Icma.az
close
up
RU
Yevlaxın icra başçısından nümunəvi addım Şəhidlik zirvəsinə ehtiramın yüksək göstəricisi

Yevlaxın icra başçısından nümunəvi addım Şəhidlik zirvəsinə ehtiramın yüksək göstəricisi

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yevlaxda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və bu günlərdə şəxsiyyəti müəyyən edilmiş şəhid Məmmədov Tərlan Fikrət oğlunun dəfn mərasimi keçirilib. Mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayonun deputatları, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər ictimaiyyəti, şəhid ailələri və qazilər iştirak ediblər.

Qeyd edim ki, Şəhid Tərlan Məmmədov 1975-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olub, Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edərək, 1994-cü il yanvar ayının 10-da itkin düşüb.

Şəhidimizin dəfn mərasimi böyük izdihamla həyata keçirilib. Əslində dəfndə diqqətimi çəkən əsas məqam Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin şəhid anasına qarşı göstərdiyi səmimi və qəlbdən gələn münasibəti idi. Öz fəaliyyətində cənab prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutan Anar Tağıyev ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının Yevlaxda əsaslı şəkildə hiss olunmasını təmin edən əsas şəxsdir.

Şəhər rəhbəri dəfn mərasimində şəhid anasının əllərindən öpərək şəhidlik zirvəsinə öz hörmət və ehtiramını çatdırıb və ona təsəlli verməyə çalışıb.

Gördüklərim məni həm kövrəltdi, həm də qürurlandırdı. Ona görə kövrəldim ki, illərdir öz itkin, şəhid övladının yolunu gözləyən ananın gözlərindəki həsrəti, qəm və qüssəni gördüm, hiss etdim.

Ona görə qürurlandım ki, cənab prezidentin doğma Yevlaxımızdakı nümayəndəsinin, sözcüsünün - Anar Tağıyevin şəhid anasına qarşı bir övlad kimi davrandığının, onu sevib əzizləməsinin şahidi oldum.

Bu mənzərə hər bir məmur üçün nümunədir. Onlar da öz fəaliyyətlərində Yevlaxın icra başçısı Anar Tağıyev kimi nümunəvi addımları ilə rəhbərlik etdikləri rayonlarda, idarə, təşkilat və müəssisələrdə məmur-vətəndaş münasibətlərinin inkişafına töhfə verməyə çalışmalıdırlar.

Anar Salehoğlu,

İctimai-siyasi fəal

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Fevral 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri