Yeni transferlərdn kim daha çox klubuna xeyir verib?
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yay transfer dönəmində Azərbaycan klublarına keçən və Misli Premyer Liqasında komandalarına daha çox xeyir verən futbolçular müəyyənləşib. Sport24.az araşdırma apararaq ilk "5-liy"i tərtib edib.
Siyahının ilk pilləsində "Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos qərarlaşıb. Braziliyalı hücumçu çempionatda meydana çıxdığı 25 matçda 9 qola imza atıb.
Mövsümün əvvəlində "Zirə"yə qayıdan Davit Volkovin (25 oyun) və "Sabah"a dönən Coy Lens Mikelsin (22 oyun) aktivində 8 qol var. Gürcüstanlı hücumçu 5, almaniyalı forvard isə 2 məhsuldar ötürmə ilə yadda qalıb.
2024-cü ilin yayında "Sabah"la müqavilə imzalayan Pavol Safranko (25 oyun, 7 qol) dördüncü, "Şamaxı"dan Brahim Konate (23 oyun, 6 qol) beşinci pilədə qərarlaşıb.

