Yığılan silahlar Ermənistana yeni faciələr gətirəcək Deputat
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
"Ermənistanın baş naziri Nikol Paşinyan parlament saatındakı çıxışında Ermənistanın Azərbaycanla müharibə etmək niyyəti olmadığını bildirir. Onda sual olunur ki, əgər Azərbaycana qarşı müharibə etmək niyyətin yoxdursa, niyə ordunu sürətlə silahlandırırsız?"
Bunu açıqlamasında deputat Azər Badamov deyib. Deputat Ermənistanın hərbi büdcəsini artırmasına diqqət çəkib:
"Fransadan, Yunanıstandan, Hindistandan, ABŞ-dan və digər ölkələrdən aldıqları silahları sərgilərdə nümayiş etdirəcəklər? O cümlədən, Azərbaycanla sərhəddə qoşun yığmaqda və yeraltı tunellərin hazırlanmasında məqsədləri nədir? Hərbi büdcənin artırılması sizin nəyinizə lazımdır? Təbii ki, bütün bu hərəkətlər Ermənistanın yenidən revanşizmə hazırlaşdığını göstərir. Ona görə biz də hərbi büdcəmizi artırmağa məcbur oluruq. Yeni silahlar alırıq və ordunun müdafiə qabiliyyətini daha da artırırıq. Biz heç bir halda Ermənistan ordusunun bizdən üstün olmağına imkan verməməliyik. Təbii ki, yığılan silahlar nə vaxtsa işləyəcək və bu da Ermənistana yeni faciələr gətirəcək".
(unikal)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 Dekabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















