Icma.az
close
up
RU
Yodla zəngin FEYXOA möcüzəsi Hansı xəstəliklərdə faydalıdır?

Yodla zəngin FEYXOA möcüzəsi Hansı xəstəliklərdə faydalıdır?

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vətəni Braziliya olan bu subtropik meyvə - feyxoa çox az ölkədə yetişir. Azərbaycan da həmin ölkələrdən biridir.

Mütəxəssislər Azərbaycanda feyxoanın yetişdirilməsi üçün şəraitin olduğunu və həmin meyvələrin insan orqanizminə lazımlı vitaminlər ötürdüyünü bildiriblər.
Feyxoanın tərkibi:

- Dəniz məhsulları qədər tərkibində yodla zəngin feyxoa meyvəsi orqanizmin normal fəaliyyətini tənzimləyir. Feyxoa orqanizmdə qalxanvari vəz hormonlarını qidalandırır. Məhz bu səbəbdən yod çatışmazlığının qarşısını almaq üçün bu meyvədən müntəzəm istifadə etmək məsləhətdir.

- Feyxoanın tərkibi kaliumla zəngindir. Kalium isə ürək fəaliyyəti üçün mühüm minerallardan biridir. Müntəzəm olaraq feyxoa yeyən insanların ürək əzələləri sağlam, ürək fəaliyyəti normal olur.

- Feyxoanın tərkibi C və PP vitaminləri ilə zəngindir. Bu isə damarlarda qan dövranını sürətləndirir, laxtalanmanın miqdarını azaldır.

- Feyxoanın qabığında olan katexin və leykoantosian maddələr insan orqanizmində güclü antioksidant təsiri yaradır. Birinci növbədə xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.

- Mədə-bağırsaq xəstəliklərinin müalicəsində də istifadə edilən feyxoa pektin və qidalı liflərlə zəngindir. Mədədə yaranan əlavə turşuluğun qarşısını alır.

- Yüksək təzyiqdən əziyyət çəkən insanlar feyxoa yeməyə üstünlük versin. Meyvənin tərkibi yüksək təzyiqi aşağı salaraq maddələr mübadiləsini normallaşdırır.

- Təbii antibiotik effekti yaradan feyxoa həm də iltihab proseslərinin qarşısını alır. Virus və infeksiyaların qarşısını alır. İmmun sistemini gücləndirir. Bu səbəbdən feyxoanı soyuq fəsillərdə soyuqdəymədən müdafiə olunmaq məqsədilə yemək tövsiyyə olunur.

Hansı xəstələr feyxoanı bol yeməlidir?

1. Qəbizliyə qarşı, həzm, mədə-bağırsaq problemləri

Feyxoanın ləti liflərlə zəngin olduğu üçün bağırsaqların peristaltikasını artırır, mədə şirəsini hasilini tənzimləyir.

Qəbizliyə qarşı ideal meyvədir. Eləcə də yoğun və düz bağırsaq şişləri ilə mübarizə aparır.

Bir fincan feyxoada 16 qr lif vardır, bu da qarında köpmə, həzmsizlik üçün faydalıdır.

2. Ürək-damar xəstəlikləri, xolesterin, yüksək təzyiq

Feyxoa kaliylə zəngin olduğu üçün hipertenziya riskini azaldır. Damarları rahatladır, boşaldır, təzyiqi normallaşdırır. Eləcə də feyxoada olan C, B6 vitamini ürəyin işi üçün vacibdir. Gün ərzində bir iki ovuc feyxoa yemək bu dozanı ödəyir, infarkt, ürəyin işemik xəstəliklərinə qarşı təsirlidir.

3. İnfeksiyalarla mübarizə

Gündə cəmi 3 ədəd feyxoa yemək kifayətdir ki, immunitetə infeksiyalarla mübarizədə dəstək verəsiz. C vitamini antioksidantdır, bu da antivirus və kanserogen təsiri ilə məşhurdur.

4. Sinir sistemini möhkəmləndirir

Feyxoada olan folat və fol turşusu Alsgeymer kimi əqli xəstəliyin qarşısını alır. Feyxoa beyin qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir, koqnitiv və neyron aktivliyi artırır

5. Hamilələr üçün çox vacibdir

Feyxoada olan fol turşusu dölün yaxşı inkişafı, beyni üçün vacibdir. Hamilələrdə zob, anemiya problemlərini də həll edir, hemoqlobini qaldırır.

6. Əməliyyatdan sonra, travma və yaraları tez sağaldır

Feyxoa qəribə tərkibi ilə toxumaların, bağların bərpasını sürətləndirir. Ona görə qəzalar, travmalar, zədələr,yaralar, əməliyyatdan sonra bərpa üçün doğmalarınıza bol feyxoa verin.

7. Xərçəngdən qoruyur

Orqan, toxumaların hüceyrələrini saf oksigenlə təmin edən bu meyvə sərbəst radikalları zərərsizləşdirir, stresin izlərini silir, xərşəng hüceyrələrinin baş qaldırmasına imkan vermir, sizi onkologiyanın bəlasından qoruyacaq.

8. Dəri üçün cavanlıq, gözəllik mənbəyidir

Yaşıl meyvələri dəriyə maska olunduqda, nəmləndirir, dəri iltihanı, qaşıntı, səpkini aradan qaldırır, dərini cavanlaşdırır, bərkidir

9. Qalxanvari vəzi xəstəlikləri, yod çatışmazlığı

Bəzən səhvən bütün zob xəstələri feyxoadan istifadə edir. Qalxanvari vəzin aktiv böyüməsində yod çox olmaz. Amma elə hormonal disbalans var ki, orda feyxoa lazımdır.

10. Prostatit və impotensiyaya qarşı

Kişilər üçün əvəzsizdir, çünki cinsi fəaliyyəti yaxşılaşdırır, prostat vəzi qoruyur və sonsuzluğa qarşı faydalıdır

QEYD: Allergiyası, şəkəri olanlar və piylənmədən əziyyət çəkənlər az yesin, diqqətli olsun! (medicina.az)

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri