan əvvəl Samir Abasov idi baş məşqçi. Düzü, mən onu güclü futbolçu kimi də görməmişəm. "Neftçi"nin uşaq futbol komandasını inkişaf etdirsələr, yerli oyunçuları əsas komandaya qədər yüksəltsələr, buna çox sevinərəm. Əsas komandada 9 yerli oyunçu olsun, iki legioner də problem deyil.

- Yerli futbolçuların stabil oynamaqla bağlı problemi daha da çoxalıb. Çünki Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edilib...

- Xeyr, limit olmalıdır. Limit olmasa, azərbaycanlı futbolçular nə vaxt oynayacaq? Legioner gəlib pul qazanır, vəssalam. Biz millidə oynayanda iki legionerimiz var idi - Narvik Sırxayev və Deni Qaysumov, digərləri özümüz idik. Qurban Qurbanov, Dmitri Kramarenko Rusiyada, mən Özbəkistanda oynayırdım. Bizim uşaqlar harada oynayır? O vaxtı Estoniya ilə oyundan sonra İngiltərə klubuna keçə bilərdim. Mən tək deyildim, mənimlə yanaşı Hüseyn Məhəmmədov, Vidadi Rzayev, Vyaçeslav Lıçkini İngiltərə klubu istəyirdi. “Şeffild Vensdey"ə keçə bilərdik. Bir tanınmış xarici futbol adamı var idi, hamımızı İngiltərə klubuna aparırdı. Lakin Fuad Musayev bizi buraxmadı. Vidadi Rzayev “Turan Tovuz”da oynayanda ona ABŞ klubundan rəsmi təklif gəlmişdi. Amma bizi buraxmamışdılar. Çox heyf. Hər halda, həyatdır da.

- Rusiyada oynayan, əslən azərbaycanlı oyunçular təəssüf ki, Azərbaycan millisinə ikinci variant kimi baxır. AFFA-dan təklif gəlsə də, gözlədirlər ki, Rusiya yığmasından dəvət gəlməyəcəyi təqdirdə, millimizə gəlsinlər. Amma Qafqazın digər ölkələrində fərqlidir.

- Mən onların yerinə olsam, Rusiyada hansı klubda oynasam belə, dərhal gələrdim Azərbaycan yığmasına. Məsələn, Gürcüstan yığması ilə məsələ fərqlidir. Onlar dərhal öz yığmalarına gedirlər.

- Qurban Qurbanovun məşqçi olaraq, bu səviyyəyə gəlib çatmasının əsas sirri nədədir?

- Öz üzərində işləməsi. İnsan gərək daim öz üzərində işləsin. Qurban Qurbanov futbolçuları ilə birlikdir. Yaxşı söz var, deyirlər ki, gərək sən komandanı özündə görəsən, özünü komandada yox. Qurbanda bunlar var, futbolçularla kommunikasiyası əladır, halalçılıq var. İnanıram ki, daha da yuxarılara gedəcəklər.

- Azərbaycan millisinin durumunu necə dəyərləndirirsən?

- Ayxan Abbasov yaxşı oğlandır, oynayanda da səliqəli, normal insan idi. Amma burada məsələ baş məşqçi ilə bağlı deyil, burada sistem olmalıdır. Özbəkistan dünya çempionatına elə-belə çıxmadı. Millidə legionerlər oynamamalıdır. Bizdə istedadlı uşaqlarımız var, onlar oynamalıdır. Bilirsiz, bizim futbolda mənim xətrimə, onun xətrinə mövzuları olmamalıdır. Bax, mənim xətrimə, onun xətrinə mövzularına görə futbolumuz bu durumdadır. O vaxtı “Olimpik”də kapitan idim, o zəng edirdi ki, bu futbolçunu denən də, o futbolçunu denən də, 100 zəng gəlirdi. Sonda nömrəmi dəyişdim. Bilirsiz, biz çox varlı dövlətik, resurslarımız var. Hər halda, futbolumuza diqqət də var. Fikirmcə, hər şey daha yaxşı olmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:630
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Dekabr 2025 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri