Icma.az
close
up
RU
Yerli valyutaya etimad istənilən səviyyədə deyil, hərraclarda xarici valyuta tələbi hələ də yüksəkdir

Yerli valyutaya etimad istənilən səviyyədə deyil, hərraclarda xarici valyuta tələbi hələ də yüksəkdir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Valyuta satışının həcminin böyüməsi ikili hisslər yaradır. Bir tərəfdən bunu iqtisadi fəallığın artması kimi qiymətləndirmək olar. Ölkə hələ də böyük layihələri üzərinə götürməkdən çəkinmir. Digər tərəfdən cəmiyyətdəki təşviş xoş görünmür. Yerli valyutaya etimad istənilən səviyyədə deyil. Hələ də xarici valyutalara böyük maraq var.

Bizimyol.info xəbər verir ki, hərraclarda valyuta tələbi hələ də yüksəkdir. Yanvarın 9-da Mərkəzi Bankın təşkil etdiyi növbəti valyuta hərracında 72,6 milyon satılıb. Bank tələbin tam ödəndiyini açıqlayıb. Yanvarın 7-də də təxminən belə mənzərə olmuşdu. Onda daha çox valyuta satımışdı (73,5 milyon dollar). Yəni ilə böyük valyuta tələbi ilə başlamışıq. Bu gedişlə ay ərzində rekord məbləğdə valyuta satıla bilər.

Keçən il bu mənada sabit keçməmişdi. Hələ fevralda devalvasiya ehtimalı ilə bağlı şayiə yayılmışdı. Burada bankların rolunu xüsusi qeyd etmək lazımdır. Çünki birdən-birə “ağ dollar”ların qəbulu dayandırılmışdı. Bu halda cəmiyyətdə belə fikir yaranmışdı ki, devalvasiyaya hazırlıq görülür.

Yazdan başlayaraq, hərraclarda fəallıq artıb. 2024-cü il ərzində 7,1 milyard dollardan çox satış qeydə alınıb. Təkcə dekabrda satış həcmi 565 milyon dollar olub. 2023-cü illə müqayisədə tələbatın 85 faiz artdığı ortadadır. Belə görünür ki, 2025-ci ildə də bu istiqamətdə yalnız artım görəcəyik.

Bu rəqəmlərə görə çox narahat olmaya da bilərik. Amma Mərkəzi Bankın valyuta ehtiyatlarının sürətlə əriməsi yaxşı xəbər deyil. Bank istər-istəməz bazara müdaxilə etməli olur. Çünki başqa cür manatın dəyərini qorumaq olmur. Son günlər elan olunan qiymət artımlarından sonra əhali növbəti zərbəyə hazır deyil. Manatın devalvasiyası inanılmaz bəd xəbər olardı. Hərçənd, cəmiyyət özünü buna hazırlayıb. Hətta ekspert olmayanlar da bilir ki, əvvəl-axır devalvasiya rəsmiləşəcək.

Beynəlxalq fondlar aprelə qədər manatın dəyər itirməsini gözləmirlər. Təki dəyişiklik mümkün qədər gec baş versin və ən əsası əhalini sarsıdacaq səviyyədə olmasın.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Yanvar 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri