Icma.az
close
up
RU
Yer üzünün cəhənnəminə qarşı mübarizə aparmaq hamının borcudur...

Yer üzünün cəhənnəminə qarşı mübarizə aparmaq hamının borcudur...

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının təşkilatçılığı sayəsində baş tutan tədbiri açan icra başçısının birinci müavini, Rayon Komissiyasının sədri Tohid Hüseynov çıxış edib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” barədə ətraflı məlumat verib. Natiq bildirib ki, proqramın əsas məqsədi narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatın genişləndirilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və narkomaniyadan əziyyət çəkən şəxslərin müalicə edilərək sağlam həyata qaytarılmasının təmin olunmasıdır. Ötən əsrin ortalarından etibarən narkomaniya müxtəlif xalqların genofonduna ciddi zərbə vuran, qarşısıalınmaz təhlükəyə, ümumbəşəri bəlaya çevrilmişdir. Azərbaycan dövləti bu ümumbəşəri problemin qarşısının alınması məqsədilə ardıcıl tədbirlər həyata keçirir, beynəlxalq təşkilatlar və dünya ölkələri ilə birgə mübarizə aparır.
“ Cəmiyyət həyatının bütün sahələrində əldə olunan nailiyyətlərlə yanaşı, insanların sosial, iqtisadi və mənəvi dəyərlərinə ciddi zərbə vuran narkomaniya və narkobiznes problemi xüsusi narahatlıq doğurur”- deyən Masallı Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi, Rayon Komissiyasının katibi Azər Bəhmənov daha sonra vurğulayıb ki, Dövlət Proqramına uyğun olaraq 2026-cı il ərzində Rayon Komissiyası tərəfindən aidiyyəti qurumlarla birlikdə bir sıra tədbirlər həyata keçirilib. “Narkomaniya yer üzünün cəhənnəmidir” adlı sənədli filmlər, marixuana və psixotrop maddələr haqqında bukletlər və digər maarifləndirici materiallar təhsil müəssisələrinə, idman və gənclər təşkilatlarına təqdim olunmuş, məktəbli və gənclər vaxtaşırı narkotik vasitələrin insan sağlamlığına, cəmiyyətə vurduğu zərərlər barədə məlumatlandırılır.
Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru İxtiyar Talıbov çıxışında deyib:- Rayon polis şöbəsi tərəfindən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə aparılır. Cari ilin ötən dövrü ərzində qanunsuz dövriyyədən ümumilikdə 63 kiloqram narkotik vasitə götürülüb. Narkomaniyanın qarşısını almaq üçün hamı fəal olmalıdır. Natiq, həmçinin yetkinlik yaşına çatmayan şəxslər arasında narkotiklərlə bağlı hüquqpozmalara qarşı profilaktik tədbirlərin gücləndirildiyini, bu istiqamətdə yerli icra hakimiyyəti orqanları, təhsil müəssisələri, əmək kollektivləri və aidiyyəti komissiyalar arasında əməkdaşlığın genişləndirildiyini diqqətə çatdırıb.
Masallı Rayon Təhsil Sektorunun müdiri Elman Rzayev öz çıxışında qeyd edib ki, təhsil müəssisələri uşaqların, yeniyetmələrin və gənclərin maariflənməsində, şəxsiyyətlərinin formalaşmasında və sağlam həyat tərzinin təbliğində mühüm rol oynayır. Buna görə də ümumtəhsil müəssisələrində narkomaniyaya qarşı mübarizə üsulları, narkotik vasitələrdən istifadənin qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər ardıcıl şəkildə həyata keçirilir. 2026-cı ilin ötən dövrü ərzində təhsilalanlara narkomaniyanın, eləcə digər zərərli vərdişlərin fəsadları barədə, onları neqativ hallardan çəkindirmək, məktəblilərin təhsilə, elmə və idmana marağını artırmaq məqsədilə keçirilən müxtəlif tədbirlərdə hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, qeyri-hökumət təşkilatlarının rəhbərləri tərəfindən ətraflı məlumat verilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Avqust 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri