Icma.az
close
up
RU
Yeni tikililərdə görünməz təhlükə İnsanlar bir birindən qaçır

Yeni tikililərdə görünməz təhlükə İnsanlar bir birindən qaçır

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəhərləşmə prosesi sürətləndikcə böyük şəhərlərdə insanların həyat tərzi də köklü şəkildə dəyişir. Meqapolislərdə artan sıxlıq, çoxmərtəbəli yaşayış binaları və daimi köç prosesi insanlar arasında təbii ünsiyyətini zəiflədir. Nəticədə əvvəllər cəmiyyətin əsas sosial dayaqlarından biri olan qonşuluq münasibətləri tədricən formal xarakter alır və bir çox hallarda tamamilə yoxa çıxır. Bu vəziyyət isə insanların eyni məkanda yaşayıb, lakin bir-birinə yad qalması kimi yeni sosial reallıq yaradır və bir sıra ciddi sosial nəticələr doğurur.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, şəhərləşmə tendensiyası bir çox sosial institutları zəiflədib:
"Onlardan biri də qonşuluq münasibətləridir. Qonşuluq münasibətləri əsas sosial institutlardan biridir və tarix boyu insanlar min illərdir bu formada yaşayıblar. Möhkəm qonşuluq əlaqələri olub, qarşılıqlı yardım, dəstək, xeyirdə və şərdə bir birinə kömək etmək, müxtəlif məsələləri birgə həll etmək kimi ənənələr formalaşıb.
Lakin bu ənənələr tədricən zəifləyir. Çoxmərtəbəli binalarda qonşular bir birini tanımır, hətta bəzi hallarda eyni mərtəbədə yaşayanlar belə bir birini tanımır və salamlaşmırlar. Bu proses insanların fərdiləşməsinin artması, ünsiyyətin azalması və sosial təcridin güclənməsi ilə bağlıdır. Nəticədə elə hallar yaranır ki, bir insanın evdə dünyasını dəyişdiyi uzun müddət bilinmir, nə qonşuların, nə də yaxın ətrafın xəbəri olur".
Ekspert deyib ki, bu tendensiya təkcə bir ölkəyə aid deyil, qlobal xarakter daşıyır:
"Bəzi ölkələrdə ənənəvi dəyərlər daha çox qorunub saxlanır, xüsusilə azmərtəbəli və köhnə binalarda qonşuluq münasibətləri hələ də mövcuddur. Amma yeni tikililərdə və hündürmərtəbəli binalarda bu əlaqələr daha çox zəifləyib.
Buna təsir edən amillərdən biri də insanların tez tez köçməsi və yaşayış yerlərini dəyişməsidir. Daha sərfəli mənzil tapdıqda insanlar evlərini satıb başqa ərazilərə köçürlər. Nəticədə eyni binada uzun müddət sabit qonşuluq formalaşmır. Bir neçə aydan sonra eyni evdə başqa insanlar yaşayır və sosial əlaqələr yaranmadan itir.
Bu vəziyyət insanların bir birinə güvəninin azalmasına və sosial bağların zəifləməsinə gətirib çıxarır. Halbuki bir çox cəmiyyətlərdə, xüsusilə bizim milli dəyərlər sistemində, qonşuluq münasibətləri həmişə mühüm yer tutub. Son onilliklərdə isə bu ənənə zəifləməyə başlayıb".
Ekspertin sözlərinə görə, bəzi müasir yaşayış komplekslərində insanlar arasında ünsiyyətin minimuma endirilməsi də müşahidə olunur:
"Hətta elə sistemlər qurulur ki, insanların təsadüfi qarşılaşmaları belə azalır. Bu isə sosial əlaqələrin daha da zəifləməsinə səbəb olur.Nəticədə cəmiyyətdə yadlaşma artır, ünsiyyət azalır və insanlar daha çox təcrid olunmuş şəkildə yaşayırlar. Bu, müsbət tendensiya deyil. Ona görə də insanlar yaşadıqları mühitdə qonşuluq münasibətlərini qorumağa çalışmalı, bir birini tanımalı və çətin günlərdə dəstək göstərməlidirlər. Əvvəllər yas və digər mərasimlərdə qonşuların bir yerdə toplaşması, kömək etməsi adi hal idi. İndi isə bu ənənə bir çox yerlərdə zəifləyib. Bu səbəbdən insanlar daha çox tək qalır və sosial dəstək mexanizmləri zəifləyir.
Bu dəyişikliklər milli və mənəvi dəyərlərin zəifləməsi kimi qiymətləndirilir. Ona görə də müasirlik adı altında formalaşan bu dəyişikliklərə tənqidi yanaşmaq və ənənəvi sosial dəyərləri qorumaq vacibdir. Qonşuluq münasibətləri də bu dəyərlərin əsas hissəsidir və onların qorunması cəmiyyətin sosial sağlamlığı üçün əhəmiyyətlidir",- deyə sosioloq qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 May 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri