Icma.az
close
up
RU
Yəqin ki, hazırkı performansım Santuşu qane etmir, milliyə dəvət edilmək üçün daha yaxşı olmalıyam MÜSAHİBƏ

Yəqin ki, hazırkı performansım Santuşu qane etmir, milliyə dəvət edilmək üçün daha yaxşı olmalıyam MÜSAHİBƏ

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Sumqayıt"ın kapitanı Elvin Bədəlov Sportal.az saytına müsahibə verib.

- "Sumqayıt" "Turan Tovuz"la görüşdə qələbə qazanmağı bacardı. Necə alındı ki, səfərdə iddialı rəqibi məğlub etdiniz?

- Əlbəttə ki, çətin səfər olacağını yaxşı başa düşürdük. Amma bu oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi də düzgün analiz etdik. Sonda da qələbə qazanmağı bacardıq. Futbolçularımızın hamısı yaxşı mübarizə apardı. Vacib üç xalı əldə edə bildik.

- Vaqif Cavadov və futbolçular da bildirirdi ki, hazırkı vəziyyətdən çıxmaq üçün sizə bir qələbə lazımdır. "Kəpəz"i məğlub etdikdən sonra "Turan Tovuz"a da qalib gəldiniz. Demək olar ki, "qara zolaq"dan çıxdınız?

Əlbəttə ki, uğursuz seriyaya düşəndə, komandaya yeni nəfəs üçün bir qələbə lazımdır. Onu da bacardıq. Sonradan da özgüvən artdı. Bu da "Turan Tovuz"la görüşdə bizə kömək oldu. Sevindirici hal odu ki, "qara zolaq"dan çıxa bildik.

- "Turan Tovuz"la görüşdə ilk qolun vurulmasında iştirak etdin, asistlə yadda qaldın. Həmin epizodu necə şərh edərdin?

- Yaxşı gedişatlı kombinasiya idi. Top isə məndə olanda bizim iki oyunçumuz boş zonaya yaxşı açıldı. Onlardan birinə topu çatdırmaq lazım idi. Mən də bunu etdim, bəli, yaxşı alındı.  

- "Sumqayıt" bu tempi əldə etdiyi vaxtda fasilənin baş tutması sizin üçün yersiz oldu? Çünki komanda iki tur idi qalib gəlirdi...

- Əslində, istirahət bizə də lazım idi. Çünki çətin perioddan keçdik. Bu pauza bizim xeyrimizə olacaq, inanıram. Dördüncü dövrəyə yaxşı hazırlaşmaq üçün vaxtımız olacaq.

- "Sumqayıt" hazırda turnir cədvəlində 7-ci pillədədir və 28 xala malikdir. Hazırkı durumunuzdan, turnir cədvəlindəki mövqeyinizdən razısınız?

- Əlbəttə ki, bu pillə bizi qane etmir. Amma bu mövsümün reallığı budur. Bununla da barışmalıyıq. Məqsədimiz mövsümün sonuna kimi maksimum xal toplamaqdır. Necə alınacağına isə baxacağıq.

- Millidən söz düşmüşkən, Fernandu Santuşdan yığma komanda üçün dəvət gözləyirdin? Səncə, nəyə görə milliyə dəvət edilmədin?

- Hər toplanış olanda hər bir futbolçu millidən dəvət gözləyir. Mən də həmçinin. Amma yəqin ki, hazırkı performansım Fernandu Santuşu qane etmir. Ona görə də daha yaxşı olmalıyam ki, milliyə dəvət edilim.

- Necə düşünürsən, "Sumqayıt" artıq Premyer Liqadakı yerini möhkəmləndirdi? Yəni artıq yüksək liqadan düşmək təhlükə sizin üçün keçdi?

- Düzdür, sonuncu pillədəki komanda ilə xal fərqimizi bir qədər də artırdıq. Amma rahatlaşmaq olmaz. Xallar yığmaq lazımdır. Biz o vəziyyətdə deyilik ki, rahatlaşaq. Növbəti turlarda da uğurlu nəticələrimizə davam etmək istəyirik. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

- Bir də, yeni sezondan legioner limitinin ləğv edilməsi ilə bağlı mövqeyin necədir?

- Mənə görə limit yerlilərə zərər verməyəcək. Çünki bizim oyunçular futbol oynamağı bacarır. Bəlkə də bu qərar bizə daha da motivasiya olacaq. Heç bir legionerdən zəif deyilik. Qərarı verən bu suala daha yaxşı cavab verə bilər. Bizim işimiz meydanda oynamaqdır. Qərar verilib, artıq doğru və ya səhv olmasını zaman göstərəcək.

"Qarabağ"ın səni istədiyi iddia olunurdu. Bu məsələ reallaşa bilər?

- "Qarabağ" məsələsi gündəmdə deyil. Mövsümün sonunda müqaviləm bitəcək. Onda transfer məsələlərinə qayıda bilərik.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sportal.az
archiveBu xəbər 18 Mart 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri