“Yəqin ki, hesab başqa məqsədlə oğurlanıb” Futzal Federasiyası “Feysbuk”a məktub yazıb
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Azərbaycan Futzal Federasiyasının “feysbuk” hesabı oğurlanıb. Hazırda səhifənin bərpası istiqamətində işlər görülür.
Bəs hadisə nə vaxt baş verib? Bununla bağlı əlavə tədbirlər görülürmü? Bəlkə federasiyanın başqa hesabları da təhlükə altındadı?
Bu suallarla qurumun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Bəli, təəssüf ki, dünən səhifəmiz oğurlanıb. Artıq məsələylə bağlı “Feysbuk”a məktub ünvanlamışıq. Müraciətimiz icraata götürülüb. Cavab verilib ki, müvafiq araşdırmadan sonra lazım olan işlər görüləcək. Hesabın bizə nə vaxt qaytarılmasının mümkün olacağı haqda bilgi yoxdu. Prosesin uzun çəkib-çəkməyəcəyi bilinmir. Məsələ ilə bağlı hansısa qərəz hiss etmirik. Buna baxmayaraq, digər hesablarımızda təhlükəsizlik tədbirlərini gücləndirmişik. Yəqin ki, hesab başqa məqsədlə oğurlanıb. Sırf federasiyanı təhdid edəcək hansısa addım atılsaydı, fərqli paylaşımlar da edilərdi. Sadəcə, profildəki şəkil dəyişdirilib”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 26 Dekabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















