Icma.az
close
up
RU
Yeqor Xvalko: “Kəpəz”ə 3 ilimi vermişəm”

Yeqor Xvalko: “Kəpəz”ə 3 ilimi vermişəm”

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Kəpəz"in yola saldığı oyunçulardan biri də kapitan Yeqor Xvalkodur.

Belaruslu futbolçunun klubsuz qalması çox çəkmədi. Müdafiəçi Qazaxıstan "Tobol"una keçdi.

İdman.biz xəbər verir ki, "aarı-göylər"in sabiq kapitanı Postsovet təmsilçisində legioner həyatı yaşaması və başqa variantlarının olub-olmaması barədə Sport1.az-a danışıb.

Xvalko "Kəpəz"dən ayrılandan sonra bir müddət vətənində istirahət edərək təklifləri nəzərdən keçirib: "Dəvətlər arasında ən cəlbedici və qətisi “Tobol”dan oldu. Onlar məni birbaşa müqaviləyə bağlamağa çağırdılar. Verdiyim qərardan məmnunam. Hazırda "Tobol" turnir cədvəlində ilk "3-lük"də yer alır. Bir şey dəqiqdir ki, yeni komandamla cempionatda qalmaq yox, daha böyük hədəflər ugrunda döyüşəcəyik. Bu mənim də karyeramda yeni səhifə və inkişaf deməkdir".

Futbolçu Azərbaycan klublarından təklif alıb-almaması barədə danışıb: "Kəpəz"dən ayrıldıqdan sonra Premyer Liqa təmsilçilərindən təkliflər gözlədim. Onsuz da məqsədim legioner həyatımı davam etdirmək idi. Azərbaycan futbol oynamaq üçün əlverişlidir. Amma təklif gəlmədi”.

Xvalko Azərbaycan və Qazaxıstan Premyer Liqalarını müqayisə etmək istəməyib: “Bu barədə hələlik nəsə deməyim çox tezdir. Çünki "Tobol"un heyətində az oyun keçirmişəm. “Kəpəz”ə isə 3 ilimi vermişəm. Ona görə də çempionatları müqayisə etməyin doğru zamanı olmadığını düşünürəm”.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Avqust 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see666

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see361

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see218

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see194

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see187

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see171

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see171

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see170

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see168

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see167

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see165

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see164

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri