Icma.az
close
up
RU
Yeni transfer: “Qorxularım var idi, amma…” (MÜSAHİBƏ)

Yeni transfer: “Qorxularım var idi, amma…” (MÜSAHİBƏ)

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni mövsümə hazırlığını davam etdirən “Sumqayıt”da transfer çalışmaları da davam edir. “Kimyaçılar”ın yeni transferləri arasında portuqaliylı Pedro Pinto da var. Son klubu Anqolanın “Petro Luanda” komandası olan mərkəz müdafiəçisi “kimyaçılar”la 1 illik müqavilə imzalayıb.

Pedro ilə “Sumqayıt”a keçidi, Azərbaycan futbolu və hədəfləri haqda söhbətləşdik:

– “Sumqayıt”a keçidiniz necə alındı?
– Təklifi alanda yaxşı layihə olduğunu gördüm və bu, məni motivasiya etdi. Düzdür, qorxularım var idi, amma bir neçə həftə düşünəndən sonra təklifi qəbul etdim. Burda məni çox yaxşı qarşıladılar. Yaxşı, mehriban kollektiv var və hər kəs uyğunlaşmağıma kömək etməyə çalışır.

– Qorxularınız nə ilə bağlı idi?
– Azərbaycan futbolu haqda çox məlumatım yox idi. Bura gəlmiş dostlarımla danışdım və yaxşı sözlər dedilər. “Sumqayıt” haqda da məlumatım az idi, adını eşitmişdim, amma klubda nə ilə qarşılaşacağımı bilmirdim. Lakin bir az araşdırdıqdan sonra bildim ki, yaxşı klubdur.

– Uzun müddət Portuqaliyada oynadıqdan sonra son dörd ili Anqolada keçirdiniz. İndi isə Azərbaycandasınız. Portuqaliyadan Anqolaya, oradan da Azərbaycana gəlmək sizin karyeranızda irəliləyişdir, yoxsa geri addım?
– Bundan öncə oynadığım ölkələr fərqlidir – biri çox inkişaf edib, biri o qədər də yox. Anqolada komandam çempionluq uğrunda mübarizə aparırdı. Portuqaliyada isə elə deyildi. Ümumiyyətlə, komanda seçimində hər zaman özümün daha rahat olacağım bir yeri üstün tuturam. Mənim üçün vacib amil budur. İndi “Sumqayıt”dayam və komanda üçün əlimdən gələni edəcəyəm. Bir müddət sonra düzgün qərar verdiyimi başa düşəcəm. Hədəflərim var və ona çatmaq üçün burdayam.

– Azərbaycan Premyer Liqası məqsədlərinizə çatmaq üçün nə dərəcə kömək olacaq?
– Çempionatınız hər il inkişaf edir, getdikcə diqqət çəkir. Premyer Liqa futbolçuların yeni imkanlar axtardığı yerdir. Komandalarınız avrokuboklarda iştirak edir və bu, keyfiyyətdən, yaxşı şəraitdən xəbər verir.

– Yeni mövsümə az qalıb. Hazırlıq prosesiniz necə gedir?
– Yaxşıdır. Az qol vursaq da, ilk növbədə qapımızı toxunulmaz saxlayırıq. Yeni futbolçular uyğunlaşma mərhələsindədir. Komandamızda gənc oyunçular da var və onlarla birgə çalışırıq. Yavaş-yavaş inkişaf edir, məşqçimizin fəlsəfəsini anlamağa çalışırıq. Yaxşı mövsüm keçirmək üçün potensialımız var.

– Rəhbərliklə söhbət olubmu? Komandanın hədəfləri nələr olacaq?
– Məqsəd ən yaxşısını etmək, turnir cədvəlinin yuxarı sıralarında olmaqdır. Bunun üçün mübarizə aparacağıq. Gözləntimiz yaxşı yerlərdə olmaqdır. Fərdi hədəfim isə bacardığım qədər çox oyunda iştirak etmək və komandaya kömək olmaqdır.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 07 Avqust 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri