Icma.az
close
up
RU
Yeni tikilən binalar, nişanlar, butulka effektli yollar QƏZALARIN SƏBƏBLƏRİ AÇIQLANDI (FOTO)

Yeni tikilən binalar, nişanlar, butulka effektli yollar QƏZALARIN SƏBƏBLƏRİ AÇIQLANDI (FOTO)

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Paytaxtın bəzi küçələrində hərəkətin təşkili düzgün qurulmadığı üçün sürücüləri çaş-baş salan yol nişanları vaxtaşırı qəzalara səbəb olur.
Avtosfer.az xəbər verir ki, Cəfər Xəndan küçəsi və Azadlıq prospektinin kəsişməsində “stop-xətt” və torlar quraşdırılıb ki, bu da sürücülərin “Varovski” dairəsinə və 6-cı mikrorayona irəliləməsi zamanı müxtəlif qayda pozuntuları törətməsinə səbəb olur. Bəzən bu ərazidə toqquşmalar, eləcə də avtomobillərin aşması halları baş verir.
Sürücülər belə hallarda qəzadan və avtomobilin aşmasından yayınmaq üçün nə etməlidirlər? Aidiyyəti qurumların üzərinə hansı məsuliyyət düşür?
Mövzu ilə bağlı Qəzalar əleyhinə kursların məşqçisi Aqil Rəhimov saytımıza açıqlamasında bildirib ki, son illər yol strukturu sahəsində böyük işlər görülməsinə baxmayaraq, hələ də ciddi problemlər qalmaqdadır:


“Bunlardan biri də avtobus zolaqlarının çəkilməsi ilə əlaqədar müəyyən çətinliklər yaranmasıdır. Məsələn, bəzi yerlərdə avtobus zolağına daxil olmaq üçün qırıq xətt çəkilməyib. Nəticədə, sürücülər avtobus zolağına yox, ikinci zolağa dönməyə məcbur olurlar. Bu isə təhlükəlidir. Məsələn, Heydər Əliyev Sarayının yanındakı küçədə yuxarıdan aşağı enərkən, svetofordan sağa dönmək üçün ikinci zolağa keçmək lazımdır. Sonra yenidən digər svetofora çatırsan, köhnə “Təzə Bazar” istiqamətinə dönmək üçün yenə də ikinci zolaqdan istifadə edirsən. Çünki qırıq xətt yoxdur.
Yaxşı olardı ki, avtobus zolaqlarında qırıq xətlər olsun və sürücülər əvvəlcə avtobus zolağına daxil olub, sonra sola dönmə işığını verərək ikinci zolağa keçə bilsinlər. Bundan başqa, bəzi avtobus zolaqları həddindən artıq enli çəkilib. Məsələn, Azadlıq prospektində ABŞ səfirliyinin yaxınlığında ikizolaqlı avtobus zolağı var. Bu isə digər avtomobillərin kəskin sola manevr edərək qəzalara səbəb olmasına yol açır”.
Aqil Rəhimov onu da qeyd edib ki, digər bir problem yol nişanlarının ağacların arxasında qalmasıdır:“Aidiyyəti qurumlar bu məsələyə diqqət yetirməlidirlər. Ağaclar “stop”, “baş yol”, “yolver” kimi vacib nişanların qarşısını kəsir. Yol xətlənməsi də çox vaxt pozulur. Keyfiyyətli boyalardan istifadə olunmalıdır ki, cizgilər tez itməsin. Bəzi yerlərdə piyada keçidləri pozulub, sürücülər onları görə bilmir.
Həmçinin, bəzən piyada keçidi nişanı qoyulur, lakin yerə zolaq çəkilmir. Bu çox təhlükəlidir. Çünki həmin nişan ya ağacların arxasında qalır, ya da gecələr görünmür. Sürücülər əsasən yerdəki zolaqlara əsasən reaksiya verirlər. Ona görə də harada nişan varsa, orada mütləq piyada keçidi və zebr zolaqları da çəkilməlidir.

Digər bir məsələ isə tıxaclardır. Bəzi yollar “butulka effekti” yaradır. Məsələn, Ziya Bünyadov prospektində 5-6 zolaq irəliləyir, lakin körpüyə çatanda bu zolaqlar 2 və ya 3 zolağa düşür. Bu isə tıxacların yaranmasına səbəb olur. Bu, artıq qurulmuş infrastruktur olduğundan dəyişdirilməsi çətindir. Amma gələcəkdə belə halların qarşısını almaq üçün layihələrdə yolun başlanğıcından sonuna qədər eyni sayda zolaq saxlanılması vacibdir”.
Mütəxəssis şəhərdə yeni çoxmərtəbəli binaların tikildiyini, lakin yolların genişləndirilməsinin nəzərə alınmadığını da vurğulayıb:
“İki mərtəbəli binaların yerində indi hündür mərtəbəli binalar tikilir – məsələn, Bəşir Səfəroğlu küçəsində və ona paralel küçələrdə. Bu da gələcəkdə tıxacların yaranmasına səbəb olacaq. Tikinti zamanı bu amillər nəzərə alınmalı, yeni binalarla yanaşı, yollar da genişləndirilməlidir”.

Qeyd: Bu material Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İnkişaf Birliyi tərəfindən həyata keçirilən “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində hazırlanmışdır. Materialda qeyd edilən fikir və mülahizələr Agentliyin rəsmi mövqeyini əks etdirmir.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyun 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri