Icma.az
close
up
RU
Yıxılan “Rus ev”ləri Trampın “çəkməsini” geymək olar, amma...

Yıxılan “Rus ev”ləri Trampın “çəkməsini” geymək olar, amma...

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Qroznı səmasında vurulan mülki təyyarəmizlə bağlı ikinci ildir zəruri hüquqi addımlar atmayan rəsmi Moskva hələ də Bakıda “Rus evi”nin bərpasına ümid edir. Musavat.com xəbər verir ki, növbəti dəfə bu barədə danışan “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov iddia edib ki, Azərbaycan tərəfinin məsələ ilə bağlı mövqeyi guya emosional xarakterlidir, nəinki hüquqi.

Onun sözlərinə görə, 1997-ci il hökumətlərarası saziş qüvvədədir, lakin vəziyyətdə fərqli nüanslar var. Primakov bu xüsusda Azərbaycan rəhbərliyindən qurumun qeydiyyatı variantları ilə bağlı təkliflərin olmadığını söyləyib və əlavə edib: “Rusiya Xarici İşlər Nazirliyi müntəzəm şəkildə Bakıdan qeydiyyat üçün hüquqi əsas təmin etməyi xahiş edir. Hazırda “Rus evi” ilə bağlı məsələlər diplomatik kanallar vasitəsilə müzakirə olunur”.

Göründüyü kimi, şimal qonşu bəd niyyətindən əl çəkənə, mövzunu qapadana oxşamır. Hərgah, “Rus evi”nin niyə bağlandığı çoxdan məlumdur. Özü də təkcə Azərbaycan yox, neçə-neçə digər dövlət də eyni addımı atıb. Səbəb isə bu obyektlərin faktiki casus yuvaları kimi fəaliyyət göstərməsidir...

Primakovun yuxarıdakı açıqlaması son vaxtlar Rusiyadan postsovet ölkələrinin ünvanına artan hədələr fonunda məxsusi diqqət çəkir. Əcəba, qonşu ölkələrin müstəqilliyi və suverenliyinə yuxarıdan aşağı baxan Moskvaya görəsən, hansısa yaxşılıq, güzəşti etməyə dəyərmi?

Dəyməz. Məsələ də ondadır ki, deyəsən, Kremldə bir şeyi unudublar: qanbir, dilbir Ukraynaya hərbi təcavüzdən sonra artıq “Yaxın xaric”də hamı öz dərsini götürüb. Dərs isə budur ki, Rusiya üçün “dost ölkə” anlayışı tamamən fərqli məzmundadır və bu dövlətlə bacardıqca məsafə saxlamaq lazımdır. Dost-müttəfiq isə Kremldən ötrü, sadəcə, onun təlimatlarını sözsüz yerinə yetirə vassal, marionet ölkə qismində anlaşılır.

Putinin boğaz yırtanı, şarlatan və təxribatçı telejurnalist Vladimir Solovyovun son hərzə-hədyanları, postsovet ölkələrində “xüsusi hərbi əməliyyatlar” keçirmək çağırışı, buna şübhə yeri saxlamır. İndi də öz aləmlərində ABŞ lideri Donald Trampın “Maduro” əməliyyatını qonşu suveren dövlətlərə qarşı hərəkətə keçmək üçün mühüm siqnal sayan şovinist çevrələr ağızları sulana-sulana bəyan edirlər ki, bəs “yaxın xaric” Rusiyanın şəriksiz “həyatı maraqlar sferası” elan olunmalıdır və “Moskva bu coğrafiyada istədiyini edə bilər”.

Amma bu zaman bir şeyi ciddiyə almırlar ki, Trampın “çəkmələrini” geymək olar, ancaq onun yerişini yerimək mümkünsüz. Həm də artıq gecdir. Çox gec. Siyasətdə eyni suya iki dəfə girmək mümkünsüz. Ondansa, Rusiya rəhbərliyi nə qədər gec deyil, keçmiş müttəfiq respublikaların və onların xalqlarının inam-etimadını necə qazanmaq haqda baş sındırsın... /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Yanvar 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri