Yıldız Seferinoğlu: Azərbaycan və Türkiyə konstitusiyalarında ortaq dəyərlər, oxşarlıqlar və fərqliliklər var
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 noyabr, AZƏRTAC
Konstitusiya qanunları, mahiyyət etibarilə bir dövlətin fundamental qanunlarıdır. Hazırda yaşayan hüquq anlayışı var. O zamanla inkişaf edir və təkmilləşir. Əlbəttə ki, konstitusiya anlayışı dünyanın bütün dövlətləri üçün eyni deyil. Lakin ümumiyyətlə, universal dəyərlər və qaydalar mövcuddur. Bunlar mütləq Konstitusiya Məhkəməsində tətbiq edilməsi vacib dəyərlərdir. Biz bilirik ki, həmin dəyərlər Azərbaycanda mövcuddur.
Bunu AZƏRTAC-a açıqlamasında Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin hakimi Yıldız Seferinoğlu deyib.
Azərbaycan və Türkiyə konstitusiyalarında ortaq dəyərlər, oxşarlıqlar və fərqliliklər olduqlarını bildirən Y.Seferinoğlu fikirlərinə belə davam edib: "Təbii ki, hər bir ölkənin öz dinamikası olduğuna görə, konstitusiya qanunlarının tamamilə eyni olmasına ehtiyac yoxdur. Vacib olan odur ki, onlar ölkənin öz dinamikası ilə uyğun gəlirlər. Türkiyə və Azərbaycan konstitusiyalarında ən böyük oxşarlıqlar milli dövlət, bölünməz ərazi anlayışları, seçkilərin mövcudluğu, xalqın iradəsinin önə çıxarılması və fundamental hüquqların qorunmasıdır. Əlbəttə ki, bunların yazılması ilə yanaşı, tətbiqi də çox vacibdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 13 Noyabr 2025 01:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















