“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564 (Cild I); 2024, № 7, maddə 771, № 8, maddə 932; 2025, № 1, maddə 16, № 2, maddə 94, № 6, maddə 523) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci maddənin birinci hissəsi üzrə:
1.1.1. 5-ci bəndə “motosikletlərin” sözündən sonra “və mopedlərin” sözləri əlavə edilsin;
1.1.2. 17-ci bənddən “(nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür)” sözləri çıxarılsın;
1.1.3. 27-ci bəndə “iş” sözündən əvvəl “kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və ya” sözləri, “asma” sözündən əvvəl “bu Qanunun 27-ci, 29-cu, 33-cü, 34-cü və 37-ci maddələrinin tələbləri istisna olmaqla” sözləri əlavə edilsin;
1.2. 27-ci maddə üzrə:
1.2.1. I hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları, habelə mopedlər bu Qanunla və bu Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar.”;
1.2.2. II hissə üzrə:
1.2.2.1. birinci abzasa “vasitələrinin” sözündən sonra “və mopedlərin” sözləri əlavə edilsin;
1.2.2.2. 1-ci bəndə “yarımqoşqularının” sözündən sonra “, habelə mopedlərin” sözləri əlavə edilsin;
1.2.3. IV hissənin 4-cü bəndinə “vasitəsini” sözündən sonra “və mopedi” sözləri əlavə edilsin;
1.3. 29-cu maddənin I hissəsinin birinci cümləsinə “motosikletlərdə,” sözündən sonra “mopedlərdə,” sözü əlavə edilsin;
1.4. 33-cü maddə üzrə:
1.4.1. II hissənin 2-ci bəndindən “, mopedi” sözü çıxarılsın;
1.4.2. IV hissədə “, asma mühərrikli velosiped və moped” sözləri “və asma mühərrikli velosiped” sözləri ilə əvəz edilsin;
1.5. 34-cü maddə üzrə:
1.5.1. II hissə üzrə:
1.5.1.1. birinci abzasda “Mexaniki nəqliyyat” sözləri “Nəqliyyat” sözü ilə əvəz edilsin;
1.5.1.2. 1-ci bəndə “motosikletləri,” sözündən sonra “mopedləri,” sözü əlavə edilsin;
1.5.2. IV hissənin 1-ci bəndinə birinci halda “mühərrikinin” sözündən əvvəl “mopedləri, habelə elektrik mühərriki olan və ya” sözləri əlavə edilsin;
1.6. 37-ci maddənin I hissəsinin 6-cı bəndində hər iki halda “motoşlemi” sözü “motodəbilqəni” sözü ilə əvəz edilsin;
1.7. 41-ci maddənin birinci hissəsinin 3-cü bəndində “isə motoşlem” sözləri “və mopeddə motodəbilqə” sözləri ilə əvəz edilsin;
1.8. 46-cı maddə üzrə:
1.8.1. I hissənin birinci cümləsində “və mopedlər” sözləri “, asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri (mopedlər istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
1.8.2. II hissə üzrə:
1.8.2.1. birinci abzasda “və moped” sözləri “, asma mühərrikli velosiped və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsi (moped istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
1.8.2.2. 2-ci bənddə “velosipedin və mopedin” sözləri “nəqliyyat vasitəsinin” sözləri ilə, “velosipedi, mopedi” sözləri “nəqliyyat vasitəsini” sözləri ilə əvəz edilsin;
1.8.2.3. 6-cı bənddə “velosipeddən” sözü “nəqliyyat vasitəsindən” sözləri ilə əvəz edilsin;
1.8.2.4. 7-ci bənddə “və ya mopedlə” sözləri “, asma mühərrikli velosiped və ya oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri (mopedlər istisna olmaqla) ilə” sözləri ilə, “və mopedləri, eləcə də velosipedlərlə və mopedlərlə” sözləri “, asma mühərrikli velosipedləri və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələrini (mopedlər istisna olmaqla), eləcə də həmin nəqliyyat vasitələri ilə” sözləri ilə əvəz edilsin;
1.8.3. III hissədən “və moped” sözləri çıxarılsın;
1.8.4. aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
“IV. Mopedlər yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər yolun sağ kənar zolağında hərəkət etməlidirlər. Bu Qanunun 37-ci maddəsinin I və IV hissələrində, V hissəsinin 2–4-cü bəndlərində, VI hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş tələblər moped sürücülərinə də şamil edilir.”;
1.9. 55-ci maddənin VI hissəsinin 3-cü bəndinə “motosikletlərlə” sözündən sonra “, mopedlərlə” sözü əlavə edilsin;
1.10. 56-cı maddənin IX hissəsi üzrə:
1.10.1. 1-ci bənddə “və motosikletin” sözləri “, motosikletin və mopedin” sözləri ilə əvəz edilsin;
1.10.2. 2-ci bəndə “motosikletin” sözündən sonra “və mopedin” sözləri əlavə edilsin;
1.11. 57-ci maddəyə aşağıdakı məzmunda V-I hissə əlavə edilsin:
“V-I. Motosikletin və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağandır.”;
1.12. 65-ci maddənin V hissəsinin üçüncü cümləsinə “motosikletlərin” sözündən sonra “, mopedlərin” sözü əlavə edilsin;
1.13. 73-cü maddənin VII hissəsinin “Qeyd”inin 3-cü bəndinə “motosikletlər” sözündən sonra “və mopedlər” sözləri əlavə edilsin.
Maddə 2. Bu Qanun dərc edildiyi gündən 3 (üç) ay sonra qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 dekabr 2025-ci il
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 26 Dekabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















