Icma.az
close
up
RU
Azərbaycan muzeylərini hansı yeniliklər gözləyir?

Azərbaycan muzeylərini hansı yeniliklər gözləyir?

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan muzeylərində virtual (VR) və artırılmış reallıq (AR), 360 dərəcəlik turlar, eləcə də süni intellekt texnologiyalarının tətbiqi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaxın illərdə müasir rəqəmsal həllərin muzey, qalereya və sərgilərdə mədəni irsin təqdimatı imkanlarının genişləndirilməsi və ziyarətçilər üçün yeni təcrübənin yaradılması məqsədilə istifadəsi planlaşdırılır. Bunun üçün beynəlxalq təcrübə öyrənilir, müvafiq texnologiyaların tətbiqi mexanizmləri hazırlanır və zəruri texniki infrastruktur formalaşdırılır.

“Eyni zamanda, muzey fondlarının rəqəmsallaşdırılması davam etdirilir. “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində eksponatların rəqəmsallaşdırılması, onlar haqqında məlumatların sistemləşdirilməsi və vahid informasiya resursunda birləşdirilməsi istiqamətində iş aparılır. Muzey, qalereya və sərgilərdəki eksponatların QR kodlarla təchiz edilməsi də nəzərdə tutulur.

Vahid Mədəniyyət Reyestrinə daxil edilən “Milli mədəniyyət əmlakının Dövlət Siyahısı” çərçivəsində Azərbaycan Dövlət Rəsm Qalereyasının 12 498, Milli İncəsənət Muzeyinin isə 17 053 eksponatı artıq rəqəmsal formata keçirilib.

Növbəti mərhələdə muzeylərin rəqəmsal məlumat bazalarının genişləndirilməsi, informasiya resurslarının inteqrasiyası və məlumatlara əsaslanan idarəetmə modelinin tətbiqi planlaşdırılır. Həmçinin analitik alətlərdən istifadə və Vahid Mədəniyyət Reyestrinin daha da inkişaf etdirilməsi nəzərdə tutulur”,-deyə məlumatda qeyd olunub.

Nazirliyin məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə yaradılan və bərpa olunan muzeylər də ayrıca istiqamət təşkil edir. Burada da QR kodlardan və eksponatlar haqqında məlumatların Vahid Mədəniyyət Reyestrinə inteqrasiyasından tutmuş, virtual reallıq və 360 dərəcəlik virtual turlara qədər müasir rəqəmsal həllərin tətbiqi planlaşdırılır.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin sənədləşdirilməsi üçün artıq rəqəmsal texnologiyalardan istifadə olunur. Xüsusilə GIS, LiDAR, pilotsuz uçuş aparatları, fotogrammetriya və 3D modelləşdirmə texnologiyalarından tətbiq edilir. Bu texnologiyalar mədəni irs obyektlərinin dəqiq rəqəmsal modellərinin yaradılmasına, onların monitorinqinin və sənədləşdirilməsinin aparılmasına, həmçinin əldə olunan məlumatlardan bərpa işlərinin planlaşdırılması zamanı istifadəyə imkan verir.

Beləliklə, Azərbaycanda muzey sahəsinin rəqəmsal transformasiyası yalnız eksponatlar haqqında məlumatların elektron formata keçirilməsini deyil, həm də mədəni irsin ziyarətçilərə yeni formada təqdim edilməsinə və rəqəmsal şəkildə qorunmasına imkan verəcək texnologiyaların tətbiqini nəzərdə tutur.

Müxbir – Lalə Minasazova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Avqust 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri